Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rezonans
Rezonans - sistemə təsir edən xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi rəqslərin tezliyinə bərabər olduqda icbari rəqslərin amplitudunun artaraq maksimum qiymət almasına deyilir. Rəqs amplitudunun maksimum qiyməti mühitin sürtünmə (müqavimət) qüvvəsindən də asılıdır. Müqavimət böyük olduqda rezonans hiss olunmaya bilər. Məsələn, havada sapdan asılmış yükün rəqslərinin amplitudu rezonansda artsa da maye mühitində artırmaq olmur. Hər bir sistemə məxsus məxsusi rəqs tezliyi var. Periodik təsir edən kiçik qüvvələr qurğuları, tikililəri dağıda bilər. Buna görə körpülərdən keçərkən ,binalarda nizamlı yeriş olmaz . Rezonans anlayışı ilk dəfə 1602-ci ildə Qalileo Qaliley tərəfindən kəfgirin və musiqi simlərinin tədqiqinə həsr olunmuş əsərlərində öz əksini tapmışdır. A.Mehrabov və b. Fizika kursu.
Maqnit rezonans tomoqrafiya
Maqnetik rezonans tomoqrafiya (MRT) — bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir… Maqnetik Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946-cı ildə F. Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur. Standar skanerləmə zamanı MR – tomoqrafiyada kontrastlığı əsasən T1 vəT2 relaksasiya vaxtı ilə müəyyən olunan görüntülər almağa imkan verən proqramlardan istifadə olunur.
Terror in Resonance
Zankyou no Terror (残響のテロル, zankö no teroru, ing. Terror in Resonance, rəsmi yaponca - Terror in Tokyo) — MAPPA studiyası tərəfindən çəkilmiş anime-serial. Rejissor - Şiniciro Vatanabe, personajların dizaynerı - Kadzuto Nakadzava, bəstəkar - Yoko Kanno. Premyerası Fuji Television kanalında noitaminA bloku çərcivəsində baş tutdu. Alternativ Tokio. Yayın bir günündə terakt baş verir, internetdə isə terakta aparan video yayılır. Videoda iki gənc oğlan "Tokionun qaranlıqa bürənməsi" haqda bəhs edir. Polis dərhal istintaqa başlasa da, videonun müəlliflərini tapmaq olmur. Axtarışlar nəticə vermir, çarxlar çıxmağa davam edir, yeni videolarda isə bombaların yerlərini bildirən ipucular şifrələnib. Detektiv Şibadzaki özlərini «Sfinks» (スピンクス, supinkusu) adlandıran naməlum şəxsləri tapmaq fikrindədir.
Nüvə maqnit rezonans metodu
NMR üsulu 1945-cı ildə amerika fizikləri Edvard Mills Parsell (Harvard Universiteti) və Feliks Blox (Stanford Universiteti) tərəfindən kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub, atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasını hesablamağa, molekullararası qarşılıqlı təsirləri müəyyən etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez əldə olunması ilə bağlıdır. NMR effekti, atom nüvələrinin maqnit momentləri istiqamətlərinin dəyişməsi ilə əlaqədar olaraq, maddə tərəfindən elektromaqnit enerjisinin rezonans udulması zamanı meydana gəlir. NMR üsulu spini “O”-dan fərqli olan nüvələrdə özünü doğruldur. (Məsələn,1H, 2H, 13C, 14N, 15N, 19F, 29Si, 31P və s.). 1H nüvələrində NMR spektroskopiyası ən çox inkişaf edib və bu üsul proton maqnit rezonansı (PMR) adlanır. Nüvə maqnetizmi mürəkkəb fiziki proses olduğu üçün, onu təsvir etmək üçün kvant mexanikasının riyazi aparatından istifadə edilir. Biz NMR-nın fiziki əsaslarını başa düşmək üçün sadə “klassik” modeldən istifadə edəcəyik. Əgər atomun nüvəsini fırlanan “+” yüklü şar kimi təsəvvür etsək, görərik ki, yük halqavari orbit boyunca hərəkət edərək mikoskopik halqavari cərəyan yaradır.
Rəşaant (Xövsgöl)
Rəşaant (mineral bulaq) — Xövsgöl vilayətidə sum. Sahəsi təqribən 1980 km²-dir, bunun 50 km²-i əkin sahələridir. 2000-ci ildə sum-da 3280 nəfər yaşayırdı. Rayon mərkəzi olan Rəşaant şəhəri yüksək vadidə, Möröndən 154 km cənub-şərqdə və Ulan-Batordan 518 kilometr məsafədə yerləşir. 1931-ci ildə bütün Xövsgöl vilayəti ilə birlikdə Rəşaanat sumunun (administrativ ərazi) əsası qoyulmuşdur. Sumun mərkəzi 1915-ci ildə əsası qoyulmuş Xalqanat monastırının (çox vaxt Rəşaanatın Xüreyi adlanır) yaxınlığında yerləşirdi. Monastır 1932-ci ildə Qərbi Monqolustanın böyük hissələrini əhatə edən silahlı üsyanın başlanğıc nöqtəsi idi və Sum Mərkəzi yandırıldı. 1933-cü ildə 719 təsərrüfatda 2400 nəfərə yaxın əhali və 47.000 baş mal-qarası var idi. 1955-ci ildə Rəşaant rayonu Tarialanla birləşsə də, 1959-cu ildə yenidən ayrılıb. Yerli neqdel Ulaan Od (Qırmızı Ulduz) 1952- ci ildə yaradılıb və 1990-cı ildən sonra özəl fermer təsərrüfatı kimi fəaliyyətini davam etdirir.