Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Rivea bernoulliana (Peter) Hallier f.
Ridvan Mohamed
Ridvan Özdən
Ridvan Özdən — Türk polkovnik, sabiq Mardin Jandarma Alay Komandiri. 17 Fevral 1993-cü ildə təyyarə qəzasında həyatını itirən sabiq Jandarma Ümumi Komandiri general Əşrəf Bitlisin qrupundandır. İstanbulda vəzifə yerinə yetirdiyi sırada maye yanacaq qaçaqçılığında istifadə edilən vasitələrin Jandarmaya aid təsislərdən birində saxlandığını ortaya çıxararaq məsulların mühakimə önünə çıxmasını təmin etmişdir. Təyin səbəbi ilə 1994-cü ilin aprel ayında Mardinə getmiş, burada PKK və JİTEM-in narkotik ticarətini ortaya çıxarmışdır. 1994-cü ilin noyabr ayında rəsmi vasitəsinə qurulan pusquda sağ olaraq xilas olmağı bacarmışdır. 12 Avqust 1995-də PKK ilə girdiyi bir qarşıdurmada alınından vurularaq həyatını itirdiyi açıqlandı. Cənazəsi yarılma edilmədən torpağa verildi. Həyat yoldaşı Tomris Özdən 1995-dən bu yana, "Ridvan Özdənin ölümünü şübhəli tapdığını" ifadə etməkdədir. Ölüm hesabatına görə Özdənin sol qaşının 6 santimetr üstündə bir güllə dəli­yi tapılmaqda idi.Həyat yoldaşı isə cənazə mərasimindən əvvəl yoldaşını cansız bədəninə baxdığında alınında heç bir güllə yarasına olmadığını və başının arxa tərəfi qan içində olduğu üçün peysərindən vurulmuş ola biləcəyini söyləməkdədir.
Riau
Riau (çin. 廖 內, nid. Riouw) — İndoneziya əyalətidir. Sumatranın mərkəzi şərq sahilində, Malakka boğazı boyunca yerləşir. 2004-cü ilə qədər əyalət Riau adalarına, bu adaların 2004-cü ilin iyulunda bir vilayət olaraq ayrılmasından əvvəl Sumatra adasının şərqində və Sinqapurun cənubunda yerləşən kiçik adaların böyük bir qrupunu (əsas adaları Batam və Bintan) daxil etdi. Paytaxtı və ən böyük şəhəri Pekanbarudur. Vilayət şimal-qərbdən Şimali Sumatra, qərbdən Qərbi Sumatra və cənubdan Cambi ilə quru sərhədlərini bölüşür. Riau əyalətinin ümumi sahəsi 87,023.66 kvadrat kilometrdir (33,600,02 kvadrat mil), Bukit Barisan yamacından Malaka boğazına qədər uzanır. Riau rütubətli tropik iqlimə malikdir, orta hesabla yağışlar ildə 2000 ilə 3000 millimetr arasında dəyişir və illik orta yağıntının miqdarı təqribən 160 gündür. Riau hazırda İndoneziyanın ən zəngin əyalətlərindən biridir və təbii ehtiyatlarla, xüsusən neft, təbii qaz, rezin, xurma yağı və lif plantasiyaları ilə zəngindir.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Reyçel Ridel
Reyçel Ridel (5 sentyabr 1984, Vankuver, Britaniya Kolumbiyası) — Kanadanı təmsil edən su poloçusu. Reyçel Ridel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Rivea corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
İdeal (Muğanna)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir. Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən.
İdeal (kitab)

İdeal (roman)

İdeal Nərimanov
İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. İdeal Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib, 1944 ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951–1952-ci illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur. İdeal Nərimanov 1952–1955-ci illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958 ildə çapdan çıxmışdır. 1982 ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi.
İdeal kinoteatrı
İdeal kinoteatrı — Yuxarı Don ərazisində 1911-ci ildə təsis edilmiş. Bu gölgənin iık kinoteayrlsrınfan biri hesab edilir. Bu kinoteatr səssiz kinomatqrafiyaya aiddir. 1920–1930-cu illərdə burada tamaşsların nümayişi baş verirdi. Onlarda şəxsən yazıçı və kinorejisor, Mixail Aleksandr Şoloxov iştirak edirdi. Bu bina M. A. Şoloxov adına Dövlət muzey qoruğu ərazisimə daxildir. Bina Rostov vilsyəti Bokovski rayonu Karqin stanisası əraxisində yerləşir. Ksrqinski kinomatoqrafiyası Don vilsyətində ikinci kinoteatr olmuşfur. Bu adla ilk kinoteatr Rostov-na-Donu şəhərində fəaliyyət göstərmişdir. Kazak Tikofey İvanoviç Ksrqin 1911-ci ildə Karqin stanisasında "İdeal" kinoteatrını inşa etdirmişdir.
İdeal qaz
İdeal qaz — orta təzyiq və temperaturda real qazların xassələrini və davranışlarını təsvir etmək üçün geniş istifadə olunan nəzəri model. Bu modeldə, birincisi, qazı təşkil edən zərrəciklərin bir-birinə qarşılıqlı təsir göstərmədiyi, yəni ölçülərinin əhəmiyyətsiz olduğu güman edilir, ona görə də ideal qazın tutduğu həcmdə zərrəciklərin qarşılıqlı qeyri-elastik toqquşmaları yoxdur. İdeal qaz zərrəcikləri yalnız qabın divarları ilə toqquşur. İkinci fərziyyə: qaz zərrəcikləri arasında uzun məsafəli qarşılıqlı təsir yoxdur, məsələn, elektrostatik və ya qravitasiya. Molekulyar kinetik nəzəriyyə çərçivəsində molekullar və qabın divarları arasında elastik toqquşmaların əlavə vəziyyəti ideal qazın termodinamikasına gətirib çıxarır. İdeal qazın müxtəlif genişləndirilmiş modellərində, zərrəciklərin elastik bağlarla (məsələn, iki atomlu molekullar) birləşdirilmiş ellipsoidlər və ya kürələr şəklində təqdim edilə bilən daxili quruluşa və genişlənmiş ölçülərə malik olduğu güman edilir. Qaz zərrəciklərinin poliatomik molekullar şəklində təmsil olunması əlavə sərbəstlik dərəcələrinin yaranmasına gətirib çıxarır ki, bu da bizi zərrəciklərin həm də fırlanma-vibrasiya hərəkətinin enerjisini, eləcə də təkcə mərkəzi deyil, həm də hissəciklərin mərkəzi olmayan toqquşmalarını nəzərdə tutur . Model qaz termodinamikası və aeroqazdinamika məsələlərini həll etmək üçün geniş istifadə olunur. Məsələn, atmosfer təzyiqində və otaq temperaturunda hava praktiki hesablamalar üçün kifayət qədər dəqiqliklə ideal qaz modeli ilə yaxşı təsvir edilmişdir. Klassik ideal qazlar (onun xassələri klassik mexanika qanunlarından irəli gəlir və Maksvell-Boltsman statistikasına tabedir), yarımklassik ideal qaz (bunun üçün - klassik ideal qazdan fərqli olaraq - enerjinin sərbəstlik dərəcələri üzrə vahid paylanması qanunu ödənmir) və kvant ideal qaz (onun xassələri qanunlarla müəyyən edilir) kvant mexanikasının və Fermi-Dirak statistikası ilə təsvir edilmişdir və ya Bose-Einstein ).
İdeal qaz qanunları
İdeal qaz qanunları — parametrlərdən birinin verilmiş qiymətində qalan iki parametr arasındakı miqdarı asılılığına deyilir. Parametrlərdən birinin qiyməti dəyişməz qalmaq şərtilə baş verən proseslər izoproseslər (Yunanca izos - bərabər) deyilir. İzotermik proses (Temperaturun sabit qalması ilə) İzobar proses (Təzyiqin sabit qalması ilə) İzoxor proses (Həcmin sabit qalması ilə) Temperatur Molekulyar-kinetik nəzəriyyə (MKN) N.A.Pyorışkin, N.A.Rodina. Fizika 7-ci sinif. 1995 N.A.Pyorışkin, N.A.Rodina. Fizika 8-ci sinif. 1995 İ.K.Kikoin, A.K.Kikoin. Fizika 9-cu sinif.
Batidaea idea
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 sentyabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. == Həyatı və karyerası == 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
The Ride
The Ride — Uels indi-rok musiqi qrupu Catfish and the Bottlemen(en)-in ikinci studiya albomu. 27 may 2016-cı ildə Island Records və Capitol Records tərəfindən buraxılıb.
Riders on the Storm
"Riders on the Storm" (azərb. "Fırtınadakı atlılar"‎) — "The Doors" qrupunun 1971-ci ildə işıq üzü görən L. A. Woman albomundan musiqi. Musiqi sinql kimi buraxılmışdı və Amerika musiqi siyahılarında 14-cü pilləyə qalxmağa müvəffəq olmuşdur. Gitarist Robbi Kriqerin sözlərinə görə, musiqi Conni Keşin "(Ghost) Riders in the Sky: A Cowboy Legend" kompozisiyasından təsirlənərək yazılmışdır. Musiqi özündə göy gurultusu və yağış səsi effektlərini də birləşdirir ki, bunun fonunda da Rey Manzarek öz Fender Rhodes elektrogitarasında ifa edərək göy gurultusu və yağış səsini təqlid edir. Kompozisiyaya xüsusi məlahət verən isə Cim Morrison tərəfindən, onun öz ifasının fonunda səsləndirilən pıçıltı ilə deyilən sözlərdir. Albomun adlandırıldığı digər bir trek olan "L. A. Woman" ilə "Riders on the Storm" adətən avtobioqrafik musiqilər hesab olunur. Riders on the storm (Fırtınadakı atlılar) Riders on the Storm (Fırtınadakı atlılar) Into this house we're born (Doğulduğumuz evlərə çapan) Into this world we're thrown (Atıldığımız dünyaya çapan) Like a dog without a bone (Sümüksüz bir it kimi) An actor out a loan (Qonorarsız aktyor kimi) Riders on the storm (Fırtınadakı atlılar) İkinci bənddəki "Yolda qatil var" obrazı, böyük ehtimalla Cim Morrisonun "HWY" -dəki rejissorluq işinin təsirindən yaranmışdır, hansı ki, Morrison orada onu maşını ilə aparmağa razı olan sürücünü öldürən avtostopçu rolunu oynamışdır. Bununla belə, başqa bir versiya da mövcuddur ki, həm film, həm də musiqi özünü avto dayanacağın səyyahı kimi qələmə verərək 1950-ci illərdə Kaliforniyada bir ailəni tamamilə qətlə yetirən, silsilə cinayətlər törətmiş Billi Kuka əsasən yazılmışdır. There's a killer on the road (Yolda qatil var) His brain is squirmin' like a toad (Beyni qurbağa kimi qıvrılır) Take a long holiday (Uzun bir tətil götür) Let your children play (Uşaqlarına icazə ver oynasınlar) If ya give this man a ride (Əgər, bu adama icazə versən sürsün) Sweet family will die (Sevimli ailən öləcək) Killer on the road, yeah (Yolda qatil var, yeah) Tanış mövzu 3-cü bənddə yenidən peyda olur — Pamelaya sevgi qışqırığı.
İdeal qazın hal tənliyi
İdeal qazın hal tənliyi - sadəcə, olaraq ideal qazın halını təyin edən tənliyə deyilir. Bəzən bu tənliyə Klapeyron və ya Mendeleyev-Klapeyron tənliyi deyilir.
İdeal qətl (film, 1998)
İdeal qətl — 1998-ci ildə çəkilmiş Amerika triller filmidir. Orijinal adı A Perfect Murder olmuşdur. Ssenarisi Frederik Knottun ilk dəfə 1952-ci ildə Londonda səhnəyə qoyulan "Dial M for Murder" pyesindən uyğunlaşdırılaraq Patrick Smith Kelly tərəfindən yazılmış olan filmin rejissoru Endryu Devisdir. Baş rollarda Maykl Duqlas, Qvinet Peltrou, Viqqo Mortensen və Devid Suçetin çəkildiyi filmin orijinal partiturasını (musiqi) Ceyms Nyuton Hovard bəstələmişdir. İdeal qətl filmi 1954-cü ildə Alfred Hitchcock klassiki sayılan Dial M for Murder əsərinin remeykidir. Buna görə də film ABŞ-də "Dial M for Murder" və Yaponiyada "Dial M" alternativ adları altında da nümayiş etdirilmişdir. Alfred Hitchcockun filmində ssenarini də Frederik Knott öz əsərindəki kimi yazmışdır. Film tənqidçiləri "İdeal qətl"i Hitchcockun "Dial M for Murder" əsəri qədər müvəffəqiyyətli hesab etməmişdirlər. Varlı bir ailədən olan Emili Bredford (Gwyneth Paltrow) güclü bir iş adamı sayılan əri Stiven Tayloru (Maykl Duqlas) rəssam Devid Şou (Viqqo Mortensen) ilə aldadır. Aldadıldığını bilən ər, qısqanc sevgili və xəyanətkar arvad arasındakı cinayətə qədər gedən mürəkkəb münasibətlər silsiləsi, bu filmin mövzusunu təşkil edir.
Flo Rida diskoqrafiyası
Flo Ridanın 2000-ci ildən bu günə kimi 4 albomu işıq üzü görüb. == Studiya albomları == == Sinqlları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin. == Duet oxuduğu mahnıları == 2007 "Bitch I'm from Dade County" (DJ Khaled feat. Trick Daddy, Trina, Rick Ross, Brisco, Flo Rida, C-Ride & Dre) 2007 "Birthday" (Flo Rida feat. Rick Ross) 2007 "Move, Shake Drop (Remix" (DJ Laz feat. Flo Rida, Casely & Pitbull) 2007 "Bout it Girl" (Flo Rida feat. Trina) 2007 "Street Money" (Rick Ross feat. Flo Rida) 2007 "Helluva Day" (Webbz feat. Flo Rida) 2007 "What you Want" (Brisco feat. Flo Rida) 2008 "Speedin' Remix" (Rick Ross feat.
Rıdvan Dilmen
Rıdvan Dilmen — Fənərbaxça və Türk milli futbol komandası üçün xüsusi qeyd edilməli veteran Türk futbolçudur. Karyerası ərzində Rıdvan Türk Super Liqasının ən təcrübəli oyunçularından biri halına gəldi. O ya hücumçu-yarımmüdafiəçi, ya da kənar və hücumçu mövqesində oynayırdı. Onun xoşuna gəlməməsinə baxmayaraq, çox sayda məqamda ona "Şeytan Rıdvan" ("Rıdvan Şeytan") ləqəbi verilmişdir. Rıdvan bir oyunçu kimi təqaüdçü olduqdan sonra bir sıra komandalarda məşqçilik etmişdir. Məşqçilik karyerasının sonunda isə Rıdvan Dilmən rəngli şərhçi, analitik və idman yazarı kimi fəaliyyətinə davam etməkdədir. Dilmen, 1977-ci ildə Sümerspor ilə debüt etdi. 1979-cu ildə 25 oyunluq müqaviləylə Muğlaspor'a transfer oldu və 1980–1983 illəri arasında Boluspor üçün futbol oynayarkən məşhurlaşdı. 1983–1987-ci illərdə Sarıyer üçün oynadıqdan sonra Fənərbaxçaya imza atdı və uşaqlıq xəyalını yerinə yetirdi. Fənərbaxçanın 36 oyunda 103 qolla çempion olduğu 1988–89 Türkiyə Liqası mövsümünün əsas aktyorlarından biri idi.
IDEA
IDEA və ya tam adı: "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi — Azərbaycanda ictimai birlik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. "Azərbaycanın 9 möcüzəsi" Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı 2014-cü ilin may ayının 12-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap edilmişdir. Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir. Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də "IDEA"nın loqosu təsvir olunmuşdur.
Bad Ideas
Bad Ideas — ABŞ müğənnisi Tessa Vayoletin ikinci studiya albomu. 25 oktyabr 2019-cu ildə T∆G Music tərəfindən buraxılıb.
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.
IntelliJ IDEA
IntelliJ IDEA JetBrains tərəfindən yaradılan Java IDEdir. Google tərəfindən Android Studio IntelliJ Community Edition üzərdə yaradılıbdır.IntelliJ ilk versiyası 2001-ci ildə istifadəyə verilibdir. İntelliJ 12.1 versiyası Java 8, Scala, Play framework və s dəstəkləyir.
İDEA (beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi)
IDEA(azərb. beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi‎, ing. International Data Encryption Algorithm, rus. международный алгоритм шифрования данных, türk. uluslararası veri şifreleme algoritması) – verilənlərin şifrlənməsi üçün simmetrik blok alqoritmi. İlkin adı PES (Proposed Encryption Standard, 1990) olub. Lay Süetsia (Xuejia Lai) və Ceyms Messi (James Massey) tərəfindən işlənib hazırlanıb və yekun variantı 1992-ci ildə yeni adla (IDEA) təqdim olunub. DES (Data Encryption Standard) ilə müqayisədə daha etibarlıdır; PGP (Pretty Good Privacy) və rəqəmsal imzada istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.