Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rooting
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. == Tarixi == 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Hostinq
Hostinq sözü aşağıdakı mənalara gələ bilər: Tədbirləri və seremoniaları təşkil etmə. Hostinq sözü, ev sahibliyi etmə ilə sinonimdir.İnternet Hostinq servisləri adının qısaldılmış halıdır.
Raftinq
Raftinq, raft adı verilən qayıqlarla, təpəsi yüksək çaylarda edilən bir çay idmanıdır. Raftinqde əsl olan içində olduğunuz raftı aşırtmadan, kürəklə istiqamətləndirərək qayalar və maneələr arasından keçirməkdir. Raftinq, 6 ilə 8 şəxsiyyət komanda halında edilər və müvəffəqiyyətli ola bilmək tək bədən kimi hərəkət edən bir sıra ola bilməkdən keçər. Bu idmanda çay çətinlik dərəcəsinə görə altı dərəcəyə ayrılarlar. 6. dərəcə ən çətin yarışma yolu , 1. dərəcə isə ən asan yarışma yolu ifadə edər.
Veb-hostinq
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır. Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur: Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər. Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır. DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
Veb Hostinq

Hostinq Xidmətləri provayderi
Hostinq xidmətləri provayderi (İngiliscə hosted service provider (xSP) ), Hosting, İnternet və bulud xidmətləri göstərən provayderlər adlanır. Xidmət provayderləri İnternet Provayderlər, Hostinq Provayderlərinə bölünürdü. İndiki zamanda isə bu xSP kimi adlanır. Xidmətləri daxildir - Hostinq xidmətləri - Bulud həlləri (SaaS, IaaS xidmətləri) - İnternet xidmətləri xSP-yə nümunə olaraq Amazon, Google göstərmək olar.
İnternet hostinq servisləri
İnternet hostinq servisi internetə qoşulmuş serverləri işlədən və idarə edən qurumlara deyilir. Bu qurumlar invidualların və yaxud bizneslərin internetdə servis təmin etmələrini və yaxud məlumat saxlamalarını təmin edir. Hostinq deyərkən ağıla gələn ilk şeylərdən biri Veb Hostinqdir. Əksər hostinq servisləri müştərilərinə birdən çox xidmətlər təklif edir, bunlar məs. e-mail hostinq, veb sayt hostinqi, databaza hostinqi və DNS hostiniqidir. DNS hostinqi adətən domen alan müştərlərə, domenlə birlikdə satılır. Dedicated server hostları isə, müştərilərinə bütöv server təklif edir. Müştəri bu server kompüterinin içərisində istədikləri hər hansı proqramı işlədə bilər. Dedicated server alan müştəri həmin bu serverdə birdən çox veb saytı host edərək, veb hostinq servisi yaradaraq bu xidməti sata bilər. Bu tip hostinqi təklif edən hostların məsuliyyətlər server üçün elektrik enerjisi və sürətli internet bağlantısı olmağını təmin etməkdir.
İnternet hostinq xidməti

Rasinq Lüksemburq FK
Rasinq — Lüksemburqun futbol klubu == Tarixi == 2005-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.