1. Pul alaraq əvəzində bir şey vermək. Şey satmaq. Mal satmaq.
– [Cahan:] Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram.
2. Satqınlıq etmək, xain çıxmaq, xəyanət etmək, ələ vermək. Dostunu satmaq. Yoldaşını satmaq. Vətənini satmaq. – Əgər bu saat [Əlyarovun] başqa bir şofer rastına düşsəydi, açarları Teymurdan alıb ona verərdi.
“Rədd ol, get, xozeynini satan şofer mənə lazım deyil!” – deyərdi.
[Aslan Məzluma:] Olmaya andımızı pozmaq, düşmənə təslim olmaq və bizi satmaq istəyirsən?
3. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağırlıq satmaq, namusunu satmaq, naz satmaq, yalan satmaq və s.