Peter Vessel Zapffe
Peter Vessel Zapffe (18 dekabr 1899, Tromsø – 12 oktyabr 1990, Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır.
O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.