Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Rozari
Müqəddəs Rozari (/ˈroʊzəri/; lat. rosarium, "gül tacı" və ya "gül çələngləri" mənasında), Dominikan Rozari və ya sadəcə rozari – Katolik Kilsəsində istifadə edilən dualar toplusuna və komponent dualarını saymaq üçün istifadə edilən düyünlər və ya muncuqlar silsiləsi. Duaya istinad edərkən söz adətən böyük hərflə yazılır (" Rəbbin duası ", " Salam Məryəm " kimi duaların digər adları üçün adət olduğu kimi "Rozari"); təsbehə istinad edildikdə, kiçik hərflə ("rozari təsbehi") yazılır. Rozarini təşkil edən dualar onluqlar adlanan on Salam Məryəmdən ibarət dəstələrdən ibarətdir. Hər onluqdan əvvəl bir Rəbbin Duası ("Atamız") və ənənəvi olaraq bir Doksologiya oxunur. Bəzi katoliklər həmçinin Doksologiyadan sonra yeddi Fatima dualarından ən məşhuru olan "Ey İsam" duasını oxumağı seçirlər. Hər dəsti oxuyarkən İsa Məsihin və Məryəmin həyatındakı hadisələri xatırladan Rozari Sirlərindən birinə diqqət yetirilir. Hər təsbehdə beş onluq oxunur. Təsbeh muncuqları bu duaları düzgün ardıcıllıqla deməyə kömək edir. Papa V Pius (1566–1572-ci illərdə) çoxdan mövcud olan adətlərə əsaslanan standart 15 Təsbeh sirrini qəbul etdi.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Cüzeppe Sezari
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568, Arpino[d], Latsio[…] – 3 iyul 1640[…], Roma[…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur. == Haqqında == Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Soyadı Qanunu (Türkiyə)
Soyad Qanunu (türk. Soyadı Kanunu) — hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur. İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadları, Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsinin ayrılmaz hissəsinə çevrilib. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir. Qanunun məqsədi, bu vaxta qədər soyad əvəzinə dini, sosial və ailə adlarının yaratdığı müsbət və ya mənfi ayrı-seçkiliyi, məktəb qeydiyyatı, işə qəbul, əgər xidmət, alqı-satqı işlərindəki qarışıqlığı aradan qaldırmaq idi. Bu qanunun davamı olaraq 26 noyabr çıxarılan 2590 saylı qanunla "ağa", "hacı", "hafiz", "hoca", "usta", "bəy əfəndi", "xanım", "paşa" "həzrət" kimi ad və ləqəblərin istifadəsi qadağan edildi. Qanuna görə deyərkən və yazarkən ad öndə soyad sonda istifadə edilməlidir. Ədəbə zidd və gülünc soyadların, qəbilələrin, yad irqlərin və millətlərin adlarını, rütbə və vəzifəni göstərən soyadları soyad kimi götürməyə icazə verilmir.