Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Süddəyən
Süddəyən (lat. Lactuca) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Südləyən
Südləyən (lat. Euphorbia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Ağaclar kollar və ya ot bitkiləri olub, sadə və ya mürəkkəb, çox hallarda yarpaqaltlıqları olan yarpaqlara malikdirlər. Çiçəkləri bircinslidir, çox az hallarda ikicinslidir, adətən ləçəksizdir, nadirən ikiqat çiçəkyanlıqdır və ya tamamilə çiçəkyanlığı yoxdur. Erkəkciklər sərbəstdir və ya az və ya çox dərəcədə sapları ilə bitişmişlər. Ginesey adətən 3 meyvəyarpaqcığından əmələ gəlmişdir, yumurtalıq adətən üstdür. Meyvələri qutucuqdur, nadir hallarda giləmeyvə və ya çəyirdəkmeyvədir. Sıraya 4 fəsilə aiddir ki, onlardan da südləyən fəsiləsi tibbi əhəmiyyətə malikdir. Südləyən fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Dərman şüvərəni
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Günəbaxan südləyən
Günəbaxan südləyən (lat. Euphorbia helioscopia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Euphorbia dominii Rohlena Euphorbia helioscopia subsp. dominii (Rohlena) K.Malý Euphorbia helioscopia subsp. helioscopia helioscopia Euphorbia helioscopia subsp. helioscopioides (Loscos & J.Pardo) Nyman Euphorbia helioscopia f. litoralis (Hurus.) Oudejans Euphorbia helioscopia f. major (Mutel) Oudejans Euphorbia helioscopia var. major Mutel Euphorbia helioscopioides Loscos & J.Pardo Euphorbion helioscopium (L.) St.-Lag. Galarhoeus helioscopius (L.) Haw.
Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) - süddəyən cinsinə aid bitki növü.Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. == Təsviri == Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari-bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonim == Lactuca albicaulis Boiss. [Invalid] Lactuca altaica Fisch. & C.A.Mey. Lactuca altaica Fisch.
Lezeli şüvərəni
Lezeli şüvərəni (lat. Sisymbrium loeselii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi budaqlanan, sıx yarpaq və tükcüklərlə əhatə olunmuş ikillik ot bitkisidir. Yarpaqları qayıqvari-lələkvari daraq şəklindədir. Ləçəkləri sarımtıldır. Qını 2-3 sm uzunluğunda düz, azca əyilən haldadır. Toxumları ellipsvari açıq sarımtıl rəngdədir. Lezel şüvərəninə demək olar ki, == Azərbaycanda yayılması == Azərbaycanın bütün ərazilərində rast gəlmək olar. Buna düzənlikdən tutmuş dağlıq zonalarına qədər sahələrdə təsadüf etmək olar. Ən çox zibilliklərdə təsadüf edilir.
Narıncı südləyən
Qətranlı südləyən
Qətranlı südləyən (lat. Euphorbia resinifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Yatıq südləyən
Yatıq südləyən (lat. Euphorbia humifusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Üçtikan südləyən
Üçtikan südləyən (lat. Euphorbia triaculeata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Şahvərən (Qəzvin)
Şəvərən (az.-əbcəd شَوَرَن‎, fars. شاهوران‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 129 nəfər yaşayır (63 ailə).
Uzunsovyarpaq südləyən
Uzunsovyarpaq südləyən (lat. Euphorbia oblongifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3-8 sm-dir. Çiçəklər 5-8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1-2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5-3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır.
İrimeyvəli südləyən
İrimeyvəli südləyən (lat. Euphorbia macrocarpa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 30-45 sm, gövdəsi düz, yoğun, daxili boş, adətən şırımlı olan, yumuşaq tüklü bitkidir. Gövdə yarpaqları oturaq, uzunluğu 3,7-5 sm, eni 1-1,8 sm, uzunsov-lansetvari, yarımgövdə qucaqlayan, küt və ya ucubizdir. Yuxarıdakı çiçəksaplağı qısa, 5-7 sayda, qoltuqaltlıqdakılar kimi sadə və ya iki hissəyə bölünmüşdür. Sarğısının yarpaqcıqları böyrəkvari yumrudur. Qədəhciyin dilimləri iri, dəyirmi-ellipsvari, dişli, kənarları kirpikciklidir. Qutucuğu kürəvari, diametiri 8-10 mm, silindrvarisapvari, sarı çıxıntılarla örtülmüşdür. Toxumları yumru, boz, hamar, əlavələrsizdir. == Yayılması == Böyük Qafqazın qərb hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır.