İhan Egemen Darendelioğlu
İhan Egemen Darendelioğlu (1921, Tarsus – 19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı.
1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur.
Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı.