Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sümürgə
Sümürgə (lat. Asplenium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinə aid bitki cinsi.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Skolopendraşəkilli sümürgə
Skolopendraşəkilli sümürgə (lat. Asplenium scolopendrium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium altajense (Kom.) Grubov Asplenium sarelii f. altajense Kom. Phyllitis japonica Kom. Phyllitis scolopendrium (L.) Newman Yarpaq ayası xətvari-neştərşəkilli, tamkənarlı, qalındərili, çılpaqdır, qaidə hissəsi ürəkşəkilli olub, saplağı qısadır; saplaqları təpə hissədə gərilmiş, açıq-qonur rəngli dəriciklə ortülüdür. Soruslar bir-birinə paralel cərgələrlə yerləşmişlər, adətən yarpaq ayasının kənarına və yarpağın orta damarına qədər gəlib çatmır. Sporlar qonurdur, böyrəkşəkillidirlər. Çoxillikdir. İyul-Avqust.
Qara sümürgə
Qara sümürgə (lat. Asplenium adiantum-nigrum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır. Yarpaqları görünüşünə görə neştərvari və ya üçkünc-ovaldır, sivriləşmiş və parlaqdır. Yarpağın saplağı dairəvi və ya şırımlıdır, yuxarı hissəsi yaşılımtıl və yaxud qırmızımtıl-qonur, aşağı hissəsi qara və ya qırmızımtıl-qara rəngdədir. Birinci cərgənin seqmentləri uzanmış-oval, pazşəkillidir, saplaq üzərindədir, ikinci cərgənin seqmentləri isə uzunsov-ovaldır, qaidə hissəsi pazşəkilli, axırıncı dilimləri sivri-dişlidir. Sporları xətvaridir, örtükləri tamkənarlıdır. İyul-avqust aylarında sporlayır. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.
Sümürgən
Sümürgən (lat. Anchusa) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Süpürgə
Süpürgə qədim zamanlardan vardır.Onunla daha cox evi təmizləyirlər.Yalnız evi yox həyətidə təmizləmək üçün həyət süpügəsidə vardır.İndi müasir dövrdə tozsorandan istifadə olunur.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə gərginliyi
Sürüşmə gərginliyi və ya kəsmə gərginliyi: Ümumi simvol: τ BS-də vahidi: paskal Digər kəmiyyətlərdən alınması: τ =F/A Kəsmə gərginliyi (çox vaxt τ ( yunanca : tau ) ilə işarələnir) material kəsiyi ilə paralel gərginliyin tərkib hissəsidir. O, materialın kəsişməsinə paralel qüvvə vektorunun komponenti olan kəsmə qüvvəsindən yaranır. Normal gərginlik, əksinə, təsir etdiyi materialın kəsişməsinə perpendikulyar olan qüvvə vektor komponentindən yaranır. Orta kəsmə gərginliyini τ və ya vahid sahəyə düşən qüvvəni hesablamaq üçün düstur: τ =F/A burada: F = tətbiq olunan qüvvə;A = en kəsiyi sahəsi. İştirak edilən sahə, tətbiq olunan qüvvə vektoruna paralel olan maddi üzə, yəni qüvvəyə perpendikulyar səthin normal vektoru ilə uyğun gəlir.
Sürüşmə (film, 1991)
Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Levçay sürmə yatağı
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Şumercə
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur. Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir: 1. qrammatik cinsi yoxdur. 2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır. 3.
Senecio sumarae
Senecio sumarae (lat. Senecio sumarae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Suure-Yaani
Suure-Yaani (est. Suure-Jaani) — Estoniyanın mərkəzindəki Vilyandimaa maakondunda şəhər. 1950-1959-cu illərdə eyniadlı rayonun mərkəzi idi. Məşhur bəstəkarlar A.Kappın və V.Kappın şərəfinə burada memorial muzey yaradılıb və hər il şəhərdə onların şərəfinə musiqi festivalı keçirilir.
Bəhrəbərdari-yi Şümare-yi çahar
Bəhrəbərdari-yi Şümare-yi çahar (fars. بهره برداري شماره 4‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Qışlaq-i İslamabad-i Şümarə-i Do (Pərsabad)
Qışlaq-i İslamabad-i Şümarə-i Do (fars. قشلاق اسلام ابادشماره 2‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 431 nəfər yaşayır (96 ailə).
Qışlaq-i İslamabad-i Şümarə-i Se (Pərsabad)
Qışlaq-i İslamabad-i Şümarə-i Se (fars. قشلاق اسلام ابادشماره 3‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 283 nəfər yaşayır (74 ailə).