Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Sürütlənmə qüvvəsi
Sürütlənmə Hidroaeromexanikada bir mayenin daxilində olan cismin hərəkətinə göstərilən müqavimətdir. Sürütlənmə İngilis dilində olan "Drag" sözünə istinadən "D" hərfi ilə göstərilir. Bir qaz və ya maye içində hərəkət edən qatı bir cisim üçün sürütlənmə, daxilində olduğu mayenin axını (paralel) istiqamətində aerodinamik və ya hidrodinamik qüvvələrin cəmidir. Bu istiqamətə dik olan qüvvələr daşıyıcı qüvvələr adlandırılır. Buna görə sürütlənmə istiqaməti həmişə cismin hərəkət istiqamətinə ziddir. Bir mühərrik və ya başqa bir qüvvə aləti ilə təchiz olunmuş nəqliyyat vasitələrində bu qüvvə itələmə qüvvəsi tərəfindən dəf edilir və bu da nəqliyyat vasitəsinin hərəkətinə imkan verir. Həcmli axını ölçən rotametrlər bu prinsip üzərində işləyən ölçmə alətləridirlər. Aviasiyada sürütlənmə bir təyyarənin havadakı nisbi hərəkəti zamanı qarşılaşdığı müqavimətdir. Nəqliyyat vasitəsinin hərəkətinə əks istiqamətdə meydana gəldiyindən nisbilik hava axınına paralel və eyni istiqamətdə hərəkət edir. Təyyarədə itələmə yaradan elementlərin əsas vəzifəsi sürütlənmə qüvvəsini məğlub etməkdir.