SÜRÜTMƏ

Dağdan odunu endirəndə sürüyürlər, söz də sürümək feili zəmnində yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SÜRÜŞMƏK
SÜTÜL
OBASTAN VİKİ
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Əl sürütməsi
Əl sürütməsi — insan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri. Azərbaycanın dağlıq, dağətəyi, meşəkənarı kəndlərində bu bəsit nəqliyyat növü daha çox yayılmışdı. Əl sürütməsini düzəltmək üçün nisbətən iri ağac budaqlarının kiçik şaxlarını kəsərək bir yerə yığıb şələ bağlayır, üzərinə ot, odun, kol, dərz, saman və s. qoyaraq əllə sürüyürdülər. Zaman kecdikcə daşınan yüklərin çoxluğu və ağırlığı nəzərə alınmaqla, əl sürütməsi qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəz olunmuşdur.

Digər lüğətlərdə