Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığırçın
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Adi sığırçın
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü. Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir.
Motsartın sığırçını
Volfqanq Amadey Motsartın Vyanada yaşadığı illərdə (1782-1786) yaradıcılığında əsasən fortepiano konsertləri üstünlük təşkil edirdi. Kompozitor bu tip 15 musiqi yazmışdır. Hansı ki, bunların çoxu Mostartın instrumental yaradıcılığının zirvəsi hesab olunur. Motsart heyvanları çox sevirdi və daha çox da quşlara diqqət ayırardı. Kompozitor Sol mojor (G -DUR) konsertini yazdıqdan sonra onun final hissəsini (Allegretto) şəhərdə olan bir quş mağazası önündə oxumuşdur. Abert Hermana görə, «sığırçın bu melodiyanı özünəməxsus dəyişərək yenidən təkrarlamışdır, bu Motsartın xoşuna gəlmiş və həmən sığırçını almışdır». Motsartın xərclər dəftərində bu barədə qeyd var: «27 may 1784-ci il. Sığırçın quşu - 34 kr (kreyser). Qeydin yanında sığırçının ifa etdiyi melodiya yazılmışdır: Motsart əlavə olaraq yazmışdır: «Bu çox əla idi!». Motsartın qeydlərinə əsasən məlum olur ki, sığırçın fermatanı (səsin, pauzanın davam etdirilməsini bildirir) doğru yerləşdirmirdi.
Sığırçınlar
Sığırçınlar (lat. Sturnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Möhkəm bədən quruluşu xırda ölçülü quşlardır. Dimdiyi nisbətən gödək, ayaqları güclüdür. Rənginə parlaq metallik tonlar vardır. Müxtəlif landşaftlarda məskunlaşır. Həşərat, giləmeyvə, meyvələrlə qidalanır. Faydalı quşlardı ancaq bəzi yerlərdə üzüm plantasiyalarına və giləmeyvələrə ziyan vurur. == Azərbaycanda yayılması == Azərbaycan faunasına 2 növü olan sığırçın və 1 növü olan mayna cinsləri daxil olur.
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sığırlı
Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sığırlı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd, d.y. stansiyası. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 22 km cənub-şərqdə Şirvan düzündədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.
Sığırlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.
Səqərçin (Xudabəndə)
Səqərçin (fars. سقرچين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (172 ailə).
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Sibirin rus istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.