Sığırlı
Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Sığırlı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd, d.y. stansiyası. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi.
Rayon mərkəzindən 22 km cənub-şərqdə Şirvan düzündədir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.