Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şinçay
Şinçay - Şəki rayonunda çay. == Ümumi məlumat == Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Şinço
Şinço (新潮, Shinchō; Yeni dalğa) — "Shinchosha" tərəfindən nəşr olunan Yaponiya aylıq ədəbi jurnalı. 1904-cü ildə fəaliyyətə başlamasından bəri bir çox aparıcı yapon yazıçılarının əsərlərini nəşr etdirmişdir. Bu, Yaponiyanın aparıcı beş ədəbi jurnalından biridir. Jurnalda Yaponiya ədəbi əsərlərinin ingilis dilinə tərcümələri dərc olunur. Jurnal "Şinço ədəbi mükafatı"nı təqdim edir.
Sandoy adası
Sandoy adası (far. Sandoy), Sannyo (dan. Sandø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 1264 nəfər yaşayır. Sahəsi 111 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 479 m-dir. Cənub qutaracağında mayak vardır. Adada yerləşən yaşayış məntəqələri:Sandur, Skopun, Skolevik, Skarvanes, Husavuyk və Dalur. Ada 2001—2005-ci illərdə 100 Farer kronunun üzərində təsvir edilmişdir. == Ədəbiyyat == Jørgensen, Gunni, and Jóannes Rasmussen.
Ceydon Sanço
Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000-ci il, London, İngiltərə) — ingilis futbolçu. == Həyatı == Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir. == Klub karyerası == === Həvəskar karyerası === Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur. === Borussiya Dortmund === 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır.
II Sanço
II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207 və ya 1207, Koimbra – 4 yanvar 1248 və ya 1248, Toledo) — Portuqaliya krallığının IV kralı.
I Sanço
I Sanço (port. Sancho I de Portugal; 11 noyabr 1154, Koimbra – 26 mart 1211 və ya 26 mart 1212, Koimbra) — Portuqaliya krallığının II kralı.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. == Təsnifatı == Sincab (Sciurus) cinsi Abert sincabı (S.aberti) Qviana sincabı (Sciurus aestuans) Allen sincabı (S.alleni) İran sincabı (S.anomalus) Arizona sincabı (S.arizonensis) Qızılıqarın sincab (S.aureogaster) Boz Karolin cincabı (S.carolinensis) Sciurus colliaei Sciurus deppei Sciurus flammifer Sciurus gilvigularis Sciurus granatensis Boz-sarı sincab (S.griseoflavus) Boz sincab (S.griseus) Sciurus ignitus Sciurus igniventris Yapon sincabı (S.lis) Neyarityan sincabı (S.nayaritensis) Qara sincab (S.niger) Sciurus oculatus Sciurus pucheranii Sciurus pyrrhinus Riçmond sincabı (S.richmondi) Sanborna sincabı (S.sanborni) Sciurus spadiceus Sciurus stramineus Ala-bəzək sincab (S.variegatoides) Adi sincab (S.vulgaris) Yukatan sincabı (S.yucatanensis) Druid sincabı == İstinadlar == == Mənbə == Davidson, Alan. Oxford Companion to Food (1999), "Squirrel". p. 750.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
İrinçöy
İrinçöy — Naxçıvan Muxtar Respublikası Şərur rayonununda arxeoloji abidə. == Haqqında == Şərur rayonunun Şahbulaq kəndinin cənub şərqində iki hündür təpəni və onların ətəklərini əhatə edən arxeoloji abidə. Sahəsi 1500 m2-dir. Yaşayış yerində bünövrəsi daşdan, divarları möhrədən hörülmüş bina qalıqlarına rastlanmışdır. Yaşayış yerinin digər hissəsində iri daşlardan hörülmüş divar qalıq- ları vardır. Aşkar olunmuş keramika məmulatı çəhrayı rəngdə bişirilmiş, forma verməyən qab parçalarından ibarətdir. Keramika məmulatı Son Orta əsrlər üçün xarakterikdir.
Şinyon
Şinyon (fr. Chignon) qadınlar üçün bir növ saç makiyajıdır,adətən tükü sancaq ilə müxtəlif formalara yığmaqdır.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Şinci
Şinci — ad.
Adi sincab
Adi sincab (lat. Sciurus vulgaris) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növü. Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm. olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Xüsusilə, boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla atlaya bilirlər. Havada uçarkən qollarını və qıçlarını açaraq sanki bir paraşut kimi hərəkət edirlər.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
Makoto Şinkay
Makoto Şinkay (新海誠, Shinkai Makoto, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da, Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir. == Yaradıcılığının xüsusiyyətləri == Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi. Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.
Pinçot ardıcı
Pinçot ardıcı (lat. Juniperus pinchotii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Sancay Datt
Sancay Datt (ing. Sanjay Dutt, hind संजय दत्त; d. 29.7.1959) — Hindistan kino aktyoru və prodüseri. Məşhur aktyorlar Nərgiz və Sunil Dattanın oğludur. Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə Filmfare mükafatının sahibidir. == Həyatı == Sanjay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub.Priya və Namrata adlı 2 ozundən yaşca kicik bacısı var. 1981-ci ildə ilk filminin premyerasina az qalmış anası rehmete getmisdir. Sanjay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub. Riça 1996-cı ildə beynindəki şiş səbəbilə rəhmətə getmisdir, onun valideynləri əllərindən gələni etmişdilər ki, nəvələrinin qəyyumluğu atasına yox onlara verilsin. 1998-ci ildə Sanjay model Pe Pillai ilə evlənmişdir, lakin 2005-ci ildə onlar boşandılar.
Sincan (Oğuz)
Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Ehalisi-1673 == Toponimikası == Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır."Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır. "San" isə — "həyat, dirilik" deməkdir.
Sincan Rəsədxanası
Sincan Rəsədxanası — 2011-ci ilin yanvarında dəyişdirilmədən əvvəl Urumçi Rəsədxanası olaraq bilinirdi. SR-da hazırkı tədqiqat bir çox astronomiya sahəsini əhatə edir. Radio astronomiya, optik astronomiya və astronomiya tətbiqlərindən, xüsusən də pulsarlardan, ulduz əmələ gəlməsi və təkamülü, qalaktikalar və kosmologiya, yüksək enerjili astrofizika, mikrodalğalı qəbuledici, rəqəmsal texnologiya, GPS və s. SR-nın Radio Astrofizika Laboratoriyası Çin Elmlər Akademiyasındakı radio astronomiya əsas laboratoriyalarının üzvüdür və Sincan Uyğur Muxtar Bölgəsinin Açar Laboratoriyası statusuna da layiq görülmüşdür. SR Nanşen, Kaşqar, Qitai və digər iki müstəqil yerüstü stansiyanı idarə edir. == Obyektlər == Rəsədxananın imkanlarına Urumçi əyalətinin Qanqu qəsəbəsində yerləşən Nanşan Radio Teleskopu daxildir (43°28′17″ şm. e. 87°10′41″ ş. u.). SR-nın Nanşandakı 25 metrlik teleskop sahəsi çox uzun bazalı interferometriyanın (VLBI) vacib stansiyalarından biridir.
Sincan tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Sinxay inqilabı
Sinxay inqilabı və ya 1911 Çin İnqilabı — Tzin sülaləsinin liderliyinə son qoydu və 1 yanvar 1912-ci ildə Çin Respublikasının qurulması ilə nəticələndi. İnqilab 2000 illik imperatorluq hakimiyyətinin sonunu və Çinin ilk respublika dövrünün başlanğıcını qoydu. == Mənşəyi == 1842-ci ildə Birinci Tiryək Müharibəsində Qərbə ilk məğlubiyyətini yaşadıqdan sonra Tzin imperator məhkəməsi Çinə xarici müdaxilələri dayandırmaq üçün mübarizə apardı. Ənənəvi idarəetmə metodlarını tənzimləmək və islah etmək səyləri uğursuzlukla nəticələnirdi. 1860-cı ildə İkinci tiryək müharibəsindəki məğlubiyyətdən sonra Tzin, 1861-ci ildən etibarən Özünü Gücləndirmə Hərəkatı ilə müəyyən Qərb texnologiyalarını mənimsəyərək modernləşməyə çalışdı. Taypin (1851-64), Nian (1851-68), Yunnan (1856-68) və Dunqan (1862-77) qarşı müharibələrdə ənənəvi imperiya qoşunları özlərini səriştəsiz göstərdilər və məhkəmə yerli ordulara etibar edildi. 1895-ci ildə Çin Birinci Çin-Yapon müharibəsi zamanı növbəti məğlubiyyətə uğradı. Bu, ənənəvi Çin feodal cəmiyyətinin texnoloji və ticarət inkişaflarında uğur qazanacağı təqdirdə də modernləşdirilməli olduğunu göstərdi. 1898-ci ildə, Guangxu İmperator kimi islahatçılar rəhbər idi Kang Youwei və Liang Qichao altında təhsil, hərbi, və iqtisadiyyatda köklü islahat qarşı yüz günləri 'İslahat . İmparatoriça Dowager Cixinin rəhbərlik etdiyi mühafizəkar çevriliş nəticəsində islahat birdən ləğv edildi.
Sığçöl (Talış)
Sığçöl (fars. سيغ چال‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə).
Yakov Sinyov
Yakov Mixayloviç Sinyov (d. 1912, Rusiya – ö. 17 aprel, 1943) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 1943). == Həyatı == Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir. 25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Şıngay Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Şınqay xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.