Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gintaras Beresnyavisius
Gintaras Beresnyavisius (lit. Gintaras Beresnevičius; 7 iyul 1961, Kaunas – 6 avqust 2006, Vilnüs) — Litva dinşünas, yazıçı və publisist. == Bioqrafiyası == Gintaras 7 iyul 1961-ci il Kaunasda anadan olmuşdur. 1979-cu ildə 26 №-li (hal-hazırda Simonas Daukantas adına məktəb) Kaunas məktəbini bitirmişdir. 1984-cü ildə Vilnüs Universitetinin tarix fakultəsi bitirmişdir. İnstitutu bitirdikdən sonra 2 il sovet ordusuna xidmət etmiş, zirehli tank qoşunlarında iştirak etmişdir. 1986-cı ildən müxtəlif universitetlərdə işləmiş və 1993-cü ildə (elmi rəhbər Norbertas Velyus) həkim dərəcəsini almışdır.Gintaras bir sıra elmi kitabların müəllifi və redaktoru olmuşdur. 100-dən çox elmi məqalənin müəllifidir. Baltika mifologiyasını və din tarixini ən yaxşı bilənlərindən biri hesab edilirdi. 2003-cü ildə din tədqiqatı üzrə dərslik dərc etmişdir.
Gintaras Steponaviçius
Gintaras Steponaviçius — Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius 23 iyul 1967-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Ali təhsilini Litvada alıb, eyni zamanda Qərbin 4 universitetində təhsilini davam etdirmək imkanı olub. Nazir vəzifəsinə təyin olunanadək son 10 ildə Vilnüsdə öz dairəsi üzrə 3 dəfə parlamentə seçilib. 10 il Vilnüs Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib. Sonra siyasətlə məşğul olmağa başlayıb. Şəhər sovetinin üzvü olub. Bir ildən çoxdur ki, Litva Respublikasının təhsil və elm naziri vəzifəsində çalışır. Nazir olmaqla, eyni zamanda Litva Respublikası parlamentinin üzvüdür. Ailəlidir, iki övladı var.
Onuma Sittirak
Onuma Sittirak (13 iyun 1986) — Tailand milli voleybol komandası voleybolçusudur. == Həyatı == Onuma Sittirak 1986-cı ildə Tailandın Surat Thani bölgəsində anadan olmuşdur. == Karyerası == Voleybolçu karyerasına ölkəsinin Bankong Bank klubunda başlamışdı. Karyerasında ən böyük nailliyyətlərini ölkəsində Federbrau klubu ilə yaşamışdır. 2009, 2010 və 2011-ci illərdə bu komanda ilə Asiya Çempionlar liqasında çempionluqlar yaşamışdır. 2009 Asiya çempionatının ən dəyərli oyunçusu seçilmişdir. Həmçinin bu turnirin ən yaxşı zərbəçisi mükafatını da qazanmışdır. 2012-ci ildə İqtisadçı komandasına transfer olunan Sittirak bir müddət sonra Avropa adından söz etdirməyi bacarmışdır.2013-cü ildə Yaponiyada keçirilən "Grand Champions Cup" un ən məhsuldar oyunçusu olmuşdu.2013–14 mövsümündə İqtisadçıyla ilk Çempionlar Liqası təcrübəsini qazanan tailandlı turnirin son matçında Vakıfbanka qarşı keçirilən görüşdə mövsüm ərzindəki ən yaxşı oyununu nümayiş etdirmişdir.Sittirak öz gözəlliyi ilə də digər voleyboçaldan fəqlənir.
Şinqiray Hlanquyo
Şinqiray Hlanquyo (11 may 1997) — Zimbabveli atlet. Şinqiray Hlanquyo Zimbabveni 2016-cı ildə XX Yüngül atletika üzrə Afrika çempionatında təmsil etdi. == Karyerası == Şinqiray Hlanquyo birinci dəfə Afrika çempionatına 2016-cı ildə qatıldı. O, CAR-ın Durban şəhərində baş tutan XX Yüngül atletika üzrə Afrika çempionatında kişilər 100 metr məsafəyə qaşış yarışlarında yürüşlərdə iştirak etdi və məsafəni 11.14 saniyəyə qət edərək 48 atlet arasında 32-ci yeri tutdu.
Sintiya Harris
Cynthia Harris (9 avqust 1934, Nyu-York, Nyu-York ştatı – 3 oktyabr 2021, Nyu-York, Nyu-York ştatı) ― Amerika səhnəsi, film və televiziya aktrisası. == Fimloqrafiyası == Rescue Me (2004–2007) The Geena Davis Show (2000) An American Daughter (2000) Now and Again (1999) All My Children (1994; Unknown episodes) Murder, She Wrote (1994; 1 episode) Mad About You (1993–1999, 2019) — recurring role The Distinguished Gentleman (1992) Mannequin Two: On the Move (1991) Law & Order (1991–1993; 1997) Murder, She Wrote (1990; 1 episode) The Ann Jillian Show (1989–1990) Kate & Allie (1989) Three Men and a Baby (1987) Everything's Relative (1987; 1 episode) L.A. Law (1986–1987) — recurring role Izzy and Moe (1987) Reuben, Reuben (1983) Tempest Quincy, M.E. (1982) Archie Bunker's Place (1981) Hart to Hart (1980) Husbands, Wives & Lovers (1979) Three's Company (1979) Edward and Mrs.
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub. Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Sintiya Rotrok
Sintiya Enn Kristin Rotrok (ing. Cynthia Ann Christine Rothrock, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır. == Həyatı == Sintiya Rotrok 1957-ci ildə ABŞ-nin Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.1980-cı illərin əvvəllərində "Kentucky Fried Chicken" adlı reklamda müvəffəqiyyətlə çıxış etdiyinə görə bir çox Honkonq filmlərinə dəvət olunur.