Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Səbuk Təkin Salur
Səbuk Təkin Salur (26 oktyabr 1923 - 8 noyabr 1991) — jurnalist və tarixi roman yazıçısı, bir sıra radio və televiziya proqramlarının müəllifi. Səbuk Təkin Salur İran İslam İnqilabından sonra Kanadaya köçmüş və orada vəfat etmişdir. O, Əbdüssəməd mirzə Salurun nəticəsi idi.