Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlik Səfərqulu
Məlik Səfərqulu — 1691-ci ildə Şəkinin məlikliyi vəzifəsini öz ixtiyarına keçirməyə çalışmış, nəhayət bu barədə Şah Süleymanın fərmanını əldə etmişdir. Həmin fərmandan görünür ki, Səfərqulu Şəki ölkəsi məlikliyinə özünün layiq olması, o vaxtkı məlik Məlik Həsənin də bu işə razılıq verərək Şəki məlikliyi vəzifəsindən əl çəkməsi haqqında Şəki ölkəsinin bonicə sahibləri və rəiyyətləri adından müəyyən akt düzəltmiş, həmin kollektiv sənədi Şəki ölkəsi hakimi və kələntərinin, habelə Şirvan bəylərbəyi, şəriət icraçısı və şeyxülislamının təsdiqindən keçirmişdir. == Haqqında == Sonra həmin kollektiv sənədi Şah Süleymana təqdim etmiş və Şəkiyə məlik təyin olunduğu təqdirdə mərkəzi hökumətin “xasseyi-şərifə” adlanan idarəsinə peşkəş qaydası ilə yüz tümən pul ödəyəcəyinə söz vermişdir. Bununla əlaqədar olaraq, Şah Süleyman fərmanında belə bir şərt qoymuşdur ki, yalnız Şəki ölkəsi rəiyyətlərinin, həmçinin bonicə sahiblərinin altıda dörd hissəsinin Məlik Həsənin məlikliyinə razı olmadığı, Səfərqulunu özlərinə məlik qəbul etdikləri təqdirdə, Məlik Həsən vəzifədən kənar edilsin və Səfərqulu Şəki ölkəsinin məliyi təyin olunsun. Şah Sultan Hüseynin hicri 1113-cu ilin rəbiüləvvəl ayı (avqust/sentyabr, 1701) tarixli fərmanındakı izahatdan məlum olur ki, Şah Süleymanın həmin fərmanı əsasında Səfərqulu Şəki ölkəsi və onun tabeliyində olan məntəqələrin məliyi təyin edilmiş, ömrünün sonunadək həmin vəzifədə qalmışdır. Məlik Səfərqulunun hansı ildə vəfat etməsi isə məlum deyil. Yalnız məlumdur ki, onun vəfat etməsindən sonra əvvəlki məlik Məlik Həsən yenidən Şəkiyə məlik təyin edilmiş, lakin 21 mart 1701-ci il tarixdə həmin vəzifədən azad olunaraq həbs edilmiş, yerinə isə Məlik Səfərqulunun oğlu Məhəmmədxan bəy təyin edilmişdir.
Şəhərgah yaşayış yeri
Şəhərgah yaşayış yeri — Kürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə. Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır. Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.