Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səpələnən radiasiya
Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər: günəşin üfüqdən yüksəkliyi, atmosferin şəffaflığı, atmosferdə olan suyun miqdarı və vəziyyəti, yer səthinin albedosu. Düz radiasiya artdıqca səpələnən radiasiya da artır.
Səpələng güləvər
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Səpələnmiş ölümlər arasında (film, 2020)