SƏPƏLƏNMƏK

f.
1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib.
– Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş ( f.sif. ) dəftərləri toplayıb sahmana saldı. S.Rəhimov.
Lalənin ləçəkləri yerə səpələndi. M.Hüseyn.
[Zakirin] saçları dağılıb üzünə səpələnmişdi. H.Seyidbəyli.

// Tökülüşmək. Sərnişinlər qatardan yerə səpələndilər.
– Rüstəm kişi dəstə-dəstə yollar boyu səpələnib irəliləyən kolxozçu qadın və kişiləri gördü. M.İbrahimov.
Gələn atlılar sağa-sola səpələndilər. M.Hüseyn.

2. Çilənmək.
Qırov səpələndi çölə, yamaca; Göylərdə buz kimi dondu ulduzlar. S.Vurğun.
Göydən xırda yağış səpələnirdi. Ə.Vəliyev.

SƏPƏLƏNMƏ
SƏPGİ

Digər lüğətlərdə