Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərəskənd
Həştrud, Həştəri və ya Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Həştrud şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,418 nəfər və 4,493 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırki rəsmi adı olan "Həştrud" isə farsca "həşt" (səkkiz) və "rud" (çay, axar su) sözlərindən ibarətdir.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Mirəskər Seyidov
Mirəsgər Seyidov (6 fevral 1970, Qaraxanbəyli, Naxçıvan rayonu – 14 iyun 1992, Yuxarı Buzqov, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Sərəskənd-i Süfla (Həştrud)
Sərəskənd-i Süfla (fars. سراسكندسفلي‎) və ya Aşağı Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (35 ailə).
Sərəskənd-i Ülya (Həştrud)
Sərəskənd-i Ülya (fars. سراسكندعليا‎) və ya Yuxarı Sərəskənd— İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 133 nəfər yaşayır (22 ailə).
Sərşəhər məscidi
Sərşəhər məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Sərşəhər məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri də Sərşəhər məscididir. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. “Sərşəhər” sözü “şəhərin başı, mərkəzi” mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı indi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdur . Sərşəhər məscidi məhəllənin mərkəzi meydanının şimal tərəfində yerləşir. Bünövrəsi çay daşı, yuxarı hissəsi isə çiy kərpicdən tikilmiş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Sərşəhər məscidi planda kvadrat şəkilli olub, iki mərtəbədən ibarətdir.
Sərəşbar (Xudabəndə)
Sərəşbar (fars. سرشبار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 273 nəfər yaşayır (49 ailə).
Kerəşke (Baymak)
Kerəşke (başq. Кәрешкә, rus. Галеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Tatlıbay): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Serbske Nowiny
Serbske Nowiny () — Yuxarı sorb (Almaniyanın Saksoniya federal əyalətinin şərq hissəsi) nəşr olunan axşam qəzetidi. Yuxarı sorb dilində çap olunan yeganə gündəlik qəzetdi. Qəzetin naşiri Bautzendə yerləşən Sorb milli assosiasiyasının "Domovina"sına daxil olan Domovina Xalq Nəşriyyatıdır. 1842-ci ildə "Tydźenska nowina" adı ilə ilk dəfə Bautzendə çap olundu, onun redaktorları əvvəlcə Handrij Zejler, sonra isə Yan Arnost Smoler idi. 1854-cü ildə siyasi həftəlik jurnalın adı Serbske Nowiny olaraq dəyişdirildi. Nəşr və redaktə işi 1870-ci illərdə Marko Smoler öz üzərinə götürdü. Serbske Nowiny 1921-ci ildən gündəlik qəzet kimi nəşr olunur. Sorb qəzeti əvvəldən dövlət orqanlarının qoyduğu maneələrlə üzləşməli olur. Məsələn, Bautzen Şəhər Şurası açıq şəkildə şərt qoydu ki, Tydźenske nowiny heç bir xarici siyasət xəbəri dərc etməməlidir. Bundan əlavə, təriqət sərhədləri qəzetin yayılmasını məhdudlaşdırırsın.
Serenkur (Val-d'Uaz)
Serenkur (fr. Seraincourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.261 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimalda, Serji belediyyənin 15 km şimal-şərqdə yerləşir.
Serenkur (Val-d’Uaz)
Serenkur (fr. Seraincourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.261 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimalda, Serji belediyyənin 15 km şimal-şərqdə yerləşir.
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.