Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Dərincə Bələdiyəspor
Zərincə (Talin)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Zərincə (Talın)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Amerikalı şirincə
Amerikalı şirin qız (ing. American Honey) — 2016-cı il Böyük Britaniya istehsalı film. == Məzmunu == İtirməyə heç nəyi olmayan yeniyetmə qız Star (Sasha Lane) qapıdan-qapıya jurnal satışı ilə məşğul olan dəlisov bir komandaya qoşulur. İstədikləri kimi hərəkət edən, əylənən və pul qazanmaqdan başqa heç nəyi düşünməyən gənclər toplusu ABŞ-ni başdan-başa səyhət edib, satış etmək istəyirlər. Star isə satışdan əlavə intriqa dolu sevgi macəraları, qanun pozuntuları və gözlənilməz həyat reallıqları ilə üz-üzə qalır. Filmi izlədikcə Starın cəmiyyət tərəfindən necə müəyyən axın istiqamətində yönəldildiyini görürük. Sanki, obrazımız özünü cəmiyyət adlanan axına buraxır və Dumandakı kirpi cizgi filmində kirpiciyəzin dediyi kimi qoy çay məni gedəcəyim yerə aparsın deyir. Oxşar analogiyanı cizgi filmi ilə "Amerikalı şirin qız" arasında hələ çox qurmaq olar, çünki hər ikisi də individin öz şəxsi həyat yolunu axtarıb-tapmaq, ona öz yanaşmasını müəyyənləşdirmək və ilk öncə arzularını tapıb, sonra da onlara nail olmaqdan bəhs edir. Star həqiqətən də şirin, hələ həyatın nə olduğunu yeni-yeni başa düşməyə başlayan birisi kimi izləyici də müəyyən simpatiya oyadır.
Pərəncə
Pərəncə(ərəb. برقع‎) (sinonimi: yapıncı, tək-tük hallarda çadra) — müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi.İranın cənubunda niqab kimi geyimə ki rəngli dekorasyonları var,pərəncə (burqa) deyilər. == Qalereya == == Qaynaqlar == الشامسی، عبدالله، بن نجیب. الألبسة الشعبیة فی دولة الامارات العربیة المتحدة. اتحاد کتاب ادباء الامارات، سال ۱۹۹۱ میلادی.
Sərincan
Sərincan — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. XIX əsrin ortalarından sonra kənd barədə mənbələrdə məlumat yoxdur.
Zərifcə
Zərifcə (lat. Helianthemum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə bu bitkinin aşağıdakı növlərindən istifadı olnur: Ayşəkilli zərifcə (H. lunulatum) hündürlüyü 9 sm olan, çiçəkləri qızılı-sarı rəngli bitkidir. Pulşəkilli zərifcə (H. nummularium) hündürlüyü 15 sm, çiçəkləri sarı rəngdən tünd-qırmızı rəngədək yarımkoldur. Alp zərifcəsi (H. alpestre) hündürlüyü 10 sm-ə çatan, sarı rəngli, kasaşəkilli çiçəkləri olan bitkidir. Zərifcəni hətta çiçək açan vəziyyətdə də başqa yerə köçürmək olar. Zərifcə əhəngli, qumlu torpaqlarda yaxşı bitir. Yaxşı olar ki, əkindən əvvəl torpaq qum ilə qarışdırılsın. Bitki qayalıq olan bağ sahələrinin tərtibatı üçün yararlıdır.
Ərincək
Folivora (lat. Folivora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin dişsiz məməlilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Birincə (Marağa)
Birincə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Təkab bölgəsində, Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 14 km. şimal-şərqdədir.
Birincə (Tikantəpə)
Birincə (fars. برنجه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (13 ailə).
Cırtdan ərincək
Cırtdan ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir. == Təsviri == Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır. == Yayılması == Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır. == Həyat tərzi == Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir.
Nəmincə (Piranşəhr)
Nəmincə (fars. نمينجه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (63 ailə).
Qonurboğaz ərincək
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır. == Görünüşü == Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur.Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər.Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir. Belə ki, rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirmişdir.Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazırdı: "1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı.
Üçbarmaq ərincək
Üçbarmaq ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Üçbarmaq ərincəklər yalnız Cənubi Amerikanın Qayana, Surinam, Fransa Qvianası, Venesuela, Kolumbiya və Braziliyada Amazon çayının şimalındakı ərazilər də daxilində yağış meşələrində aşkarlanmışdır. == Təsviri == Üçbarmaq ərincəklərin uzunluğu 52 sm-ə çatır. Bunun 4 sm-i quyruğuna düşür. Çəkisi 3.2–6 kiloqramdır. Bu bacarıqsız heyvan, kiçik başa, sərt dodaqlara, kiçik ağıza, çox uzun boyna sahibdir. Barmaqları olduqca qısa və qalındır. Üstəlik üç yana yönəlmiş oraq caynaqları ilə silahlanmışdır. Başdakı tüklər aşağıya, bədənin digər hissələridəkilər isə əksinə aşağıdan yuxarıya istiqamətlənir.
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. == Həyatı == Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur.Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir. Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.
Səbinə Abbasova
Səbinə Abbasova (16 iyul 1994, Bakı, Azərbaycan) — Azərbaycanın bədii gimnastı. == Həyatı == Səbinənin atası ehtiyatda olan hərbçidir; anası məktəbəqədər hazırlıq müəlliməsidir və qardaşı isə hərbi həkimdir. == Karyerası == Səbinə Abbasova idman karyerasına 1999-cu ildə başlayıb. O, ilk medalını (gümüş) Gənclərdən ibarət komandanın tərkibində digər 4 gimnastla beş lentlə hərəkətdə 2009-cu ildə Bakıda keçirilən Avropa Çempionatında qazanıb. Avropa Çempionatlarının, eləcə də Dünya Kubokunun mərhələlərində, eləcə də digər beynəlxalq turnirlərdə - ümumilikdə böyüklərdən ibarət komandanın tərkibində Səbinə 2014-cü ildə 11 medal (o cümlədən beşi qızıl) qazanıb. O, 2015 Avropa Oyunlarında qrup komandası tərkibində çıxış edəcək. Səbinə Abbasova uşaqlıqda Rusiya gimnastı İrina Çaşinanın pərəstişkarı olub.
Səbinə Abdullayeva
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Alməmmədova
Səbinə Məmməd qızı Alməmmədova (18 mart 1972, Bakı) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent. == Həyatı == Səbinə Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. 1994-2004-cü illərdə AMEA RH “Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir. 2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-2018-ci illərdə "Azərbaycan dilinin lüğət tərkibində alınmalar" adlı layihənin aparıcı koordinatoru olub. 2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru dərəcəsi almaq üçün “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda dissertasiya müdafiə etmişdir.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Serinus
Serinus (lat. Serinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Emincə
Emincə — Türkiyənin İğdır ilinı daxil olan Aralıq ilçəsində kənd. Tarixən Qərbi Azərbaycanın Gərnibasar mahalı ərazisinə daxil olmuşdur. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 53 km, Aralıq ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
Serbcə
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. == Səbəblər == Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda,"[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Acaena sericea
Acaena sericea (lat. Acaena sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Alchemilla sericea
İpəyi şaxduran (lat. Alchemilla sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. == Arealı == Türkiyə və İranda yayılmışdır.
Artemisia sericea
Artemisia sericea (lat. Artemisia sericea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cerom Selincer
Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2010[…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı. Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı. Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır. 1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır. 1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub.
Grevillea sericea
Grevillea sericea (lat. Grevillea sericea) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
Mikania sericea
Mikania sericea (lat. Mikania sericea) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.