Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zoe Saldana
Zoe Saldana (ing. Zoe Yadira Zaldana Nazario, 19 iyun 1978) — ABŞ aktrisası. Zoe Saldana Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında anadan olmuşdur.Anası Puerto-Riko, atası Dominikan Respublikasındandır. Uşaq vaxtı ingilis və ispanca öyrənmişdir. O, 9 yaşında atasını avtomobil qəzasında itirmişdir. Atası vəfat etdikdən sonra, anası hər iki qızı ilə birlikdə Dominikan Respublikasına geri dönmüşdür. Dominikan Respublikasında ən yaxşı rəqs məktəblərinə gedərək, balet dərsləri almışdır. ABŞa geri qayıdaraq liseydə teatr kurslarına yazılır və aktyorluq kursuna gedir. Dərsləri ilə yanaşı 1990-cı ilin ortalarında Burger Kingdə kassir kimi işləyir. İlk dəfə 1999-cu ildə "Law & Order" serialına çəkilir.
Mateus Saldanya
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Mixail Salman
Mixail Salman (ivr. ‏מיכאיל סלמאן‏‎) — Azərbaycanda doğulmuş yəhudi əsilli şair. Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvüdür. Şair 1990-cı ildən İsraildə yaşayır. Mixail Salman 1950-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir. O yaradıcılığa erkən yaşlarından başlayıb. Müxtəlif qəzet və jurnallarda, o cümlədən “Ədəbi Azərbaycan”da çap olunub. Öz təbirincə desək, “həyatımın çox hissəsi, ən gözəl xatirələrim, ümidlərim Bakı ilə bağlıdır – uşaqlıq, gənclik, yetkinlik, ilk məhəbbət şəhəri... Bəlkə də poeziyam böyük ölçüdə vətənə daha yaxın olmaq istəyi ilə bağlıdır".
Paul Haldan
Paul Haldan (12 aprel 1965) — Niderlandı təmsil edən stolüstü tennisçi. Paul Haldan Niderlandı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Peyk (Salyan)
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin] Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir. Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaldan-Boşoqtu
Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu. Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü. Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Salman Musayev
Salman Musa oğlu Musayev (1958, Hamamlı, Dmanisi rayonu) — Qafqaz müsəlmanlarının XI Müftisi. 1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub. 1982-ci ildə Daşkənd İslam Universitetini bitirib. 1984–1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin ilahiyyat fakültəsində təhsil alıb. 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir. 2002-ci ildə Gürcüstan Respublikasının "Şərəf" Ordeni ilə təltif olunub. Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
Salman Mümtaz
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884, Nuxa – 6 sentyabr 1941, Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932). Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Salman Raduyev
Salman Raduyev (13 fevral 1967, Qudermes, Çeçen-İnquş MSSR – 14 dekabr 2002) — İçkeriya hərbi lideri, Birinci Çeçenistan müharibəsinin və İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsində ən məşhur çeçen səhra komandirlərindən biri, Çeçen ordusunun briqada generalı (1997-ci ilə qədər), Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrinin Şimal-Şərq Cəbhəsinin komandiri (1994-cü ilin noyabrı — 1996-cı ilin iyunu), Rusiya Federasiyası ərazisində bir sıra səs-küylü terror aktlarının təşkilatçısı. O, ögey əmisi oğlu Cövhər Dudayevin qızı ilə evlənmişdi. Rusiyada terrorçu elan edilmiş, 2000-ci ildə həbs edilərək və terrorçuluqda təqsirli bilinmişdir. "Belıy lebed" koloniyasında (Solikamsk) vəfat etmişdir. 13 fevral 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes şəhərində anadan olmuşdur. O, 4 saylı şəhər orta məktəbdə oxumuş, öz ifadəsinə görə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra 1985-ci ilin martından doğma Qudermesdə şəhər icra hakimiyyətinin tikinti briqadasında suvaqçı işləyir. SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olarkən Sovet İttifaqı Kommunist Partiyası (iyul 1987) sıralarına daxil olmuşdur. Raduyev ehtiyata buraxıldıqdan sonra 24 saylı Peşə texnikumunda qaz qaynağı ustası kimi qəbul olunur; müəssisədə eyni vaxtda Çeçen-İnquş respublika komsomol komitəsinin üzvü olur. Komsomol işində o, özünü müsbət tərəfdən göstərmişdir.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.