Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı. 1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı.
Salvator Mundi
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Тuran" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Salatın Əsgərova
Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı – 9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. == Həyatı == === Erkən illəri === Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. === Jurnalist fəaliyyəti === 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.