TORN

torn1

adj 1. cırılmış, yırtılmış, cırıq-cırıq, yırtıq; Your trousers are torn in the back Sənin / Sizin şalvarın /şalvarınız arxadan cırılıb; 2. tib. qırılmış; ~ muscle qırılmış əzələ

torn2

to tear felinin pp forması

TORMINA
TORNADO
OBASTAN VİKİ
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Bella Torn
Annabella Everi "Bella" Torn (ing. Annabella Avery Thorne; 8 oktyabr 1997, Pembrok-Payns[d], Brauard dairəsi, Florida, ABŞ) — amerikalı aktrisa, model, müğənni və yazıçı. Torn 20-dən çox serialda və 60-dan çox reklamda modellik və aktrisalıq edib. Lakin Tornun ən məşhur rolu baş rolunu ən yaxın dostu Zendaya ilə bölüşdüyü "Göstər özünü"dəki ("Shake it up") Sisi Cons roludur. == Həyatı == Bella Thorne 8 oktyabr 1997-ci ildə, Floridada, Pembruk Şamlarında anadan olmuşdur. Ailənin ən kiçiyi olan Tornun atası da aktyor idi. == Karyerası == === 2003–2009 === Thorne ilk dəfə 2003-cü ildə "Sənə vurğun" filmində MEQAHERS Yan xətti azarkeşi rolunda çəkildi. 2008-ci ildə isə "Mənim ən pis düşmənim" adlı serialda Rati Spivi köməkçi rolu ilə bir Cavan Aktyor Mükafatını qazandı. O, həmçinin, Cimmi Kimmel Yaşayır! daxil olmaqla, O.C. — də Teylor Tovnsendin gənc versiyası kimi, Oktyabr Yolunda Ancela Ferilli və Şəhvani haram pul serialında 5 seriya boyunca, Marqaruks Darlinq obrazını canlandırmışdı.
9A52-4 Tornado
9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur. “Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70–90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir. “Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına 2017-ci ilin avqust ayında yola salınıb. Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. == Variantları == 9A52-4 Tornado sistemi yüngül reaktiv yaylım atəş sistemidir.
ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur. Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.
Atlantika tornabeniyası
Tornabenia atlantica (lat. Tornabenia atlantica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin tornabenia cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu kollvaridir, tünd-boz rəngdə, KOH təsirindən rəngini dəyişmir. Lövhəcikləri ensizdir, enliliyi 0,6-1,5 mm-ə qədərdir, yuxarı hissəsi xovlu-kirpikcikli, şaxələnmiş, qıraqları fibrilsizdir. Apotesilərin diamteri 1–3 mm, diski çılpaq, yastı, qara rənglidir, qırağı qalın, boz rənglidir. Ağaclarda, daş üzərində olan torpaqda və qayalarda bitir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Kolavri həyati formaya malik, mezofit, işıqsevən növdür, sporla çoxalır. == Yayılması == Ağdaş rayonu (Türyançay qəsəbəsi yaxınlığında), Qəbələ rayonu (Svalan kəndi yaxınlığında), Quba rayonu (Qonaqkənd yaxınlığında), Abşeron yarımadası (şüvələn qəsəbəsi, Bakı buxtası, Biləcəri stansiyası yaxınlığında), Lənkəranın dağlıq hissəsi (Lerik, Şonaçola kəndi yaxınlığında), Xaçmaz rayonu (Yalama meşəsi).
Ağac torna dəzgahı
Ağac torna dəzgahı — fırlanma səthinə malik ağac hissələrinin istehsalına xidmət edən dəzgah. Bu dəzgahın funksiyası öz oxu ətrafında fırlanan pəstah və onun oxuna paralel və perpendikulyar olaraq verişalabilən alətlə müəyyən olunur. Emal üçün frezləmədən fərqli olaraq fırlanmayan kəski və fasonlu alətlər tətbiq olunur. Bu məqsədlə tətbiq olunan bütün dəzgah konstruksiyaları oxşardırlar: kobud yonulmuş və çoxlu tillərə malik oduncaq yonularaq hazır məhsul alınır. Prinsipindən asılı olaraq aşağıdakı yonma dəzgahları fərqlənirlər: Adi ağac torna dəzgahı. Kəski aləti əl ilə dayağa söykəndirilərək pəstaha doğru veriş verilir. Şablon ağac torna dəzgahı. Bu dəzgahlarda dəzgahın supportunda bərkidilmiş diyircək gövdədə oturdulmuş ağacdan və ya metaldan hazırlanmış şablon boyu hərəkət edir. Şablon alətin uzununa hərəkəti zamanı onun eninə verişini idarə edir. Beləliklə, şablonun profili ağacın üzərinə köçürülür.
Billi Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Billy Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Cüzeppe Tornatore
Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi. == Həyatı == Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi.
Edvard Torndayk
Edvard Torndayk (31 avqust 1874[…] – 9 avqust 1949) — ABŞ psixoloqu. Biheviorizmlə bağlı tədqiqatlar aparmışdır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878–1958) hesab olunur. == Mənbə == Ə. S. Bayramov, Ə. Ə. Əlizadə. Psixologiya.
Helle Torninq-Şmitt
Helle Torninq-Şmitt (dan.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Neoseiulus tornadus
Neoseiulus tornadus (lat. Neoseiulus tornadus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. == İstifadəçiləri == Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Birləşmiş Krallıq: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Torna maşınları
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Tornfield Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornfild Horl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Tornike Kipiani
Tornike Kipiani (11 dekabr 1987, Tbilisi) — müğənni. Pop müğənnisi Tornike Kipiani "Georgian Idol" müsabiqəsini qazanaraq Gürcüstanı 2020 Avroviziya Mahnı Müsabiqəsində "Take Me As I Am" mahnısı ilə təmsil etməyə haqq qazandı. 2020 Avroviziya Mahnı Müsabiqəsi COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv olundu. Daha sonra ölkə televiziyası Tornike Kipianinin 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən təmsil etməsinə layiq gördü.
Torniklər
Taronitlər (yun. Ταρωνίτης), Torniklər (gürc. თორნიკე) və ya Taronikyanlar (erm. Թոռնիկյանների ) — gürcü və erməni əsilli Bizans zadəgan ailəsi. == Tarixi == Ailənin əsası Taron çarlığının knyazları olan Qreqori və Baqrat qardaşları tərəfindən qoyulmuşdur. Onlar 968-ci ildə çarlığın ərazilərini mülk və yüksək vəzifə əvəzində Bizans imperiyasına verir. Feodor Monomaxın həyat yoldaşı və IX Konstantinin anası Tornik ailəsindən idi. Ailə X əsrin axırları və XI əsrin əvvəllərində hərbi aristokratiyada əhəmiyyətli yer tutmuşdur. Ailə XII əsrdə mülki bürokratlar olmuş və Konstantinopol şəhərində yüksək dövlət vəzifələrini tutmuşdur. Ailə Dördüncü Səlib yürüşü zamanı, 1204-cü ildə Konstantinopol şəhərinin yağmalanmasından sonra təsirini sonra itirmişdir.
Vilyam Tornton
Dr. William Thornton (20 may 1759[…] – 28 mart 1828, Vaşinqton) — Amerikalı fizik, ixtiraçı, rəssam və memar William Thorntonun ən böyük və ən vacib əsəri Birləşmiş Ştatlar Konqres Binasıdır. Dizaynı ona aiddir. Thornton, ABŞ Konqres binasının cavabdeh şəxsinə verilən və vəzifələri arasında binanın qorunması, mühafizəsi, inkişaf etdirilməsi, binaya işçilər qəbul edilməsi və daha da əhəmiyyətlisi Konqres binasının tikilməsinə cavabdeh olan Bina Memarlığı vəzifəsinə təyin edilmiş ilk insandır. Amerika Birləşmiş Ştatları Patent Administrasiyasının ilk prezidentidir.
Torna dəzgahı
Torna maşınları — Torna hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur. == Tarixi == Torna qədim qurğudur . Qədim Misirdə istifadə olunan bir vasitə olub. Məlum olduğu kimi, miladdan öncə III əsrə aid olmuşdur. Hökumət aid əsərlərin açıq dəlilləri e.ə. 6. əsrdə tapılmışdır: Şimali İtaliyadakı Etrüsk məzarındaki taxta bir kasanın hissələri və Türkiyədə dekorativ torna ağızlı iki düz taxta qab,. Asuriya və Hindistanda da istifadə sübutları var. Torna Sənayi İnqilabı üçün çox əhəmiyyətli idi.