Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapoşi sarkoması
Kapoşi sarkoması - Human herpes virus 8 (HHV8) və ya Kapoşi sarkoması ilə əlaqəli herpes virusun (KSHV) səbəb olduğu bir şiş tipidir. 1980-cı illərdə QİÇS xəstələrində tez-tez görülməyə başlamasından sonra daha geniş tanınmışdır. İlk dəfə 1872-ci ildə Macar dermatoloq Moritz Kapoşi tərəfindən təsvir edilmişdir və onun adı ilə bağlı adlandırılmışdır. Xərçəngin bir növünə səbəb olan bu virusun DNT-si ilk dəfə 1994-cü ildə müəyyən olunmuşdur. Virusların səbəb olduğu bu xəstəliyə qarşı, KSHV/HHV-8 təhlükəsi altında olan insanlar arasında maarifsizlik mövcuddur. Kapoşi sarkoması dəri üzərində yaranan sistemli toxuma pozulmasıdır. Bu toxuma pozulması daxili orqanlarda da bəzi hallarda özünü göstərir. == Xüsusi risk qrupları == Kapoşi sarkomasının inkişaf riski əsasən aşağıdakı amillərlə bağlıdır: Etnik mənsubiyyət. Yəhudi və ya Aralıq dənizi mənşəli insanlarda, eləcə də ekvatorial afrikalılarda Kapoşi sarkomasının inkişaf riski daha yüksəkdir. Cins.
Sarkoma
Sarkoma (ing. sarcoma) – BT-nın bədxassəli şişi.
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Agiya-Triada sarkofaqı
Agiya-Triada sarkofaqı — Minoy sivilizasiyası dövrünə, təqribən e.ə. 1,400-cü ilə və ya bir neçə onilliklər sonraya aid, 137 santimetr (54 düym) ölçüdə, əhəngdaşıdan hazırlanmış olan uzun sarkofaq. 1903-cü ildə Kritdəki Agiya-Triada arxeoloji məntəqəsində məzardan qazılmış və hazırda İraklion Arxeoloji Muzeyində (AMH) nümayiş etdirilir. Artefakt gipslə örtülmüş və bütün üzlərdə freska ilə boyanmışdır. Qədim misirlilərdən fərqli olaraq, minoylular freskalardan yalnız sarayları və evləri bəzəmək üçün istifadə edirdilər, cənazə mərasimi üçün yox. Bu, öz dövrünün bu günə qədər aşkar edilmiş yeganə əhəngdaşı sarkofaqıdır; daha kobud, adətən bir rəngdə boyanmış bir sıra kiçik terrakotta "kül sandıqları" var.