Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahmalı Kürdoğlu
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — azərbaycanlı xanəndə == Həyatı == 1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Təqiblərə məruz qalmamaqdan ötrü anası oğlunun soyadını "Hacıyev" yazdırıb. Buna baxmayaraq atasının adına uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb. İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu. Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymamışdı.
Yamacların yatması (batması)
Yamacların yatması (rus. оседание склонов, ing. subsidence of slopes) — N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır.
Fatmayı
Fatmayı — Azərbaycan Respublikasının Abşeron rayonunun Fatmayı kənd inzibati ərazi dairəsində kənd. Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Novxanı, Mehdiabad, Pirşağı və Görədil kəndləri ilə qonşudur. == Toponimikası == Kəndin adı olan Fətmehi sözündən gəlir, "Mehlərin fəth etdiyi yer" mənasını verir. Həqiqətən də kənd orada olan mehləri, küləkləri ilə qonşu olduğu kəndlərdən fərqlənir. Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi yerdir. Ən maraqlısı isə isti havalarda bu ərazinin daima sərin olmasıdır.
Salmanlı
Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir. == Təhsil == == İqlimi və coğrafiyası == Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin] == Təbiəti == Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır.
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. == Tarixi == Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. === Tanınmışları === Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas == Xarici keçidlər == Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) == İstinadlar == Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Çalmalı
Çalmalı (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Çalmalı (dağ) — Kəlbəcərlə Basarkeçər arasında dağ.
Almalı
Yaşayış məntəqələri Azərbaycanda Almalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ermənistanda Almalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd. Almalı (Paşalı) — Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayonunda kənd. Türkiyədə Almalı (Antalya) — Türkiyənin Antalya ilində şəhər.
Ağaxan Salmanlı
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Fatmayı bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fatmayı xalçaları
Fatmayı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar. == Bədii analiz == "Fatmayı xalçaları"nın ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir. "Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir. Orta sahənin kompozisiyası üfüqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir. Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Samsalı (Urmiya)
Samsalı (fars. سامسالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (12 ailə).
Saqqalı-Şərif
Saqqal-ı Şərif — İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Saramlı (Kəleybər)
Saramlı (fars. سراملو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (28 ailə).
Satıllı (Təbriz)
Satıllı (fars. ساتللو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.365 nəfər yaşayır (247 ailə).
Saybalı (Sisyan)
Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 25 km cənubda yerləşir. Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. == Toponimikası == Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Tasmalı (Qax)
Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Tasmalı oyk., diiz. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI-XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır. == Əhalisi == Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tasmalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təbriz batmanı
Təbriz batmanı, ya Təbriz manı Azərbaycanda qədim çəki ölçü vahidi. == Ümumi məlumat == Təbriz batmanı,3 kg ilə bərabərdir. Avropa səyyahlarının, səyahətnamələrində ki XIX–XVI əsrlədə Təbrizdən görüş ediblər, batmanın dəyəri fərqli 2/948, 2/711, 2/905, 2/937, 2/876, 2/946, 3/062, 3/175 kg qeyd olunub. 1935-ci ildə Təbriz batmanının dəyəri rəsmi olaraq 3 kg təsbit olunub.
Palmali
Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu. == Yaranma tarixi == "Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır. Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur. Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Şahmarlı
Şahmarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Amblyseius oatmani
Amblyseius oatmani (lat. Amblyseius oatmani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius oatmani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Cəfər Salmasi
Cəfər Salmasi (d. 1918 22 sentyabr, İraq, Qədhimiyə – ö. 31 yanvar 2000. İran İslam Respublikası) ) – azərbaycanlı ağır atletika idmançısı. İranın birinci Olimpiya medalını qazanmış idmançıdır. İraqda anadan olsa da, əslən Cənubi Azərbaycanın Salmas şəhərindəndir. == Həyatı == Ağır atletika ilə məşğul olmamışdan əvvəl Cəfər Salmasi Bağdaddakı məktəblərdən birində müəllim kimi çalışmışdır. Sonra rəsimli kitablardan istifadə edərək gimnastik hərəkətləri öyrənmişdir. Təxminən, 20 yaşında olarkən İrana səfər etmiş və bu səfər zamanı iranlı idman ustaları tərəfindən kəşf edilmişdir. Bundan sonra, İran çempionatında iştirak etmək üçün dəvət edilmiş və qalib olmuşdur.
Elvin Şahmarlı
Elvin Malik oğlu Şahmarlı (d. 15 fevral 2002; Əliabad, Biləsuvar rayonu — ö. 12 oktyabr 2020 Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Elvin Şahmarlı 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Əliabad kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Elvin Şahmarlı 2020-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şahmarlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fathali Oveisi
Fathali Oveisi (11 yanvar 1946 – 5 oktyabr 2021, Tehran) — Iranli aktör ve yönetmen.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. == Tarix == Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.