Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cobitis satunini
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. == Yayılması == Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. == Morfoloji əlamətləri == Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
Leucalburnus satunini
Alburnoides bipunctatus — Çəkiyəbənzərlər dəstəsinə, Leucalburnus cinsinə daxil olan növ. Yüksək hündürlüyə malik düzənliklərdə sürətlə axan dağ axınlarında yayılmış endemik balıq nönüdür. Kür çayında, Türkiyənin Şərq hissəsində müşahidə edilir. Öz cinsinin yeğanə nümayəndəsidir == İstinadlar == == Xarici keçidlər == Froese, Rainer, and Daniel Pauly, eds. (2011). "Leucalburnus satunini" FishBase saytında. August 2011 version.
Saturnun halqaları
Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqalardır. Saturnun halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Buna baxmayaraq onların halqa olması 1655-ci ildə Xristian Hüygens tərəfindən müəyyən olunmuşdur. Halqaları meydana gətirən qaya, toz və buz hissəcikləri Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər. Saturnun halqaları planetin buludlarından bir az aralıdan başlayıb, azı 16 peykin də orbitini əhatəsinə alaraq Saturnun mərkəzindən 480000 km uzaqlığa qədər yayılır. Halqalar Saturnun ekvator xəttinə paralel yerləşir və planetlə birlikdə 27° meyilliyə sahibdir. Yerdən müşahidə oluna bilən Kassini aralığı və Enke aralığından başqa, kosmik gəmilərdən əldə olunan şəkillərdə müşahidə olunan minlərlə dairəvi boşluq və halqacığın ardıcıl düzülməsi nəticəsində meydana çıxan qarışıq bir quruluş olduğu aşkarlanmışdır. Halqaların parlaqlığı planetin mərkəzindən uzaqlaşdıqca kəskin fərqliliklərlə müşahidə olunur. Buna səbəb kimi halqalardakı maddələrin sıxlığı, onların ölçüləri və kimyəvi tərkibi göstərilir. Yüksək sıxlıqda buz hissəciklərindən meydana gələn B halqası 0,8 dərəcəlik ağlığa sahibdir.
Saturnun peykləri
Saturnun peykləri — Saturnun 82 peyki var. Alimlərin fikrincə Saturnda kəşf edilməmiş bir çox peyk var. Saturnun ən böyük peyki Titandır. Bu peyk Günəş sistemində ən böyük 2-ci peykdir. Saturna ən yaxın peyk Pan, ən uzaq peyk isə Fornyotdur. Saturnun 82 peykindən ancaq 53-ünün adı var və 13-ünün diametri 50 kilometrdən çoxdur. 2019-cu ildə ABŞ-nin araşdırması daha 20 peykin tapılmasına səbəb oldu. Bununla da, Saturnun peyklərinin sayı Yupiterinkiləri keçdi. Beləliklə, Saturn Günəş Sisteminin ən çox peykə sahib olan planeti oldu. Bu peyklərdən 17-i Saturnla eyni istiqamətdə dönür.
Diona (Saturnun peyki)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. == Adlandırılması == Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Vilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Enkelad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir. == Xarakteristikası == Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir. Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.
Enselad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir. == Xarakteristikası == Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir. Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.
Hiperion (Saturnun peyki)
Hiperion (ing. Hyperion) və ya Saturn VII — Saturn planetinin təbii peyki. 1848-ci ilin 16 sentyabrında Villiam Bond, Corc Bond və Villiam Lassel tərəfindən kəşf olunmuşdur. Peyki digərlərindən fərqləndirən əsas cəhəti kürə formasında olmamasıdır. == Adlandırılması == Peyk öz adını yunan mifologiyasında Kronun ögəy qardaşı olan İşıq tanrısı Hiperiondan almışdır. Ekvivalent ad kimi Saturn VII-dan dan istifadə olunur. Çünki bu ingilis astronom Con Herşelin kəşf etdiyi 6 Saturn peykindən sonra 7-ci peykdir. == Haqqında == Saturndan 1.5 milyon km uzaqlıqda olan və planetin ətrafında dövrəsini 21 günə başa çatdıran Hiperion yumurta formalı olub 360 km uzunluğunda və 250 km enindədir. Səthinin niyə bu qədər meteor izi daşıdığı bilinmir. Peykin sıxlığı isə suyun sıxlığından belə azdır.
Prometeus (Saturnun peyki)
[mənbə göstərin] Prometeus — Günəş sistemində Saturn planetinin peykidir. Prometey Saturnun F halqasının daxili kənarının genişliyini məhdudlaşdıran çoban ayı kimi çıxış edir. Prometey son dərəcə nizamsızdır və görünən kraterlərə malikdir — bəzilərinin diametri 12,4 mil (20 kilometr) qədərdir. Bununla belə, o, yaxın qonşuları Pandora, Yanus və Epimeteydən daha az kraterlidir. Prometey sıxlığının aşağı olduğu təxmin edilir. Çox aşağı sıxlığı və nisbətən yüksək albedosu olduğundan, ehtimal ki, Prometeus çox məsaməli buzlu bir bədəndən ibarətdir.
Saturnun tövbəsi (roman)
Tefida (Saturnun peyki)
Tefida və ya Saturn III, Saturn planetinin diametri 1,060 kilometr (660 mil) olan peykidir. Peyki 1684-cü ildə C.D. Kassini kəşf edib və ona Yunan mifologiyasının titanı Tefidanın adını verib.
Titan (Saturnun peyki)
Titan — Günəş sistemində Saturn planetinin peykidir. Günəş sistemində Yerin cavanlığına bənzər göy cismi bilirik ki, Titan'dır. Maraq cəlb edən Titanı araşdırdıqda kəşf etdik ki, onda yağışlı mövsümlər mövcuddur. Bu mövsüm başlandıqda peykdə tufanlar, fırtınalar qopur, eləcə də, leysanlar gedir. Bunun nəticəsində peykin səthi eroziyaya məruz qalır. Bir də Yerdən fərqli olaraq Titanda 1 mövsümün müddəti 7.5 Yer ilinə bərabərdir. Onların üzərində orqanik və ya karbonla zəngin örtük var. Bu "metan qarı" ola bilər. Titan qatı fotokimyəvi dumanın içərisindədir. Buna görə Kassini onun üzərindəki obyektləri görmək üçün optik kameradan başqa alətlərdən istifadə etməli olur.
Yapet (Saturnun peyki)
Yapet (q.yun. Ἰαπετός) — Saturnun peyki. Fransız alim Covanni Kassini tərəfindən 25 oktyabr 1671-ci ildə kəşf edilib. Diametri təqribən 1800 km, planet ətrafında dolanma dövrü təqribən 79 gündür. Ölçülərinə görə üçüncü, Saturndan məsafəsinə görə səkkizincidir. ASE, V cild, Bakı, 1981, səh.
Sen-Satürnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. Sen-Satürnen kilsəsi (XIII əsr).