Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Havaçağ
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi оlub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Mоlla Səfi əfəndi оğlu idi. Оnun vəfatından sоnra оğlu Həmzə bəy mahala başçılıq etdi.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti.Təxəllüsü olanlarXaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi,DigərSavalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Suvacal
Suvacal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Suvacal oyk., mür. Qusar rayonunun Xuray i.ə.v.-də kənd. Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Suvacal hibrid coğrafi addır, oykonim ləzgi dilindəki sıva (dağ) və türk dillərindəki çal (təpə) sözlərindən ibarət olub, "dağın təpəsi" mənasındadır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. == Əhalisi == Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Kənddə ləzgi kəndlərindən (gəlin) köçüb gəlmiş ləzgilər də yaşayır.
Yanacaq
Yanacaq — ədədi qiymətcə 1 kq yanacağın tam yanması üçün sərf olunan istilik miqdarına deyilir. 1 kq yanacaq tam yanarkən sərf olunan istilik miqdarı yanacağın kütləsindən və növündən asılıdır.Bu zaman sərf olunan istilik miqdarı aşağıdakı düsturla hesablanır: Q = qm Burada q - yanacağın xüsusi yanma istiliyi ,m - yanacağın kütləsi , Q - yanacağın tam yanması nəticəsində sərf olunan istilik enerjisidir."Yanacağın Xüsusi Yanma İstiliyi" hər bir yanacaq üçün müvafiq olaraq təcrübələrlə müəyyən edilmişdir.Lakin buna baxmayaraq bir çox mənbələrdə bununla əlaqədar bəzi fərqliliklər aşkar olunub.Ona görə də hələ ki, bəzi yanacaqların "Xüsusi Yanma İstiliyi" dəqiq olaraq müəyyən deyil.Sadəcə olaraq dərsliklərdə və ya Fizika üçün nəzərdə tutulmuş təcrübə kitablarında bu təxmini olaraq,yəni dəqiq nəticəyə ən yaxın götürülmüşdür. Yanacağın yanması prosesi qısa müddət sürən, maddənin molekullarına və atomlarına xaricdən istilik enerjisi vasitəsilə parçalanması prosesidir.Yanacaq sadəcə təbiətdə deyil,bizim orqanizmimizdə də baş verir.Fərqlisi isə odur ki, orqanizmimizdəki yanacaq bədənimizə daxil olan karbohidratlar və ya zülallardır. == Növləri == Təbiətdə ən geniş yayılmış yanacaq növləri sırası ilə aşağıdakılardır: Neft Təbii qaz Daş kömür Qonur kömür Yanar şist Torf Quru ağac odunu.Aqreqat halına görə yanacaqlar aşağıdakı qruplara bölünür: Bərk yanacaqlar Quru ağac Yanar şist Sapropel Torf Bitumlu qum Bərk raket yanacağı kömür(daş kömür, boz kömür) OdunMaye yanacaqlar Neft yanacaqları (dizel yanacağı, soba yanacağı, mazut, kerosin, benzin) Yağlar Spirtlər Maye raket yanacağı Efirlər Qazoyl MazutQaz yanacaqlar Təbii qaz (metan) Neftlə birlikdə çıxan qazlarPropan, Butan və s. Metan, təbii qaz, kerogen qazı, mədən qazı, bataqlıq qazı, bioqaz Hidrogen Sıxılmış təbii qaz(CNG) Bərk yanacağın qazlaşdırılması məhsulları == Həmçinin bax == Bioyanacaq Faydalı qazıntılar Yanacaq-energetika sənayesi == Xarici keçidlər == Alternativ enerji üzrə böyük imkanlara malik nadir ölkə...
Avacıq
Avacıq (fars. آواجیق‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanının Dəştəki bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,649 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Hipergolik yanacaq
Hipergolik yanacaq, hipergolik impuls, hipergolik reaksiya və ya hipergolik propellant, ətrafdakı temperatur və təzyiq kimi fiziki dəyərlərdən asılı olmayaraq başqa bir kimyəvi birləşmə ilə birləşdirildikdə qəfildən parlaya və alovlanma qabiliyyətinə malik yüksək reaktiv və yanıcı birləşmələrə verilən ümumi addır. Hipergolik yanacaq, xüsusilə atmosfer xaricindəki tətbiqlərdə raketlərin hipergolik mühərriklərlə oksigendən müstəqil şəkildə yanmasını təmin edir. Burada istifadə olunan impulslardan biri yanacaq, digəri isə yüksəldici və ya oksidləşdirici adlanır. Ümumiyyətlə, müasir kosmik tətbiqlərdə ən çox istifadə olunan hipergolik yanacaqlar asimmetrik dimetil hidrazin və diazot tetraoksid birləşməsindən ibarətdir. == Tarixi == Sovet tədqiqatçısı Valentin Qluşko 1931-ci ildə hipergolik yanacaqla raket mühərrikini sınaqdan keçirdi. Əvvəlcə mühərriklərin "kimyəvi alovlanması" üçün karbon disulfidində həll olunan fosforun kerosin / azot turşusunun mühərriklərə yüklənməsinidə istifadə edilmişdir. 1935-ci ildən başlayaraq, Alman Aeronavtika İnstitutunun professoru O. Lutz 1000-dən çox öz-özünə atəş açan eksperimentlər aparmışdır. O, Walter şirkətinə konsentrat hidrogen peroksid ilə alovlanan C-Stoffun inkişafında kömək etdi. BMW müxtəlif aminlər, ksilidinlər və anilinlərin birləşməsi ilə hipergolik turşu qarışığı yandıran mühərriklər hazırladı. Hiperqolik propellanlar, 1940-cı ildə ABŞ-da GALCIT və Navy Annapolis tədqiqatçıları tərəfindən müstəqil olaraq üçüncü dəfə kəşf edildi.
Mahmud Savalan
Mahmud Savalan – Ərdəbil şəhərində anadan olmuş kulturist. Azərbaycan Bodibildinq Federasiyasının üzvüdür. Avropa çempionatında qızıl medallar qazanıb.
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) == Həyatı == Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada almışdır. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləmişdir (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlamışdır (1964–1966). Orada kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışmışdır. Hazırda teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyir (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktorudur (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunur, efirdə səslənir.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Savalan (Qəbələ)
Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədi ilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb.Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir. Ərazinin 450 hektar sahəsi olsa da yalnız 210 hektarı camaatın pay torpağıdır.
Savalan (Təbriz)
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Savalan (dağ)
Savalan — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidaim. Dağın adı talış mənşəlidir. "Sə" - zirvə, "va" - qar, "lonə" - yuva Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim İran şəhərləri Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir.
Savalan Mirzəyev
Savalan Mirzə oğlu Mirzəyev (gürc. სავალან მირზა ოკლი მირზოევი; 29 avqust 1986, Qaratəhlə[d], Qardabani rayonu) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı. O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur. == Həyatı == Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonun Qara Təhlə kəndində ziyalı ailəsində dünyaya gəlib. == Təhsili == 2007-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. == İctimai-siyasi fəaliyyəti == Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib. == Ailəsi == Savalan Mirzəyevin nəsli bir neçə yüz ildir ki, Qardabani rayonun Qara Təhlə kəndində yaşayır.
Savalan Ocaqverdizadə
Savalan Rüstəm oğlu Ocaqverdizadə (1895-1977) — fizioloq, tibb elmləri doktoru (1959), professor (1961). == Həyatı == Savalan Rüstəm oğlu 1895-ci ildə Şuşa qəzasının Ağdam kəndində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmişdi. Savalan Ocaqverdizadə 1977-ci ildə Bakı şəhərində vəfat edib.
Savalan TV
«Savalan TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Ərdəbil ostanı ərazisini əhatə edir. Telekanal 2000-ci ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Eşraq TV» və «Azərbaycan TV» telekanalları ilə əməkdaşlıq edir.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR ) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) == Həyatı == Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Savalan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Savalan dağı
Savalan — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidaim. Dağın adı talış mənşəlidir. "Sə" - zirvə, "va" - qar, "lonə" - yuva Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim İran şəhərləri Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir.
Savalan qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança).Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir."Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur."Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur.
Savalan Əmirov
S.T.Əmirov 05 may 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) “mühəndis-geoloq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-64-cü illərdə təyinat üzrə Azərb.E.A. geologiya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964-1967-ci illərdə SSRİ EA Kristalloqrafiya institutunun əyani aspiranturasında təhsil almış, 1968-ci ildə Moskva şəhərində “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün homentitin strukturası mözusunda namizədlik dissertasiyası müdafiə edərək Azərb.E.A. kimya institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrsində işləmişdir. S.T.Əmirovun əsas tədqiqat sahəsi yüksək adsorbsiya, katalizator, molekulyar ələk xassələrinə malik olan təbii və suni seolitlərin atom-kristal strukturlarının açılmasına kristollokimyasına faza çevrilmələrinə və tətbiqinə həsr olunmuşdur. Görkəmli alim, akademik Xudu Məmmədovla birlikdə təklif etdiyi seolitlərin kristallokimyəvi təsnifatı bu sahədə işləyən alimlər tərəfindən qəbul olunmuş və dərs kitablarında və monoqrafiyalarda öz yerini tutmuşdur. Prof. S.T.Əmirov 1983-cü ildə konkursdan keçərək AzPİ-nin “KMT və Korroziya” kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuşdur. Prof. S.T.Əmirov elmi-pedoqoji fəaliyyətini davam etdirərək 1990-cı ildə Daşkənd şəhərində “Seolitlərin struktur kimyası və faza çevrilmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. == Kimyəvi xassələr == Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Təbii yanacaq
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Xaqani Savalan
Xaqani Həşimov (Xaqani Savalan) (10 sentyabr 1965, Kəlbəcər rayonu) — film direktoru, prodüser, "RITM production"un direktoru, "CineMAN" jurnalının təsisçisi. == Həyatı == Xaqani Savalan 10 sentyabr 1964-cü ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. "Tayfun-S" şirkətinin prezidenti işləyib. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Aztelefilm" Yaradıcılıq Birliyində film direktoru olub. 2004-cü ildə yaradılmış "Ritm production" müstəqil kino şirkətinin təsisçilərindən biri və direktorudur. == Filmoqrafiya == 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film) Almas Yıldırım (film, 2004) Cabir Novruz (film, 2002) Əsrin şahidi (film, 2002) Fotoqraf (film, 2002) Həsən bəy Zərdabi (film, 2003) İki xalqın oğlu (film, 2004) İrəvan teatrı (film, 2003) Koroğlu (film, 2003) Kömür (film, 2004) Qədim Şəmkir (film, 2003) Lal (film, 2003) Maestro (film, 2002) Mədəniyyət salnaməsi. Qürbət əmi (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Mir Teymur (film, 2003) Oyun (film, 2003) Ömür yolu.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Nekropoldakı kurqanların biri N.Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14-13-cü əsrlərə aid edilişdir.
Salaçıq
Salaçıq (ukr. Старосілля, krımtat. Salaçıq, Салачыкъ) — Krımın Baxçasaray rayonunda (Ukraynanın inzibati-ərazi bölgüsünə görə - Krım Muxtar Respublikası) yoxa çıxmış kənd. 1954-1968-ci illərdə Baxçasarayın tərkibinə daxil edilmişdir. İndi şəhərin şərq kənarlarını təşkil edir. == Tarixi == Salaçık Krım xanlığının ilk paytaxtı (1532-ci ilə qədər) olan Çufutqalanın ətəyində qədim yaşayış məskənidir. Artıq Övliya Çələbinin Səyahətnamə əsərində (1667-ci il) Əski Salaçıq kimi qeyd edilmişdir. Əslində Baxçasarayın ətrafı olan Salaçıq ayrıca kənd kimi Rusiya İmperiyası dövrünün və Sovet hakimiyyətinin ilk illərinin mühasibat sənədlərində əksini tapmır. 1833-cü il tarixli "Xəritələr, planlar, mənzərələr və vinyetkalarla bəzədilmiş Krıma Səyahət Bələdçisi ..." əsərində Çarlz Montandon Salaçıqın adını qeyd etmədən təsvir etdi (... onun necə adlandırıldığı məlum deyil ...) Yalnız 1865-1876-cı illərə aid Şubertin üçverstlik xəritəsində Salaçıqda 61 həyət göstərilmişdir.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.