SANAMAQ

dan. bax saymaq 1 və 2-ci mənalarda.
Muzdur … sonra pulları sanayıb gördü ki, altmış doqquz min manat puldur. S.M.Qənizadə.
[Hacı Murad] sandığın içindən mücrünü çıxardıb pulları sanayır. S.S.Axundov.
[Mirzə Cəmil:] Allaha şükür, qız o qədərdir ki, hürkütməklə sanamaq olmur. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SANAMAQ hesablamaq — saymaq
SANAMA
SANARLAR

Digər lüğətlərdə