Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saxurlar
Saxurlar (sax. yixbı (йихъбы) / tsaxbı (цIаIхбы)) — Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən çoxdur. Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar. Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır. Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır. Saxurların ən məşhur nümayəndələri arasında fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professor Abdulla Qarayevi, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovu,Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovu,yazıçı-publisist Əhməd İsayevi,filologiya elm doktoru-professor-sovet türkoloqu Səlim Cəfərovu,Tarixçi Dağıstan Dövlət universitetinin professoru Harun İbrahimovu,tarixçi dosent Elvira Lətifova,Bonn Universiteti Şifahi tarix fənni üzrə doktor Rasim Mirzəyev,Azərbaycan Texniki Universitetinın rektor əvəzi Xalıq Yahudov,Sovet Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirovanı,cüdo üzrə Avropa və Dünya kuboku çempionu Oruc Vəlizadəni, əməkdar MMA döyüşçüsü Samir Abdullayevi, muay tay və kikboksinq üzrə məşhur idman ustası Renat Yusubovu və s digərlərini göstərmək olar.
Samurlar
Süxurlar
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Açma süxurlar
Açma süxurlar — faydalı qazıntıların açıq üsulla çıxanlması zamanı onlan örtən və istismar ərəfəsində kənara atılan faydasız süxurlardan ibarət töküntülərdir. Gələcəkdə aparılması nəzərdə tutulan rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxürların bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir. == Açma süxurların qalınlığı == Faydalı qazıntı yataqlarında çıxarılacaq filiz və qeyri-fıliz kütləsini örtən süxurların ümumi qalınlığıdır. == Açma işləri == Açıq üsulla faydalı qazıntı yataqlannın istismarı zamanı süxurların çıxarılması, daşınması Və yerdəyişməsi prosesidir. == Açmanın istismar əmsalı == Karxanada istismar dövrü ərzində örtük süxurlannın ümumi həcminin çıxarılıb apanlan faydalı qazıntının ümumi həcminə olan nisbətidir.
Biogen süxurlar
Biogen süxurlar- heyvan və bitki orqanizmlərinin həyat fəaliyyətlərinin və ya onların tam parçalanmış qalıqlarından ibarət olan çökmə süxurlara deyilir. Tərkibinə görə biogen süxurlar karbonatlı ( mərcan, foraminifer, balıqqulağı və kokkolit əhəngdaşları), silisiumlu( diatomit, sponqolit, radiolyarit vəs.), fosfatlı( fosfatlı balıqqulağılar, quano, sümük yığımları) süxurlara, qazıntı kömür və yanar şistlərə bölünürlər.
Dağ süxurlar
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Hologen süxurlar
Hologen süxurlar- (rus. галогенные породы, ing. halogen rocks) / yun. hals-duz və genes-doğuran, doğulmuş/- arid iqlim şəraitində duzlu göl və laqunlarda suyun buxarlanması nəticəsində yaranan kimyəvi / xloridlər, sulfatlar/ mənşəli süxurlar / daş-duz, kalium və maqnezium duzları, gips və s./.
Maqmatik süxurlar
Maqmatik süxurlar — Maqmanın yerqabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. == Təsnifat == Süxurlar 5 nomenklatur vahidə bölünür: tip, sinif, qrup, sıra, ailə: süxur tipi — birinci nomenklatur vahid olub süxurların əmələgəlmə şəraitinə əsaslanır. Ümumiyyətlə, süxurlar maqmatik, metamorfik və çökmə olmaqla üç tipə bölünür. İkinci nomenklatur vahid – sinif, süxurların fatsial göstəricilərinə, tekstur, struktur əlamətlərinə və onların yatma şəraitinə əsaslanır. Maqmatik süxurlar vulkanik və plutonik siniflərə ayrılır və onların hər biri qruplara, sıralara və ailələrə bölünürlər. Üçüncü nomenklatur vahid –qrup, süxurların kimyəvi tərkibin əsas xüsusiyyətlərinə görə ayrılır. Maqmatik süxur qrupları silisiumun miqdarına görə təyin olunur: turş (64–78%), orta (53–64%), əsasi (44–53%), ultraəsasi (30–44%). Dördüncü nomenklatur vahid – sıra, kimyəvi tərkibin əlavə xüsusiyyətlərinə — qələvilərin miqdarına görə ayrılır. (Na2O+H2O) və SiO2 nisbətinin dəyişməsinə görə üç maqmatik sıra ayrılır: normal qələvi, subqələvi (qələvilərin yüksək miqdarına görə) və qələvi. Birinci və ikinci sıranın süxurlarında qələvi, rəngli minerallar və feldşpatoidlər yoxdur, bu minerallar üçüncü sıra süxurları üçün səciyyəvidir.
Metamorfik süxurlar
Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir. == Ümumi məlumat == Məlumdur ki, plastik gil sobada bişirildikdə kərpicə, möhkəm əhəngə və ya çox bəzəkli, gözəl çini qablara çevrilir. Yerin təkində 30–60 km dərinlikdə yüksək temperatur (400 −900 °C) və çox yüksək təziq (on minlərlə atmosfer) şəraitində milyon illər ərzində yuxarıdan daxil olan yumşaq çöküntülərdə çevrilmələr gedir. Nəticədə kiçikdənəli yumşaq çöküntülər irikristallik (0,3 −1,0 sm ölçüdə dənələr) süxurlara, görünüşü o qədər də cazibədar olmayan əhəngdaşıları isə qədim sarayları bəzəyən müxtəlif rəngli nəcib mərmərlərə çevrilir. Ala-bəzək mərmər kolleksiyasını Moskva, Sank-Peterburq, qismən də Bakı metropolitenlərinin zallarında görmək olar Metamorfik süxurlara eyni zamanda südrənli-ağ və ya yaşıl nefrit, yasəmən rəngli çaroit, gözəlliyinə və rəngarəngliyinə görə təkrarolunmaz yaşəmlər aiddir.
Sukeçirən süxurlar
Sukeçirən süxurlar- Məsamələri xeyli geniş olub,üzərindəki suyun bir hissəsinin alt qatlara keçməsinə yol verən süxurlara deyilir.Bütün süxurlar sukeçirmələrinə görə 3 qrupa bölünür:sukeçirən süxurlar (çalıq,çınqıl,qum)yarımsukeçirən süxurlar (lyoss,torf) və sukeçirməyən suxurlar (gil,Kristal massivlər).
Suyadavamlı süxurlar
Suyadavamlı süxurlar- Özündən sukeçirməyən süxurlara deyilir.Gil,yarıqları və məsamələri olmayan bərk süxurlar ,məsamələri buz ilə dolmuş donmuş süxurlar suya daha artıq davamlı olur.Yeraltı sular suyadavamlı süxurlar qatının üstündə yığılaraq sulu horizont əmələ gətirə bilər.
Torpaqəmələgətirən süxurlar
== Torpaqəmələgətirən süxurlar == Torpağın formalaşdığı dağ süxurları torpaqəmələgətirən və ya ana süxurlar adlanır. Torpaqəmələgətirən süxurları mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə fərqləndirirlər. Yerin bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir. Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni təşkil edir. Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir. Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır. Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır. Onlar üç qrupa bölünürlər: qırıntı çöküntülər, kimyəvi çöküntülər və biogen çöküntülər.
Çökmə süxurlar
Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökdürülməsi nəticəsində əmələ gəlir == Haqqında == Çökmə süxurlara nümunə olaraq qum, çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır Su hövzələrində və ya quruda toplanan süxurlar. Çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlar örtür. == Çökmə süxurların rəngi == Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir.
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Neftli-qazlı süxurlar
Neftli-qazlı süxurlar – məsaməli qum, qumlu-gil, qumdaşları, əhəngdaşlarından ibarət neft və qaz yataqları saxlayan süxurlar. Əsasən çökmə və qismən vulkanogen-çökmə süxur hövzələri ilə əlaqədardır. Burada mövcud olan endogen, ekzogen və biokimyəvi proseslər nəticəsində C və H elementlərinin sintez dəyişmələri baş verir. Süxurlarda çatlılığın az olması və yaxud heç olmaması səbəbində qaz materialının da toplanması üçün şərait yaranır. Kimyəvi elementlərdən Ca, Ba, Mo, Br, S, Cs və s. ilə zəngin və əksinə Mg, Si, P və Sr elementləri ilə kasıb olur. Nefli süxurlardan fərqli olaraq neftli-qazlı süxurlarda C elementinin də toplanması müşahidə olunur. Neftli süxurlarda ən çox Br elementi axtarış əhəmiyyəti daşıdığı halda, neftli-qazlı süxurlarda S elementi aparıcı əlamət hesab olunur. Biofil elementlərdən K, C və J birləşmələrinin miqrasiyası yüksəkdir. Ba / Al nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. == Ümümi məlumat == Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. == Çökmə süxurlar == Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.
Dahurlar
Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq. == Mənşə == Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər.Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir. Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir. == Dil == Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir.1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur. 1999-cu ilə olan məlumata əsasən Çində Daur dilində danışanların sayı 96.085 nəfər olmuşdur.Daur dili Altay dil ailəsinin Monqol dilləri qrupuna daxildir. Bu dilini iki əsas və iki yarım ləhçəsi vardır.
Salarlar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Çaxarlar
Çaxarlar — monqol dilli köçəri xalq. == Tarixi == «Çaxar» etnonimi XIII əsrə gedir. Əvvəlcə çaxarlar xanın nökərləri idilər. Sonra müstəqil etnosa çevrildilər. Çaxar xanlığı Daxili Monqolustanın ən güclü qurumlarından idi.XVII əsrdə Tzin sülaləsinin tərkibinə qatılmışdılar. == Müasirlik == Hazırda Çində, Sincan-Uyğur Muxtar Rayonu və Daxili Monqolustan Muxtar Rayonunda yaşayırlar. Monqol dilinin Çaxar dialektində danışırlar. Müasir çaxarlar mədəni quruluşlarına görə ordoslara, ölətlərə, barqutlara və digər monqol qruplarına yaxındır.
Daurlar
Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq. == Mənşə == Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər.Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir. Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir. == Dil == Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir.1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur. 1999-cu ilə olan məlumata əsasən Çində Daur dilində danışanların sayı 96.085 nəfər olmuşdur.Daur dili Altay dil ailəsinin Monqol dilləri qrupuna daxildir. Bu dilini iki əsas və iki yarım ləhçəsi vardır.
Saxalar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Ağ çuxurlar
Ağ dəlik —Ümumi nisbilik nəzəriyyəsində ağ dəlik , enerji - maddə , işıq və məlumat ondan qaça bilsə də, xaricdən daxil edilə bilməyən fəza - zaman və təkliyin hipotetik bölgəsidir . Bu mənada o, yalnız xaricdən daxil ola bilən və enerji-materiya, işıq və informasiyanın çıxa bilməyəcəyi qara dəliyin əksidir. Əbədi qara dəliklər nəzəriyyəsində ağ dəliklər meydana çıxır . Gələcəkdə qara dəlik bölgəsinə əlavə olaraq, Eynşteyn sahə tənliklərinin belə bir həlli keçmişində ağ dəlik bölgəsinə malikdir. Bu bölgə cazibə qüvvəsinin çökməsi nəticəsində əmələ gələn qara dəliklər üçün mövcud deyil, ağ dəliyin əmələ gəlməsi üçün müşahidə edilən fiziki proseslər də yoxdur. Superkütləvi qara dəliklərin (SBH) nəzəri olaraq hər qalaktikanın mərkəzində olacağı proqnozlaşdırılır və ola bilsin ki, qalaktika onlarsız yarana bilməz. Stephen Hawking və başqaları bu SBH-lərin superkütləvi ağ dəlik/ Biq Partlayış yaratmasını təklif etdilər . == Baxış. == Qara dəliklər kimi ağ dəliklər də kütlə , yük və bucaq momentumu kimi xüsusiyyətlərə malikdir . Onlar hər hansı digər kütlə kimi materiyanı cəlb edirlər, lakin ağ dəliyə doğru düşən cisimlər heç vaxt ağ dəliyin hadisə üfüqünə çata bilməz (baxmayaraq ki, Schwarzschild məhlulu maksimum genişlənmişdir )., aşağıda müzakirə edildiyi kimi, keçmişdə olan ağ dəlik hadisə üfüqü gələcəkdə qara dəlik hadisələri üfüqünə çevrilir, ona görə də ona doğru düşən hər hansı bir obyekt sonda qara dəlik üfüqünə çatacaq).
Amerika çay samurları