Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Saytama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Saytama prefekturası
Saytama prefekturası (yap. 埼玉県) — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 3 797 kvadrat kilometr, əhalisi 7 187 000 nəfərdir. Mərkəzi Saytama şəhəridir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. == Qətl == 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur. == Tarixi == Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir.Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi. == Xüsusiyyətləri == Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır.Məbədin illik festivalı 1 avqust tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Şamama Həsənova
Şamama Mahmudəli qızı Həsənova (7 noyabr 1923, Arayatlı, Qaryagin qəzası – 5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == Şamama xanım Həsənova 1923–cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur. == Fəaliyyəti == 1953–cü ildə Şamama Həsənova işlədiyi "1 May" kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir. Şamama Həsənova şərəfli həyat yolu keçmişdir.
Şamama Əliyeva
Əliyeva Şamama Tanrıverdi qızı (1 may 1938, Yevlax rayonu – 9 yanvar 2020, Yevlax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Əliyeva Şamama Tanrıverdi qızı Yevlax rayonunda yaşamış və təhsil almış şəxslərdəndir. "Çinar" fermer təsərrüfatının rəhbəri "Qəhrəman ana"dır. SSRİ dövündə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Şamama Ələsgərova
Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan – 2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır. == Həyatı == Şamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır. Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu.
Şamama (film, 1973)
== Məzmun == Film tanınmış ictimai və dövlət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı, Füzuli rayonundakı 1 May kolxozunun sədri Şamama Həsənovanın həyat və fəaliyyətinə həsr olunmuşdur.