HAYLAMAQ

f. Səsləmək, çağırmaq. Qapını döydük, açan olmadı.
Hayladıq, cavab çıxmadı. C.Cabbarlı.
Surxay atını Qulunun çəpəri yanına sürdü və ucadan hayladı: – Qulu, ay Qulu! M.İbrahimov.

// Heyvanları səsləyib çağırmaq.
Bu söhbətdən Cəbiş pərt olub atlarını hayladı. S.Rəhimov.
Sarban həyəcanla dəvələri haylayır… M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAYLAMAQ çağırmaq — səsləmək — qışqırmaq
  • HAYLAMAQ qovmaq (mal-qaranı)
HAYLAMA
HAYLAŞMA

Digər lüğətlərdə

благодаря́ вози́шко дезориенти́роваться жить-пожива́ть пиля́стра по́ровну проконопа́титься сво́йски сябр валерья́на драко́нить есть грех зомби́рование просвеща́ть туржа чебот air-cooling book up despotical dib hasten prospection sulpho-acid заправиться ископать