Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Sazakan
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Qızağan
Qızağan Xan — türk və altay mifologiyasında döyüş tanrısı. Kızığan da deyilir. Göyün doqquzuncu qatında yaşayır. Kayra Xanın oğludur. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı yularlıdır, qırmızı buğra kürəyində oturar. Asası göyqurşağıdır. Qırmızı rəng ilə işarələniyər. Döyüşçüləri qoruyar.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Sağsağan
Sağsağan və ya adi sağsağan (lat. Pica pica) — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. == Həyat tərzi == Ümumi sağsağanlar oturaq quşlardır. Kiçik meşələrdə, parklarda, bağlarda, tez-tez insan məskənlərinə yaxın yerlərdə məskunlaşırlar. Sıx meşələrdən adətən çəkinirlər. Sağsağan əkiz quşdur. Bir ortaq həyatın ilk ilində seçilir, ilk cütləşmə həyatın ikinci ilində baş verir və növbəti yazda cütlük yuva qurmağa başlayır və övlad sahibi olmağa çalışır. Tez-tez yüksək səslə ağacdan ağaca uçan quş sürülərində görülür. Balalarına sahib olan yetkin bir cütdür. Cütlük cəsarətlə ərazisini digər vəhşi quşlardan müdafiə edir.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zayağan
Çapağan
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. == Coğrafiyası == Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Koqqiqriya sarağanı
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qaraqan
Qaraqan (3 aprel 1987, Bakı) — azərbaycanlı polimat, repçi, musiqiçi, mahnı yazarı, bəstəkar, şair, yazıçı, jurnalist, sahibkar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Raziqan
Raziqan — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Xərrəqan bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 426 nəfər və 138 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan Türkcəsində danışırlar.
Samanqan
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun Şahağac kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Tanınmış şəxslər == Məsudi Dövran (1937–) — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002–2023) — Futbolçu. İslam Qədirli (1999–)— Azərbaycanlı aparıcı. === Şəhidləri === Rauf Mirzəyev (1971–1993). Elşən Əjdərov (1973–1994). Davud Əsədov (1966–1994). Eldəniz Həsənov (şəhid) (1978–1998).
Adagan
Adaqan