Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Search engines
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Google Search
Google Search (azərb. Google (Quql) Axtarış‎; həmçinin qısaca Google və Google.com kimi də bilinir) — Google tərəfindən idarə edilən axtarış sistemi. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Orijinal Google!
Smerch
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. Maksimum atış məsafəsi: 90–124 km Maksimum məsafə: 850 km Lülə sayı: 12 Yenidən doldurulma: 16-20 dəqiqə Yer dəyişmə: 3 dəqiqə Salvo atış müddəti: 38 saniyə Əsas silahı: 9M55 və ya 9M528 raketi Motoru: V-12 dizel mühərriki Gücü: 525 at gücü İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv yaylım atəş sistemi İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə Lülə diametri (Kalibr): 300 mm Yerdəyişmə vaxtı: 3 dəqiqə Qalxma bucağı: 0º... +55º Üfüqi tuşlama bucağı: 30º... +60º Məhvetmə radiusu: 672.000 m² Hədəfi vurma dəqiqliyi 0.3% m Minimal atəş məsafəsi: 20 km Şassi: MAZ-543M Uzunluğu: 12.1 m Eni: 3.05 m Hündürlüyü: 3.05 m Təkər formulası: 8x8 Mühərrik: D12A-525A V12 dizel Maksimal sürət: 60 km/s Mənzili: 900 km Heyət üzvü: 4 nəfər BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Roman Pearce
Roman Pirs — Forsaj franşizasında Tayriz Qibsonun canlandırdığı uydurma personaj. Braynın uşaqlıq dostudur. Kaliforniyanın Barstov şəhərində anadan olub, böyümüş Roman Pirs, Brayn Okannerin uşaqlıq dostudur. Xarakter etibarı ilə o, zarafatcıldır (Forsaj 5-də çərənçi, boşboğaz adlandırılır), yumoristik olsa da, lazım gəldikdə sərt də olur. Dostu Okanner polisə işə girəndə Roman ona daha az etibar etməyə başladı. Braynın işdən çıxardılmasından iki ay sonra Roman səkkiz oğurlanmış avtomobili saxladığı üçün həbs olundu. O vaxtdan bəri Roman Braynı xəbərdarlıq etməməkdə günahlandırsa da, Brayn dəfələrlə onun həbsindən xəbərsiz olduğunu söyləmişdi. Roman üç il həbs cəzasına məhkum edildikdən sonra sərbəst buraxılsa da, onun bir problemi var idi: evindən 100 metrdən çox məsafəyə çıxa bilməzdi (ona görə də treylerdə yaşayırdı). Brayn qaçaqmalçı Karter Veroneyi tutmaq üçün federallar tərəfindən işə götürüldükdə Brayn Romana Mayamidə görüşmək və əməliyyat müvəffəqiyyətli olduğu təqdirdə (Forsaj 2-də təsvir olunan bütün hadisələr) keçmiş cinayətlərinin hamısının silinməsini təklif edir. Bundan sonra Roman Las Veqasa köçdü və sonra Forsaj 5-də Hernan Reyesi qarət edən pilot komandasının bir hissəsi olaraq yenidən seçilmişdir.
Syarah Anqqraini
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Serco Briqenti
Serco Briqenti (italyanca: [ˈsɛrdʒo briˈɡɛnti] ; 23 sentyabr 1932, Modena, Emiliya-Romanya – 10 oktyabr 2022) — Keçmiş italyan futbolçu və məşqçi. Peşəkar oyunçu kimi Briqenti məşqçilik karyerasına başlamazdan əvvəl həm klubda, həm də beynəlxalq səviyyədə hücumçu kimi çıxış edib. Serco Briqenti 23 sentyabr 1932-ci ildə Modenada anadan olub. Onun böyük qardaşı Renato Briqentidə futbolçu idi. Briqenti 10 oktyabr 2022-ci ildə 90 yaşında vəfat edib. 1949-cu ildə peşəkar debüt edən Briqenti "Modena", "İnter", "Triestina", "Padova", "Sampdoriya" və "Torino" klublarında oynayıb. 1953 və 1954-cü illərdə "İnter"lə ardıcıl iki A Seriyası çempionluğunu qazanıb. Briqenti karyerası ərzində keçirdiyi 363 oyunda cəmi 155 qol vurub. O, həm də karyerası boyunca bir dəfə, 1960–61 mövsümündə 27 qol vuraraq, A Seriyasının bombardiri olub. Briqenti həmçinin 1959–1961-ci illər arasında İtaliya millisində 9 oyun keçirib, iki qol vurub.
Serco Endriqo
Sergio Endriqo - İtaliyan müğənni və söz yazarı.Sergio Endriqo "Canzone Per Te","Il Mondo" və s. dünya şöhrətli musiqiləri ifa etmişdir.
Serco Leone
Serco Leone (3 yanvar 1929[…], Roma – 30 aprel 1989[…], Roma) — italyan film rejissoru, prodüseri və ssenarist. Daha çox "spagetti vestern" növüylə bilinsə də, "Bir dəfə Amerikada" filmiylə yalnız vestern rejissoru olmadığını sübut etmişdir. 1929-cu il yanvarın 3-də Roma şəhərində anadan olan Sergionun atası Vinçenso Leone dövrün pioner kino işçilərindən biri, anası Edvic Valçarenqi isə səssiz filmlərdə çəkilən aktrisa idi. Məktəbdə oxuyarkən onun sinif yoldaşlarından biri gələcəkdə birlikdə bir neçə layihəyə imza atacağı əfsanəvi bəstəkar Ennio Morrikone idi. Atasının kinostudiyalarda işini yaxından izləyən Sergio artıq 18 yaşında olarkən universitetdə hüquq dərslərini atdı və kino sahəsinə gəlməyi qərara aldı. 1948-ci ildə o, Velosiped oğruları filmində rejissor Vittorio de Sikanın köməkçisi idi. 1950-ci illərdən etibarən o, ssenarilər də yazmağa başladı, "Quo Vadis" – 1951 və "Ben-Hur" – 1959 kimi amerikan filmlərində rejissor köməkçisi kimi çalışdı. 1959-cu ildə "The Last Days of Pompeii" (Pompeyin Son Günləri) filminin çəkilişləri zamanı xəstələnən rejissor Mario Bonnardın işini sona çatdırmaq Leoneyə həvalə edildi. 1961-ci ildə "The Colossus of Rhodes" (Rodos Heykəli) tarixi filmi ilə öz müstəqil rejissorluq debütünü etdi. 1960-cı illərdə tarixi filmlər bir qədər dəbdən düşdü və Leone amerikan "Western" janrından bəhrələnən italyan "Spaghetti Weatern" janrında filmlərə maraq göstərməyə başladı.
Serco Mattarella
Sercio Mattarella (23 iyul 1941[…], Palermo, Siciliya, İtaliya) — İtaliyanın 12-ci prezidenti. Palermo Universitetində hüquq təhsili alıb. 3 övladı var. O, 31 yanvar 2015-ci ildə 665 səs toplayaraq İtaliyanın yeni prezidenti seçilib. Səsvermənin birinci mərhələsində namizədlərdən heç biri tələb olunan səsləri (673) toplaya bilməyib. Səsvermədə Deputatlar Palatasının, Senatın üzvləri və 58 regional nümayəndə, ümumilikdə 1009 nəfər iştirak edib. S. Mattarella ölkənin siyasi həyatında mühüm yer tutur. 11 iyul 1983 – 28 aprel 2008-ci il — Millət vəkili 26 aprel 2002 – 25 fevral 2003-cü il — Qanunvericilik Komitəsinin sədri 29 iyun 2006 – 28 aprel 2008 — Kişilər üçün Mühakimə Komissiyası Başçısı Sercio Mattarella Siciliyadan seçilən ilk prezidentdir. Onun qardaşı siyasətçi Piersanti Mattarella 1980-ci ildə Siciliya Mafiyası tərəfindən güllələnib. Sercio Mattarella Siciliya mafiyası olubdur.
Sarah Hadland
Sarah Hadland (20 fevral 1971, London)- ildə anadan olub. Sarah Hadland ingilis aktrisasıdır. O, daha çox BBC BAFTA-ya namizəd komediya televiziya serialı Miranda (2009-2015) filmindəki Stiv Sutton rolu ilə tanınır. Onun digər film rollarına Sehrbazlar (2007), Sıçrayış ili (2010) və Öyrənənlər (2007) daxildir. Hadland komediya-dram televiziya serialında Hərəkətli divar kağızı(2008-2009) senari müəllifi Qiylan kimi göründü və İngilis komediya televiziya şoularında oynadı. O, BBC-nin Ay daşı mini seriyasında (2016) göründü. Sarah Hadland 20 fevral 1971-ci ildə anadan olub və üç yaşından rəqslə məşğul olub. Çeşirdəki Vilmslov Liseyində oxuduğu müddətdə o, Vilmslovda Tempo gənclər qrupu ilə həvəskar dramaturgiyalarda iştirak etdi. Surrey ştatının Epsom şəhərindəki Laine Teatr İncəsənət Kollecində təhsil aldıqdan sonra o, teatr karyerasına 19 yaşında Pişiklər və Yağlar kimi musiqili filmlərdə görünməyə başladı. Hadlandın televiziya karyerası, "Pis Qızlar" və "Qanun layihəsi" filmlərində köməkçi rollarla başladı.
Plastic Beach
Plastic Beach — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın üçüncü studiya albomu. 3 mart 2010-cu ildə Parlophone və Virgin Records tərəfindən buraxılıb.
Boom Beach
Boom Beach — "Supercell" şirkəti tərəfindən iOS və Android platformaları üçün yaradılmış real zamanlı strategiya oyunu. İlk olaraq 11 noyabr 2013-cü ildə Kanadada, ardınca 26 mart 2014-cü ildə dünya miqyasında buraxılmışdır. == Qərargah == Qərargah oyunun ən vacib binasıdır. Bir ada bazasının qərargahı dağıdıldığı anda o baza məhv edilir. Qərargah yüksəldikcə; O, yeni bölmələr, yeni qayıq xüsusiyyətləri və yeni binalar tikmək imkanı kimi bir çox xüsusiyyətləri təmin edir. 18 avqust 2020-ci ildə gələn yeniləmə ilə artırıla bilən maksimum səviyyə 23-dən 24-ə yüksəldi. == Haqqında == Boom Beach, digər düşmən adalarına hücum etmək üçün qoşun toplamaq və gücləndirmək, digər oyunçuların hücumlarına müqavimət göstərmək üçün müdafiə binalarını tikmək və təkmilləşdirməyə əsaslanan bir oyundur. Bu cəhətlərinə görə oyun digər Supercell oyunu olan Clash of Clans-a bənzəyir. Bununla belə, Boom Beach hekayəsi nəhəng bir arxipelaqda baş verir. == Müdafiə binaları == Snayper Qülləsi: Oyunda inşa edilən ilk müdafiə binasıdır.
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. Wedding Peach — Internet Movie Database saytında.
John R. Searle
John Rogers Searle (31 iyul 1932[…], Denver) — Amerikalı filosof. O, hazırda Kaliforniya Universitetində professor işləyir.
Owari no Seraph
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır. Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır.
Solar System Research
Solar System Research (ingilis dilindən – "Günəş sistemi tədqiqi") — ABŞ elmi jurnalı. Günəş sistemindəki obyektlərə diqqət yetirir. Jurnal "Nauka" tərəfindən "Springer Science+Business Media" vasitəsilə nəşr olunur. Bu, ilk dəfə 1967-ci ildə nəşr olunan Rusiya nəşri "Astronomiçeskii vestnik"in (rus. Астрономический вестник; mənası – "Astronomiya xəbərçisi") ingiliscə versiyasıdır. İngilis versiyası fəaliyyətə 2000-ci ildə 34-cü cildlə başladı. "Journal Citation Reports"a görə, jurnalın 2020-ci ildə impakt faktoru 0,706 olmuşdur.
Man Research (Clapper)
Man Research (Clapper) — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın öz adını daşıyan debüt studiya albomunda səsləndirilmiş mahnı. Albomun trek siyahısındakı altıncı mahnıdır. == Haqqında == Mahnının musiqisi zəncirbənd vızıltısı ilə müşayiət olunur. Bek-vokallar Nudla səs verən yaponiyalı müğənni Miho Hatoriyə məxsusdur. Mahnı semplinq metoduna dayanan janr olan trip-hop janrındadır, ona görə ki, mahnıda Reymond Skotun "In the Hall Of The Mountain Queen" mahnısından nümunə istifadə olunmuşdur. Sözügedən mahnı müğənninin " Manhattan Research Inc." adlı albomunda yer alırdı.
Ağkənd (Səracu)
Ağkənd — İranın Şərqi Azərbcan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 4 km cənub-şərqdədir.
Səracu nahiyəsi
Səracu mahalı — XIV əsr-1990 inzibati nahiyə. Marağanın bölgələrindən biri. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Marağa sancağı nahiyəsi 1724-ci ilin icmal dəftərinə görə Təbriz əyalətinə tabe olan Marağa livası Səracu nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Səracu şəhəridir. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanı Ağacəri: Qaraqoyunlu ulusuna bağlı olan Ağacərilər, Maraş bölgəsindəki ormanlarda yaşarkən, 15-ci yüzildə Qaraqoyunlu oymaqlarıyla birlikdə Azərbaycana köç etdilər. Bunlar, 1727-də Ərdəbilin Həştərud, Marağanın Səracu, İrəvanın Gərni, Təbrizin Səidabad ilə Dirəcrud nahiyələrində öz adlarını daşıyan kəndlərdə məskun idilər.
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.