Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sekstant
Sekstant — iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar. Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir.
Sekstant (bürc)
Sekstant (lat. Sextans) — ekvatorial bürc.
Sekstinq
Sekstinq (ing. sexting) — mobil telefon vasitəsilə seksual xarakterli şəkil, video və mətnlərin göndərilməsi və alınması. Prosesdə bəzən kompüter və ya digər rəqəmsal cihazlar istifadə oluna bilər.
Sekstin Akvası
Sekstin Akvası (lat. Aquae Sextiae – "Sekstin suları") — e.ə. 122-ci ildə əsası qoyulmuş Fransanın Eks-en-Provans şəhərinin latınca adı. Roma konsulu Qay Sekstin Kalvin sallüvilərin məğlub ölkəsində bir Roma yaşayış məntəqəsi kimi və onun şərəfinə "Sallüvilərin Sekstin Akvası" (lat. Aquae Sextiae Salluviorum ) adlandırılmışdır. Bu, "Sallüvilərin Sekstin suları (bulaqları)" mənasını verir. Qəsəbə Massiliyadan (indiki Marsel) 26 km məsafədə yerləşirdi və Romaya gedən yolda forpost kimi xidmət edirdi. E.ə. 102-ci ilin yayında Sekstin Akvası yaxınlığında, Roma konsulu Qay Mari 30–40 min nəfərlik ordu ilə say azlığına baxmayaraq tevtonları məğlub etmiş və bununla da "barbarlar"ın Romaya hücumunun ilk dalğasını dəf etmişdir.
Sekstin Akvası döyüşü
Sekstin Akvası döyüşü — e.ə. 102-ci ildə Qay Marinin rəhbərliyi altında olan Roma qüvvələri ilə nəhayət, tevtonlar və ambronlar arasında Sekstin Akvası kəndində baş tutmuş döyüş. "Barbarlar" Alp dağları üzərindən İtaliyaya irəliləməyə çalışarkən məğlub olmuşdular. Sağ qalan əsirlərin bəzilərinin Üçüncü Kölə müharibəsində üsyan edən qladiatorlar arasında olduqları bildirilmişdir.