Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seysmoqraf
Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihaz. Adətən seysmoqraf yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur. Onun gücü Rixter şkalası ilə seysmoqraf adlanan cihazla ölçülür.Onlar əsasən seysmik qurşaq adlanan ərazilərdə olur. "Can-Hen seysmoqrafı" eramızın 132-ci ilində çinli Can-Hen tərəfindən düzəldilmişdir. Bu seysmoskop üzərinə bir-birindən eyni məsafədə olan 8 əjdaha fiquru yapışdırılmış bürünc qabdan və hər əjdahanın qarşısında onlardan bir qədər aşağıda qoyulmuş 8 qurbağa fiqurundan ibarətdir. Qabın içərisində tarazlığı sabit olmayan (astatik rəqqas) və əjdahalarla əlaqədar linglərə söykənən metal mil qoyulmuşdur.
Seysmoqram
Seysmoqram — seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir. Seysmik dalğaların təsiri ilə əmələ gələn titrəyişlərin alət üsulu ilə müşahidəsi metodlarının işlənib-hazırlanması ilə seysmologiyanın Seysmometriya bölməsi məşğul olur. Yerdə baş verən zəlzələlər seysmik titrəyişlər zamanı qrunt hissəciklərinin yerdəyişmələrini yazan seysmoqraflar vasitəsi ilə qeyd olunurlar. Bu titrəyiş yazılarının özü seysmoqram adlanır. Zəlzələni qeyd edən ilk cihaz 132-ci ildə Çin alimi Çjan Xen tərəfindən düzəldilmişdir. Bu cihaz yalnız əsas təkan istiqamətini təyin etməyə imkan verirdi. Həmin cihaz quruluş etibari ilə hər birinin ağzında diyircək olan çoxbaşlı əjdaha şəkilində düzəldilmişdi. Cihazın qoyulduğu özülün titrəyişləri zamanı diyircəklər aşağı düşərək seysmik dalğanın gəlmə istiqamətini göstərirdi. Seysmik dalğaları yazan ilk seysmoqraflar XIX əsrin 90-cı illərində meydana gəlmişdir.