Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Shell
Shell — Böyük Britaniyanın neft-qaz şirkəti. 2018-ci ilə kimi, Forbes Global 2000 reytinqinə görə dünyanın 11-ci ən böyük neft-qaz şirkətidir. Qərargahı Londonda yerləşir.
Tommy Shelby
Tommy Shelby və ya Thomas Shelby BBC-nin Peaky Blinders seriyasındakı qondarma obrazı. İrlandiyalı aktyor Cillian Murphy serialda rol alan Tommy Shelby obrazını canlandırır. Rejissor Steven Knight, Tommy Shelby rolu üçün Murphy'yi seçdi. Xarakter Birminghamda yaşayan bir Roman ailəsindən olan Bir Dünya Müharibəsi qazisidir. 1919-cu ildə Shelby ilə tanış olduq və hekayə əsasən Qreys ilə romantikası və Müfəttiş Campbell ilə ziddiyyəti ətrafında cərəyan edir. Beş il sonra Grace ilə evlənir, lakin Qreys qısa müddət sonra toylarında öldürülür. Shelby'nin Alfie Solomons ilə münasibətləri Peaky Blinders-dəki bir çox hekayənin əsas elementlərindən biridir. Serialın baş qəhrəmanıdır. Başlanğıcda, Peaky Blinders adlı dəstənin lideri, qrupun ən böyüyü və qardaşı Arthur Shelby, sonrakı hissələrdə zirvədəki blinderin lideri olur, thomas shelby və dəstəsi isə mərc işi ilə məşğul olan bir ailədir. ilk mövsümdə, dəstə sonrakı mövsümlərdə Thomas'ın təsirli hərəkətləri ilə nəhəng bir imperiya quracaq.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
C shell
C shell (csh və ya inkişaf etdirilmiş versiyası tcsh) — Bill Joy tərəfindən Kaliforniya Berkli Universitetində oxuyarkən yaradılmış, Unix shelldir. C shell istifadəçi tərəfindən daxilən edilən komandları emal edir. C shell komandaları fayldan da oxuyub, icra edə bilir.
Unix shell
Unix shell (qabıq) — komanda interpretatoru olub, *nix əməliyyat sistemlərində ənənəvi istifadəçi interfeysidir. Nüfuzlu shell-lərə misal olaraq, Bourne shell və C shell-i göstərmək olar.
Z shell
Zsh(Z shell)- UNİX əməliyyat sistemində shell. Zsh-ni Bourne shell-in inkişaf etdirilmiş və genişləndirilmiş versiyası hesab etmək olar. Zsh-i bash, ksh, tcsh-nin bəzi xüsusiyyətlərinə malikdir.
Shelby-American Inc
Shelby America; 1962-ci ildə Carroll Shelbynin əfsanəvi 289 Cobra modelini buraxmasıyla ortaya çıxan markadır. 1964-cü ildə Carroll Shelbynin standart bir Ford Mustangı yüksək performanslı bir maşın halına gətirmək istəyi, müasir dövrün Amerikan kult “Hot Road” maşınlarından biri hesab olan Shelby Mustang GT 350-in yaradılmasına səbəb olmuşdur. GT 350, 1965, 1966 və 1967-ci illərdəki Amerika SCAA yarışlarında birinci yeri qazanmışdır. Bu gün Ford və Shelby şirkətləri müştərək işləyirlər. Ən məşhur məhsulları olan Mustang GT, Amerikanın ən populyar idman avtomobillərindən biridir. Ford və Shelby tərəfdaşlığı, Fordun əfsanəvi modeli “GT”-nin dirilməsində böyük rol oynamışdır. Shelbinin istehsal etmiş olduğu ən sonuncu avtomobil Ford Shelby Cobra olmuşdur.
Debian Almquist shell
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Ghost in the Shell
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Scilla
Zümrüdçiçəyi (lat. Scilla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Edmond Halley
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub. Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır. 1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur.
Edmund Halley
Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub. Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır. 1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur.
Halley kometası
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Halley kometi
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Ghost in the Shell (anime filmi)
«Ghost in the Shell» (攻殻機動隊, Kokaku Kidotay, ing. Ghost in the Shell) — Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı. Hekayə antiutopik gələcəydə baş tutur. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər. Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.
Ghost in the Shell 2: Innocence
Ghost in the Shell 2: Innocence (ing. Zirehdəki xəyalət 2: Günahsızlıq) və ya Yaponiyada tanınan adı ilə Innocence (yap. イノセンス; Inosensu; ing. Günahsızlıq) — Ghost in the Shell animesinin 2004-cü ildə buraxılan sikvelı. Animenin məzmunu Ghost in the Shell manqasının Robot Rondo fəsilin ilə Phantom Fund fəsilinin elementləri əsasında yazılıb. 2032-ci il. Mayor Kusanagi internetin içində itirilib. Bato ilə Toqusa isə İctimai Təhlükəsizlik Bürosunun 9-cu şöbəsində işləməyə davam edirlər. Şöbə ginodların (kukla kimi seks robotların) nasaz işlərin nəticəsində baş verən bir sıra ölümü istintaq etməyə çağırılıb. Yasaki Yamada yazdığı Innocence: After the Long Goodbye (イノセンス After the Long Goodbye) romanı animenin prikvelıdır.
Shell Mysella stasionar qaz mühərriki yağları
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir. Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır. Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir.
Dmitri Saley
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).