Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siçovul
Siçovullar (lat. Rattus) — siçankimilər fəsiləsindən gəmirici heyvan cinsi. Bədəninin uzunluğu 10—30 sm olur. Quyruğu bədənindən bir qədər uzun və yaxud qısa, üstü pulcuq və seyrək tüklərlə örtülmüşdür. Qulaqları iridir. Siçovullar hər 3—4 aydan bir çoxalır. Hər dəfə 5—15 bala doğur. Cinsi yetkinliyə 3—4 aylığında çatırlar. Siçovullar hər şey yeyirlər. Bir sıra ərzaq məhsullarını xarab edir, dəri və bu kimi materialları, binaları zədələyirlər.
Boz siçovul
Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür. == Xarici görünüşü == Kütləsi 500 q-a, bədəninin uzunluğu 250, quyruğu 120 mm-ə (həmişə bədənindən gödəkdir) çatır. Sifəti küt və enli, qulaq seyvanı (22 mm) irəli əyilmiş, gözlərinə çatmır. Quyruğu seyrək tüklərlə örtülmüşdür. Pəncəsi nisbətən uzundur (47 mm). Bədəninin üst tərəfınin xəzinin əsas rəngi boz-qonur, kürənimtil və ya oxra çalarlıdır (noxudu və ya qaramtıl çalarlı, yaxud tamamilə qara fərdlərə də rast gəlinir). Alt tərəfı adətən boz, bəzən ağımtıl, melanistlərdə isə qaradır. == Yayılması == Qütb ölkələrindən və səhralardan başqa hər yerdə yayılmışdır.
Qara siçovul
Qara siçovul (lat. Rattus rattus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli növüdür. == Xarici görünüşü == Bir sıra morfoloji əlamətlərinə görə boz siçovuldan fərqlənir. Quyruğu həmişə bədənindən uzun olur. İrəli qatlanmış girdə qulağı gözünü örtür. Bədəninin uzunluğu 190, quyruğu 228 mm-ə qədərdir. Sifəti ensizdir. Quyruğu sıx tüklərlə örtülmüşdür. Qulağının uzunluğu 28, arxa pəncəsi 41 mm-dir.
Siçovul adaları
Siçovul adaları (ing. Rat Islands, aleut. Qax̂um tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı ilə ayrılan Andreyanov adaları qrupu yerləşir. Adaların heç birində yaşayış yoxdur. == Coğrafiyası == Qrupun qərbdən şərqə adaları: Buldır, Kiska, Kiçik Kiska, Sequla, Sıçovul, Xvostov, Piramida, Davıdova (şimalında Lopi adacığı yerləşir), Kiçik Sitkin, Amçitka və Semisopoçnı. Arxipelaqın ümumi sahəsi təxminən 934,594 km²-dir. Adalar əsasən dağlıqdır (hündürlüyü 1221 m-ə qədər, Semisopoçnı adasında). Aktiv vulkanları vardır. Amçitkada Dəniz samurlarının qoruğu vardır.
İki Siçovul (rəsm əsəri)
İki siçovul — 1884-cu ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Su siçovulu
Su siçovulu (lat. Arvicola amphibius) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Hameln siçovultutanı
Hameln tütəkçisi və ya Hameln siçovultutanı (alm. Rattenfänger von Hameln‎) — orta əsrlərdə Aşağı Saksoniyada Almaniyanın Hameln qəsəbəsində çoxlu uşağın evdən ayrılaraq daha sonra ölməsi haqqında əfsanə. Tam versiyasında XVI əsrdə qəsəbədə artan siçanlardan qurtulmaq istəyən qəsəbə sakinlərinin tütəkli bir siçovultutanla ilə razılaşmasından bəhs olunur. Qəsəbə sakinləri bu xidmətinin qarşılığında tütəkçiyə pul ödəməkdən imtina edirlər. Bu səbəbdən siçovultutan sehrli tütəyi ilə qəsəbənin uşaqlarını arxasınca apararaq qəsəbədən uzaqlaşdırır. Hekayənin bu versiyası daha sonra nağıla çevrilərək yayılmışdır. Bu versiyası daha sonralar Göte, Qrimm qardaşları və Robert Brauninqin əsərlərində də istifadə olunmuşdur. == Mövzu == Bir gün Hameln kəndi siçanlarla dolur. Hər yerdə siçanlar vardı və onlar sakinlərin bütün qidalarını tükədirdilər. Kənd sakinləri bu vəziyyətdən çıxış yolunu tapa bilmirlər və ora "siçanlı kənd" olaraq xatırlanmağa başlayır.
Kenquru siçovullar
Kenquru siçovullar (lat. Potoroidae) — i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Siçovullar
Siçovullar (lat. Rattus) — siçankimilər fəsiləsindən gəmirici heyvan cinsi. Bədəninin uzunluğu 10—30 sm olur. Quyruğu bədənindən bir qədər uzun və yaxud qısa, üstü pulcuq və seyrək tüklərlə örtülmüşdür. Qulaqları iridir. Siçovullar hər 3—4 aydan bir çoxalır. Hər dəfə 5—15 bala doğur. Cinsi yetkinliyə 3—4 aylığında çatırlar. Siçovullar hər şey yeyirlər. Bir sıra ərzaq məhsullarını xarab edir, dəri və bu kimi materialları, binaları zədələyirlər.
Sıçovul adası
Sıçovul adası (ing. Rat Island, aleut. Ауадаҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. 1780-ci ildə ada yaxınlığında yaponlara məxsus gəmi qəzaya uğrayır. Nəticədə bura sıçovullar darışır. Bunun nəticəsi olaraq ada quşların yuvalaması üçün əlverişsiz bölgəyə çevrilir. Bundan sonra sıçovullar daha 16 qonşu adalarara da yayılırlar. 2007-ci ildə ABŞ-n balıq resurslarının və vəhşi heyvanların qorunması xidməti tərəfindən sıçovulların məhv edilməsi ilə bağlı layihə hazırlanır. Digər canlıların zərər görməməsi üçün helikopterlə adanın ərazisinə brodifakum səpələnilir. 2009-cu ilin yayında, nəhayət ki, 229 il sonra ada sıçovullardan təmizlənir.
Qambiya sıçovulu
Qambiya sıçovulu (Cricetomys gambianus) — Nezomidlər fəsiləsinin Cricetomys cinsinə daxil olan gəmirici növü. Siçananabənzərlər altdəstəsinin ən böyük nümayəndələrindən biridir. Bədən uzunluğu təxminən 0,9 metr (3 fut) qədər böyümyür. Bununda təxminən yarısını quyruq hissəsi təşkil edir. Onlar gecə həyat tərzi keçirirlər. Böyük Səhradan cənubdakı ərazilərdə, Seneqaldan Keniyaya və Anqoladan Mozambikə qədər olan bölgələrdə yayılmışdır. Bəzən bu canlılar ev heyvanları kimi saxlanılır. Floridada təbiətə sızan siçovullar invaziv bir növə çevrilmişdir. == Xüsusiyyətləri == Qambiya siçovulunun görmə qabiliyyəti çox zəifdir. Bu səbəbdən qoxu və eşitmə qabiliyyətinə əsaslanır.
Şıxovuz
Şıxovuz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şixauz, erməni mənbələrində Şikahoğ, Şxavuz formalarında qeyd edilmişdir. Toponim şeyx sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz Türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şikaxox qoyulmuşdur. == Əhalisi == Burada 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.