Xalq etimologiyasına bu məməli heyvanın adını yara salan kimi izah edirlər: guya bədənə yapışır, qanı sorur və yara salır. Elmi ədəbiyyatda isə onu toxar dilinə mənsub söz hesab edirlər (toxarlar Orta Asiyada, Tibet ətrafında yaşayan tayfa olub). Onlarda bu söz arsakarsa kimi işlədilib. Karsa “siçan”, “siçovul”, arsa isə “uçan” deməkdir. Belə güman var ki, yarasa həmin arsakarsa kəlməsinin dəyişmiş qohumudur. Və rus dilindəki krısa sözü də yarasa sözü ilə qohumdur, arsakarsa sözünün təhrifi nəticəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)