Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taskiqidə sifilisin tədqiqatı
Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932-1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi. 1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur.