Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silahdar Mehmed Paşa
Silahdar Mehmed Paşa (d. 14 sentyabr 1710 - ö. 21 sentyabr 1788) — III Mustafa səltənətində 11 ay 8 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Uluçam, Müjdat, "Mehmed Paşa (Silahdar Cihangirli)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.167 ISBN 975-08-0072-9 Uzunçarşılı, İsmail Hakkı (1954 (Altıncı Baskı: 2011)). Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar. Ankara: Türk Tarih Kurumu. s. 413-418. ISBN 978-9751600141 Buz, Ayhan (2009).
Silahdar Mustafa Paşa
Silahdar Mustafa Paşa (ö. 1798) — I Əbdülhəmid və III Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli bilinmir. Əndərunda tərbiyə edildikdən sonra saraya alındı və silahdarlığa qədər yüksəldi. 1780-ci ilin oktyabrında vəzirlik rütbəsi alaraq öncə Salonikiyə, ardından Hələbə təyin olundu. 1784-cü ildə Karesi sancaqbəyi və ardından divan üzvü oldu. Həmin ilin mayında Sultan Mustafanın qızlarından Beyhan Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır. Sultan Əbdülhəmidin vəfatının ardından xanımı Beyhan Sultanın qardaşı Sultan Səlimin taxta çıxması ilə divanda üstünlük əldə etdi. Belə ki, yeni sultan hər cümə salamlığının ardından bacısı Beyhan Sultanı və Mustafa Paşanı ziyarət edirdi.
Silahdar Süleyman Paşa
Silahdar Süleyman Paşa (ö. oktyabr 1715) — III Əhmədin səltənətində 4 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Əslən abxaz olub, doğum tarixi məlum deyil. Darüssəadə ağası Yusif ağanın kölələrindən idi. Əndərunda yetişdikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etməyə başladı. 1704-cü ilin fevralında çuxadar ağası, aprelində isə silahdar ağası oldu. Həmin ilin dekabrında vəzir rütbəsi alaraq Hələb, 1705-ci ildə Kipr sancaqbəyi, 1707-ci ildə nişancı vəzirliyə yüksəldi. Həmin il Anadolu bəylərbəyi təyin edilsə də, bir neçə ay sonra təqaüdə ayrıldı. 1708-ci ildə divan vəziri, 1709-cu ilin avqustunda yenidən nişançı vəzir, 1710-cu ilin avqustunda isə sədarət naibi oldu. Bu vəzifəsi davam edərkən 12 noyabr 1712-ci ildə Ağa Yusif Paşanın yerinə sədarətə gətirildi.
Silahdar Yaqub Paşa
Silahdar Yaqub Paşa (ö. dekabr 1743) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və doğum tarixi bilinmir. Əndərunda yetişmiş, 1730-cu ildə baş silahdar olmuşdur. 1733-cü ilin oktyabrında vəzir rütbəsiylə Anada valisi, 1735-ci ildə Hanya, 1740-cı ilin iyununda Hələb bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 19 fevral 1743-cü ildə Sultan Əhmədin qızlarından Əsma Sultanla nigahlandı. Nigahın ardından dərhal Adanaya təyin edilsə də, yolda ikən vəfat etdi. == Mənbə == Sicill-i Osmani V cild, səh.
Silahdar Yusif Paşa
Silahdar Yusif Paşa (d. 1604 - ö. 22 yanvar 1646) — Sultan İbrahim səltənətində müxtəlif vəzifələrdə xidmət göstərən Osmanlı dövlət xadimi. == Həyatı == 1604-cü ildə indiki Xorvatiyanın Vrana şəhərində dünyaya gəlmişdir. Ancaq valideynlərinin ölümündən sonra bölgədəki Osmanlı sancaqbəyi tərəfindən dəvşirilərək İstanbula göndərilmişdir. Burada bölük ağası olan erməni Mustafa ağanın xidmətinə verildi. Ancaq sahibinin qətlə yetirilməsinin ardından saraya alınaraq Əndərunda təhsil almağa başladı. Burada adı dəyişdirilərək Yusif oldu. 1643-cü ildə silahdar ağası, ardından vəzir-i sani (ikinci vəzir) dərəcəsi ilə padşah müsahibi oldu. 1644-cü ilin martından kaptan-ı dərya təyin edildi və Krit adasına səfərə göndərildi.
Silahdar Ömər Paşa
Silahdar Ömər Paşa (ö. 1691) — IV Mehmed və II Süleyman səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin silahdarlığına təyin edildi. Ardından 1664-cü ilin martında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. Ancaq 28 yanvar 1667-ci ildə vəzifədən alındı. 1669-cu ilin yanvarında Diyarbəkir, 1672-ci ildə Ərzurum, 1675-ci ildə Van, 1677-ci ilin noyabrında isə Bağdad bəylərbəyi təyin olunub, 1681-ci ilin mayında bütün vəzifələrindən azad edildi. 1682-ci ildə yenidən Ərzurum, 1684-cü ilin oktyabrında yenidən Bağdad bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı. 1687-ci ilin sentyabrında yenidən Bağdad, 1688-ci ildə yenidən Diyarbəkir, 1689-cu ilin yanvarında yenidən Bağdad, 1690-cı ilin yanvarında yenidən Van, 1691-ci ildə isə yenidən Ərzuruma təyin olundu.
Silahdar İbrahim Paşa
Silahdar İbrahim Paşa — II Osman və I Mustafa səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsini tamamladıqdan sonra II Osmanın silahdarlığına gətirildi. Ancaq çox keçmədən Sultan Osman devrilərək qətlə yetirildi. Taxta çıxarılan Sultan Mustafa əqli cəhətdən zəif olduğundan bütün iqtidar sədrəzəmlərin əlində cəmlənmişdi. Sultan Osmanın yaxın adamlarını mərkəzdən uzaqlaşdırmaq istəyən sədrəzəm Qara Davud Paşanın əmriylə vəzir rütbəsi alan İbrahim Paşa Misir bəylərbəyliyinə gətirildi. 20 iyul 1623-cü ildə vəzifədən alınan İbrahim Paşa paytaxta çağırılaraq divan vəziri oldu. Ancaq özüylə birlikdə gətirməli olduğu Misir xəzinəsinin gözləniləndən az olamsı səbəbilə təftiş edildi. Təftiş əsnasında qaçıb gizlənən İbrahim Paşa sonradan bağışlandı ancaq bütün rütbə və mal-mülkü müsadirə edildi. Sonrakı həyatı və ölüm tarixi barədə məlumat yoxdur.
Silahdar Kürəkən Mehmed Paşa
Silahdar Kürəkən Mehmed Paşa (ö. 1737) — I Mahmud dönəmində 3 ay 22 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Əslən türk olub, doğum tarixi məlum deyil. Uşaq yaşlarında Əndəruna alınaraq burada təlim-tərbiyə edildi. Ardından saray xidmətinə alındı və saray anbarında çavuş vəzifəsində xidmət etdi. Sultan Əhmədin silahdarlarından Bosniyalı Mehmed ağanın vəzir rütbəsiylə Anadolu bəylərbəyliyinə təyinatının ardından, o da 8 noyabr 1724-cü ildə saray ənənəsinə zidd olmasına baxmayaraq silahdar ağası təyin edildi. 1724-cü ildə Sultan Əhmədin qızlarından Aişə Sultanla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Daha sonra 1727-ci ilin avqustunda vəzir rütbəsi aldı və bu vəzifədə ikən 22 may 1728-ci ildə cütlüyün nigahı baş tutdu. Nigahın ardından divana daxil olan Mehmed Paşa Ərzurum sancaqbəyliyinə gətirildi.
Silahdar Kürəkən İbrahim Paşa
Silahdar Kürəkən İbrahim Paşa (ö. yanvar 1724) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Murad dönəmində saraya alınaraq yüksəlmiş, IV Mehmed dönəmində qədər müxtəlif əyalətlərdə xidmət göstərən Qız Hüseyn Paşadır (ö. 1687). Əndərunda yetişmiş, saray xəzinədarı olaraq xidmət etmişdir. Ardından 13 fevral 1704-cü ildə baş silahdar oldu. Ancaq həmin ilin 17 aprelində bilinməyən səbəblə vəzifədən alındı və sürgün edildi. Çox keçmədən bağışlandı və 8 oktyabr 1704-cü ildə vəzirliklə Şəhrizor sancaqbəyi təyin edildi. Ardından 1705-ci ildə Hələb, 1707-ci ildə Ərzurum, 1709-cu ildə yenidən Şəhrizor, 1710-cu ilin oktyabrında yenidən Hələb, 1711-ci ildə Mosul, 1713-cü ildə Diyarbəkir əyalətinə təyin edildi. 1714-cü ildə yenidən Şəhrizora təyin edilsə də, bir il sonra vəzifədən alınaraq sürgün edilmişdir.
Silahdar Seyid Mehmed Paşa
Silahdar Seyid Mehmed Paşa (1735, Nevşəhər, Osmanlı imperiyası – 20 fevral 1781, Konstantinopol, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1735-ci ildə indiki Nevşəhərin tabeliyindəki Ərəbsun kəndində dünyaya gəldi. Daha sonralar doğulduğu kənd onun tərəfindən abadlaşdırılaraq Gülşəhər adını qazanmışdır. Atası seyid zümrəsinə mənsub Əli ağadır. Bu səbəblə bir çox mənbələrdə Seyid ləqəbiylə alınır. 1747-ci ildə Topqapı sarayında xidmət edən dayısı Süleyman ağanın vasitəsilə saray mətbəxinə alındı və burada uzun illər xidmət etdi. Ardından 1759-cu ildə yeniçəri ocağının təbərdaran bölüyünə yazıldı. Burada Dırnaqçı Mustafa ğaanın katibliyinə gətirildi. Gözəl əl yazısı səbəbilə qısa zamanda tanındı və Əndəruna alınaraq ikinci katibliyə yüksəldi (9 mart 1762). Qardaşı halvaçı Mustafa ağanın Şahzadə Əbdülhəmidə yaxınlığından istifadə edərək sarayla əlaqələrinə gücləndirən Seyid Mehmed ağa onun bir neçə yazılarını qələmə aldı.
Xan-Şeyxunda kimyəvi silahdan istifadə
Xan-Şeyxunda kimyəvi silahdan istifadə (ing. 2017 Khan Shaykhun chemical attack) — 2017-ci ilin 4 aprel tarixində yerli vaxtla saat 06:30-da Suriyanın İdlib mühafazasına daxil olan Xan-Şeyxun şəhəri yaxınlığında dinc əhaliyə qarşı istifadə edildiyi iddia olunan xlor qazlı kimyəvi silah hücumu. İddia edilir ki, hadisə şahidlərinin ifadələrinə görə, hücum orduya bağlı qüvvələr tərəfindən gercəkləşdirilmişdir. İlkin məlumatlarda 72 nəfər öldüyü, 220-dən çox şəxsin isə yaralandığı bildirilir. Röytersin Suriya müxalifətinə istinad edərək yaydığı məlumatda, qurbanların hücumun ardından nəfəs almaqda çətinlik çəkərək, boğulduqları iddia edilib. Suriya müharibəsi dövründə bir necə dəfə kimyəvi silahdan istifadə halları iddia edilib. 2013-cü ildə Quta yaxınlığında baş verdiyi və 355-dən çox şəxsin ölümü ilə nəticələndiyi iddia edilən kimyəvi silah hücumu bunlardan ən bilinənidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib mühafazasının Xan-Şeyxun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
Xan-Şeyxunda kimyəvi silahdan istifadə (2017)
Xan-Şeyxunda kimyəvi silahdan istifadə (ing. 2017 Khan Shaykhun chemical attack) — 2017-ci ilin 4 aprel tarixində yerli vaxtla saat 06:30-da Suriyanın İdlib mühafazasına daxil olan Xan-Şeyxun şəhəri yaxınlığında dinc əhaliyə qarşı istifadə edildiyi iddia olunan xlor qazlı kimyəvi silah hücumu. İddia edilir ki, hadisə şahidlərinin ifadələrinə görə, hücum orduya bağlı qüvvələr tərəfindən gercəkləşdirilmişdir. İlkin məlumatlarda 72 nəfər öldüyü, 220-dən çox şəxsin isə yaralandığı bildirilir. Röytersin Suriya müxalifətinə istinad edərək yaydığı məlumatda, qurbanların hücumun ardından nəfəs almaqda çətinlik çəkərək, boğulduqları iddia edilib. Suriya müharibəsi dövründə bir necə dəfə kimyəvi silahdan istifadə halları iddia edilib. 2013-cü ildə Quta yaxınlığında baş verdiyi və 355-dən çox şəxsin ölümü ilə nəticələndiyi iddia edilən kimyəvi silah hücumu bunlardan ən bilinənidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib mühafazasının Xan-Şeyxun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
Silahlar
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Bioloji silahlar
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.
Elektron silahlar
Elektron silahlar — əsas istifadə olunanı elektron silah CRTs (elektron yayıcısı da deyilir) bəzi vakuum borularında, kinetik enerjiyə sahib olan dar, kolimasiya edilmiş bir elektron şüa istehsal edən bir elektrik komponenti silahıdır. Ən böyük istifadə, demək olar ki, bütün televizorlarda, kompüter ekranlarında və düz panel ekranlarda olmayan osiloskoplarda istifadə olunan katot şüa borularındadır. Bunlar, eyni zamanda, son dərəcə kiçik katot şüaları borularından düz panel ekranlar olan sahə emissiya ekranlarında (FED) istifadə olunur. Bunlar induktiv çıxış boruları, dalğa boruları və girotronlar kimi mikrodalğalı xətti şüa borularında, elektron mikroskoplar və hissəcik sürətləndiriciləri kimi elmi cihazlarda da istifadə olunur. Elektron silahların elektrik sahəsi istehsal növünə görə (DC və ya RF), emissiya mexanizmi ilə (termionik, fotokatod, soyuq emissiya, plazma mənbəyi), fokuslanaraq (təmiz elektrostatik və ya maqnit sahələri ilə) və ya elektrodların sayına görə təsnif edilə bilər.
Genetik silahlar
== Genetik silahlar == Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir: Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək; Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək; Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək; Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək; Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək; 4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək; Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq; Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək; Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaşbaş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.
Kimyəvi silahlar
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub. == Kimyəvi silahın növləri == Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur: İnsan orqanizminə təsir xarakterinə görə; Taktiki təyinatına görə; Təsir tezliyinə görə; Dayanıqlığına görə; Tətbiq vasitələrinə görə.Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli); Ziyanverici (Psixotrop maddələr və İrritantlar).Təsir sürətinə görə kimyəvi silahlar: Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr); Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.Təsir müddətinə görə kimyəvi silahlar: Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər. == İnsanlara təsiri == İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var. Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir. Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.
Odlu silahlar
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır.Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Psixotron silahlar
Psixotron silahlar — müasir elmdə psixikanı idarə etməyə imkan verən hipotetik texniki qurğular. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyəvi və soliton nəzəriyyələri xüsusilə aktualdır. Bunlardan birincisində – insanın fikir əməliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, ikincisində – kimyəvi proseslərlə əlaqələndirilir, sonuncu isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (solitonlar) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayar, digər tərəflərdənsə, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyəvi preparatlar vasitəsilə yeritməyə imkan verərdi. == Xarici keçidlər == Jerry E. Smith, Haarp: The Ultimate Weapon of the Conspiracy, Adventures Unlimited Press, 1998. Jim Marrs, PSI Spies: The True Story of America’s Psychic Warfare Program, Career Press, 2007.
Soyuq silahlar