Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nistaqm
Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə) — göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Garcinia sintang
Garcinia celebica (lat. Garcinia celebica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oxycarpus celebica (L.) Poir.
Sinta Nuriya
Sinta Nuriya Vahid (həmçinin Sinta Vahid, 8 mart 1948) keçmiş İndoneziya prezidenti Abdurrahman Vahidin dul qadınıdır. 1999-cu ildən 2001-ci ilədək İndoneziyanın birinci xanımı idi. Sinta 1948-ci ildə Combanq inzibati ərazisində 18 uşağın ən böyük qızı olaraq dünyaya gəldi. 13 yaşındaykən İslam internat məktəbinə daxil olan Sinta orada müəllim olan Vəhidə aşiq olur. Peşəkar xəttat olan atası evlilik təklifini rədd etdi,atası Nəhdlətul Uləmanın lideri olan Vahid xaricə təhsil almaq üçün getdi. Vahidə Bağdaddan təklif edilərkən Sinta Vahidin babasının vəkil olaraq olduğu bir mərasimdə İndoneziyaya onun qayıdışından üç il əvvəl onları evləndirdi.. 1992-ci ildə Sinta beldən aşağısını şikəst edən qəza keçirdi. O qollarını hərəkət etdirmədən əvvəl bir il fiziki müalicə aldı. İndoneziya Universitetində universitet işçiləri tərəfindən binanin dördüncü mərtəbəsinə qədər qaldırılan Sinta qadın kurslarını bitirdi. Ərinin impiçmentindən sonra Sinta orta İslamın açıq bir müdafiəçisi idi.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Şintaro Kurumaya
Şintaro Kurumaya (5 aprel 1992, Kumamoto) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şintaro Şimada
Şintaro Şimada (嶋田 慎太郎, Shimada Shintaro); (5 dekabr 1995, Kumamoto) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Sınaq (film, 1985)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Sınaq Tısbağası (personaj)
Sınaq Tısbağası - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Qrifonun həmkarıdır.
2016 Şimali Koreya nüvə sınağı
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. == Süjet xətti == Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.