Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Baccharis sinuata
Baccharis sinuata (lat. Baccharis sinuata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Conyza sinuata
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Gmelina sinuata
Gmelina arborea (lat. Gmelina arborea) — dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonim == Gmelina arborea var. canescens Haines Gmelina arborea var. glaucescens C.B.Clarke Gmelina rheedei Hook.
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Siquaye (Yuxarı Alplar)
Siquaye (fr. Sigoyer, oks. Sigoier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05168. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 650 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 448 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 278 nəfər iqtisadi cəhətdən fəal, 170 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,1%, 1999-cu ildə 64.0%). İşləyən 278 fəal 261 nəfərdən (142 kişi və 119 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi.
Calendula sinuata var. aurantiaca
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü.*Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır.Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır. Quru hava dəyişən yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.
Plantago major var. sinuata
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. == Yayılması == Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir == Sinonimləri == Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Siquaye (Yuxarı Provans Alpları)
Siquaye (fr. Sigoyer, oks. Segoier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04207. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 86 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 51 yaşda (15-64 yaş arasında) 37 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 79.6%). Fəal olan 37 nəfərdən 33 nəfəri (18 kişi və 15 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası. == Həyatı == Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur.Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur. Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir. İlk dəfə muncuqlarla sənət əsərləri yaratmağa 1973-cü ildə başlayan Sitarə ilk kompozisiyası olan "Boxça"nı həmin ildə yaratmışdır.
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Sitarə: Qızlar xəyal edəcək
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. == Məzmun == Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. == Film haqqında == "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. == Film festivalları == === Los-Anceles Animasiya Festivalı === Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Sitarə: Qızlar xəyal edəcək (film, 2020)
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. == Məzmun == Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. == Film haqqında == "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. == Film festivalları == === Los-Anceles Animasiya Festivalı === Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.