Stanford Universiteti
Stanford Universiteti (ing. Leland Stanford Junior University - Kiçik Leyland Stanford adına universitet) — Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-nin və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində Stanford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.
Universitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stanford və onun həyat yoldaşı Ceyndir. Leyland Stanford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stanford Vətəndaş müharibəsi (1861-1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb.