Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mother Mother
Mother Mother — Kanadada 2005-ci ildə qurulan indi-rok qrupu. Qrupun hazırkı heyətində Rayan Qaldemond (gitara, vokal), Molli Qaldemond (sintezator, vokal), Casmin Parkin (sintezator, vokal), Ali Siadat (baraban) və Mayk Yanq (bas-gitara) yer alır. Uzun müddətdir qrupun bas-gitaraçısı olan Ceremi Peyc 2016-cı ildə ayrıldı.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mother's Milk
Mother's Milk — Red Hot Chili Peppersnın dördüncü studiya albomudur. 16 avqust 1989-ci il tarixində yayımlanan albom EMI etiketi ilə satışa buraxılmışdır.
Another
Another (アナザー, Anazā, azərb. Başqa‎) — Yukito Ayatsuci tərəfindən yazılmış və 29 oktyabr 2009-cu ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunmuş Yaponiya müəmma romanı. Roman Yomiyama Orta Məktəbinə keçən Koyçi Sakakibara adlı şagirdin Mey Misaki adlı qəribə qızla rastlaşmasından, yeni sinfinin lənətli olmasından və dəhşətli ölümlərlə üzləşməsindən bəhs edir. Hiro Kiyohara tərəfindən hazırlanmış manqa adaptasiyası 2010-cu ilin mayından 2012-ci ilin yanvarına qədər Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunmuşdur. Həm roman, həm manqa Şimali Amerika üçün Yen Press tərəfindən lisenziyalaşdırılmışdır. P.A. Works studiyası tərəfindən istehsal olunmuş 12 seriyadan etibarən anime serialı adaptasiyası Yaponiyada 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi göstərilmişdir. 26 may 2012-ci ildə OVA seriyası istehsal olunmuşdur. 4 avqust 2012-ci ildə isə roman əsasında çəkilmiş bədii film göstərilməyə başlamışdır. == Məzmun == 1972-ci ildə Yomiyama Şimal Orta Məktəbinin 3-3 sinfinin hər kəs tərəfindən sevilən şagirdi Yomiyama Misaki qəflətən naməlum səbəbdən ölür. Yomiyama Misakinin ölümündən şoka düşmüş sinif yoldaşlarından biri qəflətən "O, ölmədi, hələ də buradadır" deməsindən sonra digər sinif yoldaşları da özlərini sanki Yomiyama ölməmiş, sinifdə olurmuş kimi aparmağa başlayırlar.
Homalium smythei
Homalium smythei (lat. Homalium smythei) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Yan Arnost Smoler
Yan Arnost Smoler (y.sorb Jan Arnošt Smoler, alm. Johann Ernst Schmaler‎; 3 mart 1816 – 13 iyun 1884, Bautzen, Saksoniya) — sorb filoloqu və yazıçısı. 19-cu əsrdə sorbların milli intibah dövrünün ən mühüm nümayəndələrindən biri olmuşdur. == Bioqrafiya == Yan Arnost Smoler 1816-cı ildə Sorbianın Prussiya hissəsində, Hoyersverdadan uzaq olmayan Luço kəndində anadan olmuşdur. Atası Korla Yan Smoler Loza kəndində xidmət edən protestant müəllim idi. Yan Smoler Lozada ibtidai məktəbdə oxuyub. 1827-ci ildə Smoler Bautzen Gimnaziyasına daxil olur. 1836-cı ildə gimnaziyanı bitirdikdən sonra Breslau Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 1840-cı ilə qədər burada oxumuş. 1840–1845-ci illərdə şair Çelakovskinin rəhbərliyi altında oxuduğu slavyan dilçiliyi və ədəbiyyatı ilə maraqlanmışdır. Artıq gimnaziyada Smoler digər tələbələrlə Sorb dilini öyrəndiyi bir dərnəyi təşkil edirdi.
Another Part Of Me
Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüsserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir. Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib. 2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir. Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.” “Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.
Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Restaurant to Another World
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. == Media == === Ranobe === Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
An Other Cup
An Other Cup Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
I Antiox Soter
I Antiox Soter (q.yun. Αντίοχος Α' Σωτήρ; təx. E.ə. 324 — E.ə. 261) — Selevkilər imperiyasının hökmdarı. == Həyatı == İmperiyanın banisi I Selevk Nikatorun oğlu I Antiox Soter olmusdur. Onun dövründə dövlətin paytaxtı Antioxiya adlanırdı. I Antiox Soterin bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
Brother Louie '98 (Modern Talking)
Brother Louie '98 (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Skeleton Knight in Another World
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır.Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur. Bir gün videooyun oynayarkən yatıb qalır və oyananda özünü fentezi tərzində oyun dünyasına Ark Raratoya adlı skelet kimi düşdüyünü görür.
There Must Be Another Way
"There Must Be Another Way" (Azərbaycan dilində:Başqa Bir Yolu Olmalı) 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir.12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
Love, Chunibyo & Other Delusions
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Re:ZERO -Starting Life in Another World-
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-‎), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活, azərb. Re: Fərqli dünyada sıfırdan həyat‎), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 35 cildini MF Bunko J imprinti ilə buraxmışdır. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Re:Zero -Starting Life in Another World- (I mövsüm)
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyasının birinci mövsümü Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktoru olmuşdur. Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid tərəfindən ifa olunan "Styx Helix" və "Straight Bet" (ancaq 7-ci seriya üçün) mahnılarıdır. İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır (14-cü seriyanın bağlanış mahnısı Myth & Roid tərəfindən ifa olunan "theater D" mahnısı olmuşdur).25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.
Re:Zero -Starting Life in Another World- cildlərinin siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyasıdır. Ranobe seriyası əsasında 3 manqa adaptasiyası və bir neçə spin-offu istehsal olunmuşdur. Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir. 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlanmışdır. Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2023-cı ilin sentyabr una kimi ranobenin seriyasının otuz beş cildi, eləcə də, beş yan hekayə cildi və yeddi qısa hekayə kolleksiyası nəşr olunub.Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur. Bundan əlavə, 2016-cı ilin iyununda Media Factory tərəfindən manqa antologiyası çapdan çıxmışdır.
Re:Zero -Starting Life in Another World- personajlarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyasıdır. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. == Əsas personajlar == === Subaru Natsuki === Natsuki Subaru (ナツキ・スバル [菜月 昴]?) Səsləndirən: Yuusuke Kobayaşi Seriyanın baş qəhrəmanıdır. Marketdən evə qayıdarkən Subaru özünü qəflətən başqa dünyada tapır. Burada Emiliya adlı gümüş saçlı yarıelf qızla tanış olur və ona vurulur. Subaru ölərkən zamanda geriyə qayıtmaq gücünə malikdir və bu gücü "Ölümdən qayıdış" adlandırır. Subaru "Ölümdən qayıdış" (死に戻り, Shinimodori) gücünə malik olduğunu heç kimə deyə bilmir, nə vaxt buna cəhd etsə, hansısa güc ona əzab verir və Subarudan Qısqanc cadugərnin qoxusu gəlir. Bu qoxu isə bədheybətlərin diqqətini cəlb edir. Real həyatda hikikimori və oyunçu olsa da, bu dünyada bir az məşq edir və bir az döyüşmək qabiliyyətinə malik olduğu görünür, buna görə də yeni dünyada tamamilə zəif deyil. Qara sehrdən də istifadə edə bilir, lakin sehri çox sadə səviyyədədir.
Re:Zero -Starting Life in Another World- seriyalarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyası Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur.25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime OVA-sı anons edilmişdir.Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların super biçimsiz olduğu və "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai tərəfindən istehsal olunmuş "Re:Zero ~Starting Break Time From Zero~" (Re:ゼロから始める休憩時間(ブレイクタイム), Re:Zero kara Hajimeru Break Time) adlı qısa anime seriyaları nümayiş etdirilmişdir. 24 iyun 2016-cı ildə "Re:PETIT ~Starting Life in Another World from PETIT~" (Re:プチから始める異世界生活, Re:Petit kara Hajimeru Isekai Seikatsu) adlı yeni qısa anime seriyaları yayımlanmağa başlamışdır. Hər iki mini-anime Crunchyroll vasitəsilə yayımlanmışdır.23 mart 2019-cu ildə ikinci mövsüm anons edilmişdir. 2020-ci lin aprelində yayımlanması planlaşdırılsa da, pandemiya səbəbilə ikinci mövsüm 8 iyulda yayımlanmağa başlamışdır. Yeni mövsümün ikinci hissəsi 2021-ci ilin yanvarında yayımlanacaq.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Qustav fon Şmoller
Qustav fon Şmoller (alm. Gustav von Schmoller‎; 24 iyun 1838[…], Heilbron[d], Ştutqart[d] – 27 iyun 1917) — Almaniya iqtisadçısı, tarixçisi. == Həyatı == == Fəaliyyəti == Yeni tarix məktəbinin rəhbəri Q.Şmoller alman iqtisadçısı və tarixçisi, Almaniyanın dövlət və ictimai xadimi, Qall, Strasburq və Berlin Universitetlərinin professoru olmuşdur. Şmollerin başlıca əsəri "Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları" (1900-1904-cü illər) rus dilində tərcüməsi "Xalq təsərrüfatı, xalq təsərrüfatı haqqında elm və onun metodları: təsərrüfat, qayda-qanun və hüquq, əmək bölgüsü" Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi. Şmollerin rəyincə iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. Onlar həmçinin israr edirdilər ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin "Empiriya", "İncə təcrübi öyrənmə" mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər. Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır, beləki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Şmoller israr edirdi ki, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, belə ki, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir. Şmollerin fikrincə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s.