ANOTHER

pron 1. başqa, başqa bir; özgə; That is quite another matter Bu tamamilə başqa məsələdir; 2. bu kimi, oxşar; bənzər, belə, bu cür; There is not such another man Bunun kimi / Buna oxşar / Buna bənzər adam yoxdur

ANORGANIC
ANSWER
OBASTAN VİKİ
Another
Another (アナザー, Anazā, azərb. Başqa‎) — Yukito Ayatsuci tərəfindən yazılmış və 29 oktyabr 2009-cu ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunmuş Yaponiya müəmma romanı. Roman Yomiyama Orta Məktəbinə keçən Koyçi Sakakibara adlı şagirdin Mey Misaki adlı qəribə qızla rastlaşmasından, yeni sinfinin lənətli olmasından və dəhşətli ölümlərlə üzləşməsindən bəhs edir. Hiro Kiyohara tərəfindən hazırlanmış manqa adaptasiyası 2010-cu ilin mayından 2012-ci ilin yanvarına qədər Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunmuşdur. Həm roman, həm manqa Şimali Amerika üçün Yen Press tərəfindən lisenziyalaşdırılmışdır. P.A. Works studiyası tərəfindən istehsal olunmuş 12 seriyadan etibarən anime serialı adaptasiyası Yaponiyada 10 yanvar 2012-ci ildən 27 mart 2012-ci ilə kimi göstərilmişdir. 26 may 2012-ci ildə OVA seriyası istehsal olunmuşdur. 4 avqust 2012-ci ildə isə roman əsasında çəkilmiş bədii film göstərilməyə başlamışdır. == Məzmun == 1972-ci ildə Yomiyama Şimal Orta Məktəbinin 3-3 sinfinin hər kəs tərəfindən sevilən şagirdi Yomiyama Misaki qəflətən naməlum səbəbdən ölür. Yomiyama Misakinin ölümündən şoka düşmüş sinif yoldaşlarından biri qəflətən "O, ölmədi, hələ də buradadır" deməsindən sonra digər sinif yoldaşları da özlərini sanki Yomiyama ölməmiş, sinifdə olurmuş kimi aparmağa başlayırlar.
Another Part Of Me
Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir. Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib. 2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir. Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir. “Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir.
Restaurant to Another World
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
Skeleton Knight in Another World
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır. Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Oyunun baş qəhrəmanı yapon videooyunçudur.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
Re:ZERO -Starting Life in Another World-
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-‎), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活, azərb. Re: Fərqli dünyada sıfırdan həyat‎), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 38 cildini MF Bunko J imprinti ilə buraxmışdır. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Re:Zero -Starting Life in Another World- (I mövsüm)
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyasının birinci mövsümü Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktoru olmuşdur. Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid tərəfindən ifa olunan "Styx Helix" və "Straight Bet" (ancaq 7-ci seriya üçün) mahnılarıdır. İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır (14-cü seriyanın bağlanış mahnısı Myth & Roid tərəfindən ifa olunan "theater D" mahnısı olmuşdur). 25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.
Re:Zero -Starting Life in Another World- cildlərinin siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyasıdır. Ranobe seriyası əsasında 3 manqa adaptasiyası və bir neçə spin-offu istehsal olunmuşdur. Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir. 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlanmışdır. Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2023-cı ilin sentyabr una kimi ranobenin seriyasının otuz beş cildi, eləcə də, beş yan hekayə cildi və yeddi qısa hekayə kolleksiyası nəşr olunub. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Re:Zero -Starting Life in Another World- personajlarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyasıdır. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. Natsuki Subaru (ナツキ・スバル [菜月 昴]?) Səsləndirən: Yuusuke Kobayaşi Seriyanın baş qəhrəmanıdır. Marketdən evə qayıdarkən Subaru özünü qəflətən başqa dünyada tapır. Burada Emiliya adlı gümüş saçlı yarıelf qızla tanış olur və ona vurulur. Subaru ölərkən zamanda geriyə qayıtmaq gücünə malikdir və bu gücü "Ölümdən qayıdış" adlandırır. Subaru "Ölümdən qayıdış" (死に戻り, Shinimodori) gücünə malik olduğunu heç kimə deyə bilmir, nə vaxt buna cəhd etsə, hansısa güc ona əzab verir və Subarudan Qısqanc cadugərnin qoxusu gəlir. Bu qoxu isə bədheybətlərin diqqətini cəlb edir. Real həyatda hikikimori və oyunçu olsa da, bu dünyada bir az məşq edir və bir az döyüşmək qabiliyyətinə malik olduğu görünür, buna görə də yeni dünyada tamamilə zəif deyil. Qara sehrdən də istifadə edə bilir, lakin sehri çox sadə səviyyədədir.
Re:Zero -Starting Life in Another World- seriyalarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyası Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur. 25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime OVA-sı anons edilmişdir. Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır. 8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların super biçimsiz olduğu və "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai tərəfindən istehsal olunmuş "Re:Zero ~Starting Break Time From Zero~" (Re:ゼロから始める休憩時間(ブレイクタイム), Re:Zero kara Hajimeru Break Time) adlı qısa anime seriyaları nümayiş etdirilmişdir. 24 iyun 2016-cı ildə "Re:PETIT ~Starting Life in Another World from PETIT~" (Re:プチから始める異世界生活, Re:Petit kara Hajimeru Isekai Seikatsu) adlı yeni qısa anime seriyaları yayımlanmağa başlamışdır.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.