ƏMUDİ
ƏMZİKLİ
OBASTAN VİKİ
Əmzik
Əmzik xüsusilə ağlayan körpələri sakitləşdirmək üçün istifadə edilən bir vasitədir. Mənşə etibarı ilə Azərbaycan dilindəki əmmək/əmizdirmək felindən yaradılmış isimdir. Min illər əvvəl Misirdə daxili bal ilə doldurulmuş kiçik gil fiqurlar körpələri sakitləşdirmək üçün istifadə olunurdu. Bu fiqurlar bu gün istifadə edilən əmzik və butulkaların əcdadları hesab edilir. Baş barmağı əmmə çənə strukturunu poza biləcəyi üçün 1949-cu ildə ortodont Vilhelm Balters və diş həkimi Adolf Müller çənə strukturuna müvafiq gələn ilk təbii əmzik istehsal etmişdirlər. Əmzik döş giləsini təqlid edən bir struktura malikdir. Bu gün silikon və rezindən hazırlanan əmziklər damaqlı və damaqsız olmaq etibarı ilə iki növdə olurlar. Silikon əmziklər xüsusilə diş çıxarmayan körpələr üçün tövsiyə olunurlar, çünki onlar diş təsirinə davamlı deyildirlər. Silikon əmziklər asanlıqla qırılmırlar. Diş zərbələrinə davamlı olan rezin əmziklər isə ağız suyunu özünə çəkdiyi üçün bir müddət sonra deformasiyaya uğrayırlar.

Digər lüğətlərdə