Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Sofora
Sofora (lat. Sophora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Aya Sofya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. == Tarixi == İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Cozef Safra
Cozef Safra (ərəb. يوسف صفرا‎, port. Joseph Safra; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiri, oliqarx. 4-cü nəslinin nümayəndəsi olduğu Safra ailəsinin sərvətini idarə edir. == Həyatı == Cozef Safra 1939-cu ildə Suriyanın Hələb şəhərində anadan olmuşdur. Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir, amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. == Maliyyə imperiyası == Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir.
Dördqanad sofora
Dördqanad sofora (lat. Sophora tetraptera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Gombulmeyvə sofora
Gombulmeyvə sofora (lat. Sophora pachycarpa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Yeraltı hissəsi güclü inkişaf edərək, kökləri üfüqi istiqamətdə böyüyür. Gövdəsinin hündürlüyü 60 sm, yuxarıya doğru böyüyərək düzgün budaqlanan, ipəkvari tükcüklərdən və güclü inkişaf edən yarpaqlardan ibarətdir. Cüt olmayan yarpaqlarının uzunluğu 18 sm, ellipsşəkilli yarpaqlarının uzunluğu 1-2 sm, eni 0,3-0,9 sm sıx tükcüklü olub, bitki bütünlüklə sarımtıl-yaşıl rənglidir. Uzunsov-sümbülşəkilli çiçək qrupuna aid olub, zirvədə yerləşən çiçəklərin uzunluğu 7-25 sm-ə bərabərdir. Kəpənəyəbənzər çiçəklərin uzunluğu 1,5 sm, tacı sarımtıl və ya ağımtıl rəngli olur. Dolğun, şişman meyvələri qara rəngli, silindrik, uzunluğu 2-5 sm, eni 0,7-0,9 sm olmaqla, demək olar ki, gərilmişdir. Toxumları böyrəkvari-yumurtaşəkilli, diametri 0,1-0,5-0,6 sm, tünd-qəhvəyi və ya qara rəngli olub, hamar və parlaqdır.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Noxudyarpaq sofora
Sophora davidii (lat. Sophora davidii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.
Sofia Ali
Sofia Teylor Ramsey Əli (ing. Sophia Taylor Ramseyer Ali; 7 noyabr 1995, San-Dieqo, Kaliforniya) — amerikalı aktrisa. Əsasan Faking It, Grey's Anatomy və The Wilds seriallarında canlandırdığı rollarla tanınır. 2022-ci ildə Ançarted filmində Kloi rolunu canlandırmışdır. == Həyatı == Sofia Ali 7 noyabr 1995-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində pakistanlı ata Asim Ali və amerikalı ana Bruk Alinin uşağı olaraq dünyaya gəldi.
Sofya Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofya Miliband
Sofya Davıdovna Miliband (17 iyul 1922, Moskva – 12 fevral 2017, Moskva) — Rusiya şərqşünası, iranşünas, yazıçı, elm tarixçisi. == Həyatı == Sofya Miliband Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun elmi işçisidir, iranşünasdır. == Ailəsi == Sofya Miliband Böyük Britaniya siyasətçiləri Devid Rayt Miliband və Ed Milibəndin babasının qardaşı nəvəsidir. Ərdə deyil, uşaqları yoxdur. == Əsərləri == Востоковеды России, XX — начало XXI века = Russian orientalists of the 20th and Early 21st Centuries : биобиблиографический словарь : в 2 кн. / С. Д. Милибанд. — М.: Восточная литература, 2008-. ISBN 978-5-02-036364-9 Кн. 1: А — М. — 2008.
Sıfra bölmə
Sıfra bölmə (ing. zero divide, rus. деление на нуль) — bölənin sıfır olduğu bölmə əməli. Riyaziyyatda sıfra bölmə hesablana bilməyən qeyri-müəyyən nəticə verir, buna görə də hesablama texnikasında o, həll oluna bilmir və xəta kimi qəbul olunur. Sıfra bölmək olmaz. Belə ki, əgər {\displaystyle a:0=b} {\displaystyle a:0=b}, onda bölmənin tərifinə görə {\displaystyle b\times 0=a} {\displaystyle b\times 0=a} olmalıdır, eyni zamanda istənilən b üçün {\displaystyle b\times 0} {\displaystyle b\times 0} sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cenate Sopra
Cenate Sopra (it. Cenate Sopra) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7,5 mil) şərqdə yerləşir. Əhalisi 2348 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 347 nəfər/km²-dir. Sahəsi 6 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Kommunanın himayədarı San Leone Manyodur. Bayram hər il noyabrın 10-da qeyd olunur.
Günəşdən sonra
Günəşdən sonra (ing. Aftersun) — Şarlotta Vellsin 2022-ci ildə çəkdiyi film. Film atası ilə birlikdə yay tətili üçün Türkiyəyə gedən şotlandiyalı qızdan bəhs edir. Filmin premyerası 21 may 2022-ci ildə Kann kinofestivalında baş tutub. == Rollarda == Paul Mescal — Calum Frankie Corio — Sophie Celia Rowlson-Hall — adult Sophie Sally Messham — Belinda Brooklyn Toulson — Michael Spike Fearn — Olly Harry Perdios — Toby Ruby Thompson — Laura Ethan James Smith — Scott Kayleigh Coleman — Jane == Həmçinin bax == A24 filmləri == İstinadlar == == Xarici keçidlər == Günəşdən sonra — Internet Movie Database saytında.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Tel-Əviv — 23 fevral 2000, Ramat-Qan) — məşhur İsrail müğənnisi və aktrisası.
Sofa Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofa Hüseynova
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) (26 fevral 1926, Bakı – 30 iyul 2015, Naxçıvan) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1996). == Həyatı == Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. == Bioqrafiya == İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir. Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar.
Ana Sofia Nobreqa
Ana Sofia Nobreqa (20 dekabr 1990) — Anqolalı üzgüçü. Ana Sofia Nobreqa Anqolanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana Sofia Nobreqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.23 saniyəlik nəticəsi ilə 40-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Brembate Di Sopra
Brembate Di Sopra (it. Brembate di Sopra) — İtaliyada kommuna. Lombardiya regionunda yerləşir. Berqamonun inzibati mərkəzinə tabedir. Əhalisi 7100 nəfər, əhalinin sıxlığı 1684 nəfər/km². Ərazisi 4 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kasaletto di Sopra
Kasaletto di Sopra (Cremasco: Casalèt da Sura) — İtaliyanın Lombardiya bölgəsindəki Kremona əyalətində yerləşən kommuna. Milan şəhərindən 50 km şərqdə, Kremonadan isə 35 km şimal-qərbdə yerləşir.
Sonra (film, 2012)
Sonra (ing. — After) 2012-ci il fastastik-gerilim filmi.
Feruzya Şöfri
Feruzya Şöfri — Fransanı təmsil edən sabiq qadın güləşçi. Feruzya Şöfri Fransanı, 1988-cı ildə qızıl medal qazandığı Avropa Çempionatında təmsil edib. == Karyerası == Feruzya Şöfri beynəlxalq səviyyədə birinci yarışına Fransa yığmasının heyətində 1988-ci ildə elə Fransanın Dijon şəhərində baş tutan Avropa Çempionatı çərçivəsində qatıldı. Həmin yarışlarda Şöfri 1-ci yeri tutdu və qızıl medal qazandı.
Domra
Domra (rus. до́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Korra
Avatar Korra (ing. Korra) - Korra əfsanəsi cizgi serialın əsas personajı. Cənub qütbdə anadan olub.