sopsoyuq
soraq
OBASTAN VİKİ
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. == Bioqrafiya == İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir.Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar. Bu birliyin ilk sinqlı olan "Youthful Dreamer" (azərb.
Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək, Səma, Şübhəsiz..."‎) — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar). == Hit paradlar == "Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur. == Mahnı siyahısı == Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir. == Hit parad və satış == == İstinadlar == == Xarici keçidlər == Youtube linki.