ŞOR
ŞORABA
OBASTAN VİKİ
Gəngiz şoranı
Keçə şoranı
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Koypasa şoranlığı
Koypasa şoranlığı (isp. Salar de Coipasa) — şoranlıq Boliviya və Çili sərhədində, Oruro departamenti və Tarapaka vilayəti əerazisində yerləşir. 3680 metr hündürlüyə malikdir. Sahəsi 2218 km²-dir ki, bununda cəmi 25 % Çili ərazisinə düşür. Şorun qalınlığı 100 metrdir. Koypasa şoranlığı sahəsinə görə Boliviyanın Uyuni şoranlığından sonra ikincidir. Poopo gölündən qidalanan Koypasa gölü bütünlüklə Koypasa şoranlığı ilə əhsatələnmişdir. == Mənbə == Vikianbarda Koypasa şoranlığı ilə əlaqəli mediafayllar var.
Kövrək şoran
Kövrək şoran - (lat. Salsola futilis Iljin.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. == Qısa morfoloji təsviri == Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15–25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs - yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Pisiyli şoran
Qaba şorangə

Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Rixter şoranı
Traqus şorangəsi
Traqus şorangəsi (lat. Salsola tragus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. == Qısa morfoloji təsviri == Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.
Türkan Şoray
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan, İstanbul ili) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik". Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.
Ulduzvarı şoran
Uyuni şoranlığı
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. == Haqqında == Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Şorab
Şorab (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Şorab (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şorab (Xoy)
Şorab (fars. شوراب‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şorab (İcrud)
Şorab (fars. شوراب‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 81 nəfər yaşayır (33 ailə).
Şoraba
Turşu və ya şoraba — Qərbi Asiya, Slavyan və Balkan mətbəxlərində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Şorabad
Şorabad (Xızı)
Şorabad (Soyuqbulaq)
Şorabad (fars. شوراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (6 ailə).
Şorabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. == Tarixi == Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır.
Şorabil
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şorabil gölü
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şoradil (Sərab)
Şoradil (fars. شوره دل‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (88 ailə).
Şoragöl sultanlığı
Şörəyel sultanlığı — Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur. == Tarixi == Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır: Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər.

Digər lüğətlərdə